news-inner
clock12:43 calendar-gray 17 Yanvar 2013 view-gray2278 dəfə oxunub
view-gray2278 dəfə oxunub

Yazıçılar İttifaqı sədrindən Əhməd Cavada xain ittihamı

Layihə -37

Kulis.az bu dəfə Azərbaycan Yazıçılar İttifaqının Məmməd Kazım Ələkbərlidən sonra ikinci sədri olmuş Seyfulla Şamilovun “Tarixi beş il” yazısını təqdim edir.

Qeyd edək ki, Seyfulla Şamilovun özü də bu məqalənin yazılmasından az sonra həbs edilərək sürgün olunub.

Bu gün Ümumittifaq Kommunist (bolşevik) Partiyası Mərkəzi Komitəsinin, ədəbi-bədii təşkilatların yenidən qurulması haqqında 1932-ci il 23 aprel tarixli tarixi qərarından tam 5 il ötür.

Bu 5 il ərzində haman qərarın sovet ədəbiyyatının geniş bir yolda çiçəklənməsinə və inkişafına nə dərəcədə böyük bir yardım etmiş olduğu inkar edilməz bir həqiqətdir.

Ölkəmizdə sosializmin dönməz və qəti qələbəsi nəticəsində bədii ədəbiyyat istər kəmiyyətcə və istər keyfiyyətcə artmışdır. Revolyusiyanın birinci illərində xüsusən “NEP” dövründə bədii ədəbiyyatda yabançı ünsürlərin canlanmasına qarşı ÜİK (b) P MK-nin 1925-ci ildə çıxarılmış qərarı yeni qüvvələrin artmasına yardım etmiş oldu. Mürtəce romantizm və simvolizm pərdəsi ilə örtünərək proletar diktaturasına və sosializm quruluşuna müqavimət göstərən burjuaziya və mülkədar siniflərinin arzu və ideyalarını tərənnüm edən nasiolnalistlər, müsavatçı və pantürkist kontrrevolyusion yazıçılar proletar ədəbiyyatı kadrolarının o zaman hələ zəif olmasından istifadə edirdilər. 1925-ci ildə partiyamız bədii ədəbiyyat sahəsindəki yeni gənc yazıçı kadrolarının pozisiyasını möhkəmləndirmək və onların düşmənə qarşı apardıqları mübarizənin mütəşəkkilliyini təmin etmək məqsədilə xüsusi proletar yazıçıları təşkilatlarının yaradılmasına və möhkəmləndirilməsinə dair qərar verdi.

1932-ci il 23 aprel qərarınadək keçilmiş bir dövrdə artıq yeni proletar yazıçı kadroları möhkəm bir pozisiyaya malik idi. Köhnə mürtəce ədəbiyyata qarşı revolyusion proletar ədəbiyyatı yaradılmışdı. Bu yeni baza üzərində möhkəm dayanaraq, gələcək sosializm ədəbiyyatını geniş bir surətdə inkişaf etdirmək və proletar yazıçıları təşkilatının əvvəlki dar çərçivəsindən çıxmaq lazım idi.

1926-cı ildə “Qızıl Qələmlər” adı ilə Bakı şəhərində təşkil edilmiş “Azərbaycan proletar yazıçıları cəmiyyəti” işçi sinfi içərisindən çıxan, sovet məktəblərində savadlanıb ədəbiyyata gələn gənclərin ilk təşkilatı oldu. Bu gənc qüvvələr məzkur təşkilatda birləşib bugünkü Azərbaycan sovet ədəbiyyatının ilk bina daşını qoymuşlardır. Mürtəce yazıçılar Əhməd Cavad, Yusif Vəzir, Hüseyn Cavid, Sanılı və başqalarının təsiri altında olan Adil Nəcdət, Əli Hüseynzadə, Almas İldırım və bu kibi sapqın gənclərdən (indi bunların son ikincisi kontrrevolyusioner kibi ifşa edilmişdir) tamamilə uzaq olaraq sağlam bir kadro təşkil edən “Qızıl Qələmlər” bir sıra qiymətli sovet yazıçıları yetişdirə bildi (Süleyman Rüstəm, Mirzə İbrahimov, Səməd Vurğun, Nəzərli, Əbülhəsən, Mir Cəlal və i. a)

Köhnə yazıçıları birləşdirən “Ədəbiyyat cəmiyyəti” isə əsas etibarı ilə mürtəce fikir daşıyan yazıçılardan ibarət idi. Bu cəmiyyətin sədri Böyükağa Talıblı, katibi isə Əhməd Cavad idi. Bu “cəmiyyət”də “marksist” fikri ifadə edən partiya kadrosu Tağı Şahbazi, Hənəfi Zeynallı və Talıblı kibi nasionalist və çürük liberallardan ibarət olmuşdur ki, sonra bunlar öz kontrrevolyusion mahiyyətlərini alçaqcasına göstərdilər. Bu adamlar Cavadların, Çobanzadələrin və Səməd Mənsurların təsirinə qul olmağa qədər enmişlərdi. Bunların sayəsində “Ədəbiyyat cəmiyyəti”nin orqanı olan “Ədəbi parçalar” jurnalının səhifələrində “Rəngdir” kibi (Səməd Mənsurun məşhur “Rəngdir” şeiri nəzərdə tutulur –K. H.) açıq mürtəce şeirlər çap olunurdu. Cəmiyyət özünün bütün fəaliyyəti ilə demək olar ki, o zamankı gənc proletar yazıçılarının pozisiyasını daha da zəiflətməyə çalışırdı.

