news-inner
clock09:03 calendar-gray 15 İyul 2021 view-gray1862 dəfə oxunub
view-gray1862 dəfə oxunub

Ədəbiyyat meşəmizin baronu – Zamin Hacı yazır...

Kulis.az Zamin Hacının “Ədəbiyyat meşəmizin baronu” yazısını təqdim edir.

Rasim Qaraca əjdaha adamlarımızdan biridir. Onun qədrini bilməyə borcluyuq. Mən dünya poeziyasında bir çox yenilik və cərəyanlardan Rasimin sayəsində xəbərdar olmuşam. O, şair və nasirliklə yanaşı həm də gözəl tənqidçidir. Düşmənə də onun tənqid oxlarına tuş gəlməyi arzulamazdım. Məsələn, bu yaxında Xalq yazıçısı Elçinin hekayəsini faktiki darmadağın eləmişdi. Tənqidi resenziyanın ən şirin hissəsi isə təxminən belə idi:

“Vaxtilə Elçin mənim haqqımda tərif yazıb, istədim mən də borcumdan çıxım, bu hekayəni tərifləyim, alınmadı”.

Həmin hekayəni tənqidin ana xəttini, leytmotivini bir cümlə ilə belə ifadə eləmək olardı: Elçin həyatdan çox uzaq düşmüş yazıçıdır.

Doğrudan da Azərbaycan yazıçılarının, ədəbiyyatımızın ən böyük bəlası insandan, həyatdan uzaq olması, qurama, süni, yalançı, saxta təsir bağışlamasıdır. Təsəvvür eləyin, indi qoca nənələr belə “Vatsap”da status paylaşır, ən azından hər gün “Xeyirli sabahlar” arzulayır, Elçinin hekayəsində isə 2020-ci ildə baş verən hadisənin Bakı kəndinə çatması üçün camaat guya kimisə gözləyirmiş. Atobba gələcək, Qarabağdan xəbər gətirəcək – təxminən bu cür.

Amma heç olmasa, Rasimin sayəsində mən o hekayədən xəbərdar oldum. Rasim hekayədən sitatlar da vermişdi, orda gördüyüm səhvi Elçin müəllimə çatdırmağı özümə borc bilirəm.

“Dəniz kənarındakı bu Abşeron kəndinin qumu da ənciri, ağ şanısı kimi məşhur idi və elə ki, yazın axırları gəlirdi, yay başlayırdı, məktəblər tətilə bağlanırdı, necə ki, qışdan sonrakı alça, ərik ağacları çiçəkləyirdi, püstə, badam, innab, muşmula oyanıb, adamın üzünə gülürdü, bu kənd də eləcə canlanırdı”.

Burada yazıçı ağacları tanımadığını göstəribdir. Məsələ ondadır ki, badam ağacı xüsusilə Abşeron yarımadasında ən birinci çiçəkləyən ağaclar sırasındadır, qışın bitməsini gözləmir və bəzən hətta fevralda çiçək açır. Həmin vaxtlar Badamdar qəsəbəsi tərəfə yolu düşənlər orada həyətlərdə çəhrayı-narıncıya çalan badam çiçəklərini görüb sevinirlər, çünki qışın soyuğunda bu çiçəklər adama istilik gətirir. Badam 25 dərəcəyə qədər şaxtaya dözümlü ağacdır, onun fevralda çiçək açmaq qorxusu yoxdur. Yəni, Elçin müəllim təbiət təsvirlərini mümkün qədər ehtiyatlı aparmalıdır.

Oradakı muşmula isə lap yersiz örnəkdir. Əslində, burada xalq yazıçısı təmsil elədiyi xalqın dilinə də hörmətsiz yanaşır, çünki muşmula - bizim dildə əzgildir. Ancaq lap bunu keçək, hesab edək, Elçin müəllim “Vətən” cəmiyyətinin “yaşıllarıyla” (dəli şeytan deyir ki, bizim yazıçılar yaşıllıqların valyuta növlərini daha yaxşı tanıyırlar) Türkiyədə çox yaşayıbdır və əzgilə muşmula deməyi də orda öyrənibdir. Bizi ağacın təbiəti haqda yazıçının səhvi narahat edir. Abşeron yarımadasında muşmula - əzgilin “yapon əzgili” adlanan variantı əkilib becərilir. Əsasən dekorativ bəzək bitkisi kimi, çünki bu əzgilin meyvələri daşımaçılığa, satışa dözümsüzdür, görünməmiş sürətlə sıradan çıxır.

Əlqərəz, keçirəm Elçin müəllimin səhvinə. Yapon əzgili həmişəyaşıl ağacdır, bu tip ağaclar haqda isə yazıçının “oyanıb” ifadəsi işlətməsi düz deyildir. Elə bil, küknar, şam, sərv ağacları haqda “yaz gəldi, oyandı” yazırsan. Dinozavrları görmüş şam ağacları bu şit zarafata görə iynə yarpağını adamın gözünə soxar.

