writer1

Ulucay Akif

Məqalə sayı

106
clock13:00 calendar-gray 30 İyun 2021 view-gray8551 dəfə oxunub
view-gray8551 dəfə oxunub

Gitarist Rəhmanın mədəniyyətsizliyi

Xalq artisti Sərxan Sərxanın Kulisə verdiyi müsahibə qalmaqala səbəb oldu.

Ən çox da onun rayon insanları ilə şəhər insanını müqayisə etməsi bir çox adamda qıcıq yaratdı.

Əslində, nə yalan deyim, mən də müğənninin həmin məsələdəki fikirləri ilə razıyam.

Adam bir fikirlə ya razı olar, ya yox, burada problem yoxdur. Məni narahat edən bir sıra incəsənət adamlarının Sərxan Sərxanla bağlı təhqiramiz açıqlamalarıdır.

Həmin şəxslərdən biri tanınmış gitara ifaçısı Rəhman Məmmədlidir. İstəyirəm birinci sizə Rəhman Məmmədlinin Sərxan Sərxanın fikirlərinə münasibətini təqdim edim:

“Çox hörmətsiz Sərxan Sərxan! Əvvəla, şəhər-rayon söhbətini gündəmə gətirənlər mənim birmənalı düşmənimdir. Çünki rayon şəhərsiz, şəhər rayonsuz yaşaya bilməz. Sənə demək istəyərdim ki, səni nə məcbur elədi ki, bu ahıl yaşında bu qələti eləyəsən? Sən özünü nə boyda bir sənətkar sayırsan ki, rayon camaatına belə ittihamlar yağdırırsan? Axı sənin sənətin rayon camaatının nəyinə lazımdır? Kül sənin oxumağından zövq alan rayonlunun başına...”

Adam elə bu sözləri oxuyan kimi Sərxan Sərxana haqq vermək istəyir.

Guya Rəhman Məmmədli Sərxan Sərxana rayon insanının şəhər insanından mədəni olduğunu sübut etməyə çalışır, amma elə bunu edərkən bariz şəkildə mədəniyyətsizlik sərgiləyir.

“Çox hörmətsiz”lə başlayıb “qələt eləyir”lə davam edən və “kül o rayonlunun başına ki” ilə bitən bayağı bir münasibət...

Rayonlunu müdafiə etmək istədiyi yerdə “kül sənin başına” demək, yəqin, tamam başqa mərhələdir.

Bu cür sözlərlə Sərxan Sərxanı yalnız haqlı çıxarmaq olar. Qaş düzəltdiyi yerdə göz çıxarmaq bu olsa gərək.

Əslində, rayon-şəhər söhbətinə bu qədər aqressiv yanaşmağın özü absurddur. Bu şərti təbəqələşmə, fərq nəinki realdır, hətta lazımdır. Həm də təkcə Azərbaycanda yox, dünyanın hər yerində belədir.

Şəhər şəhərdir, kənd kənddir!

Kənddə doğulan, mədəniyyət xadimi kimi yetişmək üçün şəhərə gəlməlidir.

Kəndi şəhərə daşımaq olmaz, necə ki, şəhəri kəndə daşımaq olmaz.

Hərəsinin öz yeri, öz funksiyası, öz gözəlliyi var.

Siz filarmoniyası olan bir kənd gördünüzmü?

Bəs opera teatrı olan rayon mərkəzi necə?

Yəqin, Rəhman bəy və onun kimi münasibət göstərən insanların əksəriyyəti buradakı “mədəniyyət” sözünün mahiyyətini tam dərk edə bilmir.

Burada söhbət etik mədəniyyətdən yox, gündəlik həyat rutini, yəni, yaşam mədəniyyətindən gedir.

Rayon insanlarının teatra, tamaşaya, konsertə, sərgilərə getməməyi bir həqiqətdir.

Buna səbəb isə rayonlarda bu cür aktivitelərin ya çox az, ya da heç olmamasıdır.

Hətta şəhərdə yaşayan rayonluların əksəriyyəti də bu və ya digər səbəblərdən teatr və konsertlərə getmirlər.