Bir faktı göstərmək kifayət edər ki, bu cəmiyyətə məşhur pantürkist və panislamist, Azərbaycan burjuaziyasının ilk ideoloqu Əli bəy Hüseynzadə fəxri üzv olaraq qəbul edilmişdi.

Lakin Azərbaycan proletar yazıçıları təşkilatı bolşevik partiyasının rəhbərliyi ilə iləriləyərək kəmiyyətcə, həm də keyfiyyətcə bədii ədəbiyyatımızı yüksəyə qaldıra bildilər. Onlar öz qızıl qələmləri ilə Cavadlara, Sanılılara və Talıblılara göstərdilər ki, doğrudan da proletar ədəbiyyatı və yeni sosializm ədəbiyyatı hər cəhətdən öz revolyusion mahiyyəti ilə əski mürtəce ədəbiyyatdan yüksəkdir və ona qələbə çalan bir qüvvəyə malikdir.

1932-ci il 23 aprel tarixli qərar çıxarıldıqda bu yeni qüvvələr köhnə yazıçılarla birlikdə çalışmağa və əski dar çərçivəni yırtaraq geniş bir sahədə bədii yaradıcılıq işini aparmağa qabil və hazır idilər. Bu yeni qərar əsasında yaradılmış vahid Sovet Yazıçıları İttifaqı bir sıra köhnə yazıçıların da sosializm quruluşuna öz yaradıcılıqları ilə xidmət etmələri üçün müvafiq bir şərait yaratmış oldu. Sovet platformasına səmimi bir surətdə keçən Molla Nəsrəddin, Əbdürrəhim bəy Haqverdiyev, Cəfər Cabbarlı, Abdulla Şaiq kibi yazıçılar haman bu tarixi qərarın sayəsində həqiqi sovet yazıçıları ola bildilər. Özünün mürtəce keçmişini tamamilə dəf edən və özünü keçmişin hər növ təsirlərindən təmizləməyə müvəffəq olan C. Cabbarlı Sovet Azərbaycanının böyük xalq dramaturqu olmaq şərəfinə nail oldu. Bu xüsusda ona birinci yardımı bolşevik partiyası və sovet höküməti göstərdi. Cabbarlı isə bu imkan və yardımlara qarşı passiv deyil, biləks onlardan düzgün surətdə, namuslu bir sovet vətəndaşı və sovet yazıçısı kibi istifadə edirdi. Bunun üçün bu gün haqlı olaraq deyə bilərik ki, Azərbaycan dramaturgiyası tarixində M. F. Axundzadədən sonra ikinci yer Cəfər Cabbarlınındır.

1932-ci ildə 23 aprel qərarı ilə yaradılan imkanlardan xaincəsinə sui-istifadə edən Əhməd Cavad kibi mürtəce yazıçılar da olmuşdur. Əhməd Cavad sovet yazıçıları sırasında özünü yenidən qurmaq işi ilə deyil, yenə də öz yaradıcılığında millətçi və kontrrevolyusion fikirləri davam etdirməklə məşğul olmuşdur. Buna görə də o, sovet yazıçıları sırasından qovuldu.

Digər tərəfdən Çəmənzəminli, Seyid Hüseyn, Sanılı kibi yazıçıların bu 5 il müddətində haman tarixi qərar əsasında özlərini tamamilə yenidən qura bilmədiklərini görürük.

5 il içərisində yeni kadro və yeni bədii əsərlər yaratmaq kibi böyük nailiyyətlərlə bərabər, biz sıralarımızı zibilləyən bir sıra kontrrevolyusioner nasionalistləri (Əli Nazim, T. Şahbazi, Ə. Cavad, B. A. Talıblı, Əli Razi və i.a) ifşa etmiş və İttifaqdan qovmuşuq.

Beş il keçəndən sonra biz Azərbaycan sovet ədəbiyyatının yeni və yüksək pillələrə qalxması ilə bərabər, yenidən qurulma məsələsinin daha ciddi bir surətdə yazıçılara qarşısında durduğunu qeyd etməliyik.

Üçüncü plenumumuzdan sonra keçirilməkdə olan yaradıcılıq hesabatları açıq göstərir ki, biz özünü yenidən qurmaq istəyən və həqiqi sovet yazıçısı olmaq istəyən hər bir yazıçını yalnız tənqid etmək deyil, ona yardım etməyi də bacarırıq. Lakin onlar unutmamalıdırlar ki, həqiqi və əsaslı yenidən qurulma yalnız kəskin bolşevik özünütənqidi şəraitində mümkün ola bilər. Kəskin və dərindən bolşevik tənqidi olmayan yerdə yenidən qurulmaq da mümkün deyil. Liberal münasibət və arxayınlıq istər yeni və istərsə köhnə yazıçılar üçün daha pis nəticələr törədə bilər.