O cümlədən, yapon əzgili payızın axırında çiçək açıb, yazda meyvə verir. Bütün bitkiçilik normalarımıza (daha doğrusu, mülayim iqlim qurşağının qaydalarına) meydan oxuyaraq. Yanılmıramsa, başqa heç bir ağacda bu xüsusiyyət yoxdur.

Elçin müəllimin belə faktlardan xəbərsizliyi mümkündür, axı o, heç də aqronom deyildir. Ancaq ağaclar haqda niyə yazır? Mümkünsə, indən belə hekayələrində ağacları təsvir eləməsin. Bu, oxucularımıza, həmçinin ağaclarımıza qətiyyən lazım deyildir.

Ümumiyyətlə, azərbaycanlı şair və yazıçılar kamera önündə durarkən mütləq ağaca söykənməli, xiyabanda gəzməli, hansısa yarpağı qopartmalı, çubuqla oynamalı, nə bilim, çiçəyi yoluşdurmalıdır.

Ekologiya idarəsi isə buna susur. İndi biz dərdimizi başqa kimə deməliyik?

Ağacların dili yoxdur deyə, işgəncəyə məruz qalmalıdır?

Elçin müəllimin alnında gilənar ağacı bitən maral haqda hekayəsinə isə sözümüz yoxdur.

O cümlədən, Xəzərdə batan adamın saçından tutub özünü çıxarmasını yaxşı təsvir eləyibdir.

Bu saat Sularda Dövlət Xilasetmə Xidməti suda boğulanları o üsulla tərbiyə edir.

Mövzunu isə Laçında bu yaxında cüyür kababı çəkən zəhmətkeşlərimizin fantaziyası ilə bitirirəm. Onlar cüyürü asıb-soymuş, yaxşı fərəhlənmişdilər, ancaq xalq hiddətləndi, polis işə qarışdı, bu dəfə belə izahat verildi:

“Biz Laçına arıları aparmışdıq, çaya çatanda sel gəldi, maşından düşüb çayı piyada keçəndə bir də gördük sel cüyürü gətirir, ayaqlarını da sındırıbdır. Ta neyləmək olar, cüyürü mələdib kəsdik”.

Əhvalat qısaca bu cürdür.

Hər dövrün öz baronları olur.

news-inner-user
Zamin Hacı

18 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Los Ancelesdə Üzeyir Hacıbəyliyə həsr olunmuş qısa film hazırlanıb - Video
17:00 18 Sentyabr 2021
Üzeyir Hacıbəyovun vida mərasimindən reportaj - Fotolar
16:30 18 Sentyabr 2021
Milli Musiqi Günü ilə bağlı Bakı Musiqi Akademiyasında tədbir keçirilib - Fotolar
15:31 18 Sentyabr 2021
Şuşada ilk dəfə Milli Musiqi Günü keçirilir - Fotolar
14:36 18 Sentyabr 2021
Yaqub Zurufçu xanımından niyə boşanmışdı? - Video
13:30 18 Sentyabr 2021
Mədəniyyət naziri: “Şuşaya onun ruhunu qaytaracağıq”
12:40 18 Sentyabr 2021
Fərhad Bədəlbəyli: "Artıq bu, həqiqətdir”
12:29 18 Sentyabr 2021
Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub - Fotolar
11:30 18 Sentyabr 2021
Nazirliyin bəstəkarlara vurduğu zərbə - Firudin Allahverdi yazır...
10:34 18 Sentyabr 2021
Cümhuriyyət ərəfəsində Üzeyir Hacıbəyovu İranda qalmağa vadar edən nə idi? – Vilayət Quliyev yazır
09:01 18 Sentyabr 2021
1937-ci ildə həbs edildi, sevdiyi qadını güllələdi, oğlunun boş tabutunu basdırdı... - Bağırov haqqında qeyri-adi faktlar
21:00 17 Sentyabr 2021
Azərbaycanlı skripkaçı birinci yerə çıxdı
19:16 17 Sentyabr 2021
"Arşın mal alan” Çində təqdim olunub - Fotolar
18:45 17 Sentyabr 2021
Məşhur İspan yazıçısı vəfat etdi
18:15 17 Sentyabr 2021
Azadlıq qılıncların oxuduğu nəğmədi – Rüstəm Behrudinin şeirləri
17:30 17 Sentyabr 2021
Təşəkkür edirəm ayaqlarımın səsinə - Yeni şeirlər
17:07 17 Sentyabr 2021
Sezen Aksudan yeni mahnı - Video
16:55 17 Sentyabr 2021
Məşhur tarzənə ev verildi
16:17 17 Sentyabr 2021
Bir sıra mədəniyyət işçilərinə fəxri adlar verildi - Siyahı
15:50 17 Sentyabr 2021
Deşikli daş pirinin möcüzəsi: İnanaq, yoxsa gülüb keçək?
15:30 17 Sentyabr 2021