Onların həyat rutininə bu işlər daxil deyil.

Mənə maraqlıdır, görəsən Rəhman Məmmədli özü sonuncu dəfə hansı tamaşada olub?

Hansısa ucqar bir kənddə yaşayan gəncin bu səbəblərdən tamaşaya, sərgiyə, konsertə gedə bilməməyi onda belə bir vərdişin, yəni teatra, konsertə getmək mədəniyyətinin formalaşmasına mane olur.

Mədəniyyət, incəsənət adamlarının öhdəsinə düşən isə biri-birinə “qələt eləyirsən!” ritorikasında söz atmaq yox, məsələni aktuallaşdırmaq və problemi müzakirə etməyə çalışmaqdır.

Bütün rayonlarımızda teatrlar olmalıdır, sərgilər, konsertlər keçirilməlidir. Yaradıcı, intellektli gənclərin bir araya toplana bilməsi üçün şərait yaradılmalıdır.

Niyə rayondan Bakıya gələn gənclərin əksəriyyəti geri qayıtmaq istəmir? Çünki şəhər onlar üçün daha maraqlıdır. Kinoteatrlar, teatrlar, kitab evləri, kafelər, restoranlar...

Rayonlarımızın əksəriyyətində gənclərin gedib rahat, maraqlı və faydalı vaxt keçirə biləcəyi məkanlar ya çox azdır, ya da ümumiyyətlə yoxdur.

Niyyətim qətiyyən kimisə aşağılamaq deyil, ancaq bu səbəblərin yaratdığı fərqi də görməzdən gəlmək olmaz.

Hə, Rəhman bəy, bizim problemimiz də bu olmalıdır. Yoxsa “sən qələt eləyirsən, rayonlular çox mədənidir” deyib xalqdan xal yığmaqla iş düzəlmir.

Hərəmiz bir işin qulpundan yapışıb məsələni həll etməliyik.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Nəriman Qasımoğlu: “Atam sovet dövrünə görə tövbə elədi” - Müsahibə
21:00 28 İyul 2021
Sənət müsabiqəsi elan olundu - Mükafat fondu 50 min avro
19:00 28 İyul 2021
Qobustanda Hindistan qalereyası açıldı
18:20 28 İyul 2021
“Ev dustağıyam” kitabının təqdimatı olub
17:25 28 İyul 2021
Bu mənəm - şairlərin yuxusuna gizli kamera yerləşdirən – Güneydən şeirlər
16:40 28 İyul 2021
Bakıda yeni fotosərgi açılacaq
16:00 28 İyul 2021
“Nimdaş” müxbirin dönər sifarişi - Ulucay Akif yazır...
15:29 28 İyul 2021
Müslüm Maqomayevin heykəlinin yeri müəyyənləşdi
15:01 28 İyul 2021
Səndən ayrılanda, dağlar, cavandım - Günün şeiri
14:15 28 İyul 2021
Boşanmadan ikinci qadınla evləndi, ölümündən sonra oğlu meydana çıxdı, müəmmalı qəzada öldü – Səxavət Məmmədovdan 10 maraqlı fakt
13:30 28 İyul 2021
Səməd Səmədovun dəfninə gəlmədilər - Giley
12:40 28 İyul 2021
İşıqları keçirib yazanlar
12:00 28 İyul 2021
Dərnəgülün qansoranları – Vüsal yazır…
11:20 28 İyul 2021
“Fəryad 2” filminə kişi axtarırlar – 15 manata
10:40 28 İyul 2021
Müğənni 56 yaşında öldü
10:05 28 İyul 2021
Votsapda beş roman yazan xanım: “Mənim davam internetdəki əxlaqsız kişilərlədir” - Müsahibə
09:00 28 İyul 2021
Homoseksual kralın aşiq olduğu bəstəkar
21:00 27 İyul 2021
Özbək şairi 44 günlük müharibədən kitab yazdı
18:51 27 İyul 2021
Adam öldürmək istəyirəm - Yeni hekayə
18:01 27 İyul 2021
Bakıda caz müsabiqəsi elan olunub
17:09 27 İyul 2021