ÜİK (b) P MK-nin 32-ci il 23 aprel tarixli qərarına yekun vururkən, Azərbaycan sovet yazıçıları daha qızğın bir enerji və daha böyük bir entuziazmla Böyük Oktyabr revolyusiyasının XX ildönümünə öz yeni əsərləri ilə gəlməlidirlər. Bu əsərlər ulu Stalin epoxasına layiq yüksək səviyyədə olmalıdır.

Səməd Vurğun, Süleyman Rüstəm, Mir Cəlal, Mikayıl Müşfiq, Əbülhəsən, A. Faruq, Sarıvəlli, Məmməd Rahim, Əvəz Sadıq, Samvel Qriqoryan, Qraşi, Qamski, İ. Mirzə və bir sıra yoldaşlar Oktyabr revolyusiyasının XX illiyinə tamamilə yeni və sosialist mündəricəli bədii əsərlər hazırlamaqdadırlar.

Bu yeni kadro içərisində gənc sovet dramaturqu İ. Mirzənin yazmış olduğu “Həyat” pyesi Aprel revolyusiyasının 17 illiyi münasibətilə Az. DDT-da oynanılacaqdır.

Bunlardan başqa onlarla gənc yazıçı kadroları yetişməkdədir. Bu kadro bu gün artıq öz şeirləri və hekayələri ilə mətbuatımızda görünməkdədir. Bunların içərisində daha çox gözə çarpan Böyükağa Qasımzadə, Zubeyr, Ziyatay, Tələt, Şirzad, Əhməd Cəmil, Qoşqarlı, Zeynal Xəlil, M. Sonanı göstərmək olar.

Məktəblərdə yetişən yüzlərcə məktəb yaşlı talantları xüsusilə qeyd etməliyik. Bu kadro özlərinin Stalinə, sosializm quruluşuna və xalqlar dostluğuna həsr edilmiş şeirləri ilə göstərirlər ki, sovet ədəbiyyatı gələcəkdə daha şüurlu, internasional tərbiyəni daha möhkəm keçmiş olan sağlam bir kadronun əlinə keçəcəkdir. Bu nəslin tərbiyəsi və sağlam yaradıcılıq yolunda iləriləməsi üçün Az. Sovet yazıçıları İttifaqı var qüvvəsi ilə çalışmalıdır. Çünki ədəbiyyatımızın gələcəyi və onun inkişafı yalnız qiymətli və talantlı kadroların sayəsində ola biləcəkdir.

S. Şamilov

“Kommunist” qəzeti

23 aprel 1937-ci il

news-inner-user
Kənan Hacı

193 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Türk aktrisası vəfat etdi
18:30 13 Avqust 2020
Azərbaycanda əcnəbi serialların yayımı bərpa olundu
17:57 13 Avqust 2020
Məşhur rejissorların ürəyində qalan 5 film - Çəkmək istəyirdilər, alınmadı...
17:02 13 Avqust 2020
"Avatar-2" filminin çəkiliş meydançasından fotolar
16:28 13 Avqust 2020
Xalq rəssamı vəfat etdi
15:09 13 Avqust 2020
Nazirlikdən gedənlər və gələnlər – Sərdar Amin yazır...
14:11 13 Avqust 2020
Mədəniyyət Nazirliyinin aparat rəhbəri vəzifəsindən azad olundu
13:24 13 Avqust 2020
Mahnılarını Niyaməddin Musayev oğurladı, rayonu işğal olunanda beyninə qan sızıb öldü – Bu gözəl musiqilərin müəllifini siz də tanıyın
13:19 13 Avqust 2020
Mühacirətdə olan yazıçı vəfat etdi
12:34 13 Avqust 2020
Sərdarın atası və əlləri
11:52 13 Avqust 2020
Bizə əl atan qoca müəllim
11:07 13 Avqust 2020
Britaniyalı jurnalistin Xocalıdan yazdığı ssenariyə film çəkildi
10:43 13 Avqust 2020
"Qarabağ hekayələri" özbək dilində nəşr olundu
10:04 13 Avqust 2020
Stalin Rəsulzadəni bu yolla qaçırdı, Səməd Vurğun yaralıları apardı – Ayxan Ayvazın reportajı
09:00 13 Avqust 2020
Türkiyəli şair vəfat etdi
18:30 12 Avqust 2020
Məhəllə futbolu - Hekayə
17:58 12 Avqust 2020
Özündən 25 yaş kiçik qadınla evləndi, yoldaşının ikinci əri bütün şəkillərini yandırdı, məzarı hələ də bilinmir – Nəsibə Zeynalovanın atasının dramatik həyatı
17:04 12 Avqust 2020
Məşhur "20th Century Fox" fəaliyyətini sona çatdırır
16:14 12 Avqust 2020
İtaliyada vəfat edən müğənnimizin nəşi vətənə gətiriləcək? - Açıqlama
15:30 12 Avqust 2020
Səfər Alışarlının "İşıq" hekayəsi
14:42 12 Avqust 2020