Kamal Abdullanın romanı Almaniyada çap olunub

Kamal Abdullanın romanı Almaniyada çap olunub
16 iyun 2021
# 17:40

Xalq yazıçısı Kamal Abdullanın “Unutmağa kimsə yox” romanı Almaniyada nəşr olunub.

Bu barədə Kulis.aza kitabın redaktoru və ön söz müəllifi Orxan Aras məlumat verib.

O, bildirib ki, indiyədək Almaniyada Kamal Abdullanın “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi” romanları türkoloq K.Hermann tərəfindən alman dilinə tərcümə edilərək Pem-Epubli nəşriyyatında işıq üzü görüb.

Orxan Aras ön sözdə kitabın almanca təqdimatı üçün bunları yazıb:

“Unutmağa kimsə yox” Azərbaycanın tanınmış yazıçısı Kamal Abdullanın 2011-ci ildə nəşr olunan və postmodern yanaşma ilə qələmə aldığı romandır. Əsər müstəqil bir roman kimi qəbul edilsə də, əvvəllər dərc olunmuş “Yarımçıq əlyazma” və “Sehrbazlar dərəsi” romanları ilə bir zəncir halqası kimi bağlıdır. Yazıçının mifoloji konsepsiyalardan və nağıl elementlərindən - Qarağac, Çiçəkli yazı, Vəng dağı, İşıq saçan daş kimi fantastik məkan və elementlərdən istifadə etməsi romanı bənzərsiz edir.

Alman oxucular bu romanla birlikdə fərqli məkanlar, fərqli zamanlar içində yaşayan dəyişik bir dünyanın qapısından içəri addım atacaqlar. Kamal Abdulla özünəməxsus üslubu, canlı təsvirləri və tarixə fərqli bir pəncərədən baxışı ilə dünya ədəbiyyatında xüsusi yer tutur. Şübhə etmirəm ki, alman oxucuları bu fərqi tez bir zamanda görəcək və Kamal Abdullanın əsrarəngiz dünyasına maraqla baxacaqlar”.

Kitabın rəssamı Soltan Soltanlıdır. Kitab dünyanın ən böyük veb saytlarında, xüsusən “Amazon“da satışa təqdim olunur.

# 2858 dəfə oxunub

Oxşar xəbərlər

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
"Oskar"da "Ən yaxşı kastinq"  kateqoriyası üzrə təxminlər açıqlandı

"Oskar"da "Ən yaxşı kastinq" kateqoriyası üzrə təxminlər açıqlandı

11:30 9 noyabr 2026
"Gələcəyə miras" layihəsinin nəticələri - 32 mindən çox qədim tapıntı aşkarlandı

"Gələcəyə miras" layihəsinin nəticələri - 32 mindən çox qədim tapıntı aşkarlandı

10:40 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər