Xəyalımı toxum kimi səmadan torpağa atdım – Poetik deyimlər

Xəyalımı toxum kimi səmadan torpağa atdım – Poetik deyimlər
26 may 2021
# 18:21

Kulis.az Pərviz Cəfərlinin poetik deyimlərini təqdim edir.

Mənim duam - xoşbəxtlik anlarında içdən boylanan minnətdarlıq sözləridir kainata

***

Gözəllik – həqiqətin xaricidir, əbədi olan iç gözəllikdir.

***

Dua o zaman yaranar ki, insanın bacarıqları bitər. Əsl dua gül buketi kimidir, ona görə də hər söz, hər cümlə içdən və səmimi olmalıdır.

***

Həqiqət heç vaxt hipnoz etməz, özünü təsadüfən və zorla buraxmaz bizlərə.

***

Bizlərin əbədi faktları yox, əbədi potensialları var.

***

Adi sudan ot bitmir.

***

Yağmurlu sakit gecə

Qaranlıq binalar

O , küçə lampalarına ulduzlar taxdı...

***

Yol itsə də, məqsəd uzaq olsa da, ağlımın gəmisi sularda batsa da, ayaqlarımın gözləri axtaracaq hər gün səni...

***

Sən mümkünsən !

***

Hər qəlb sönmüş közdür – sevgi atəşi lazımdır ancaq.

***

Güvən səbəbsizdir

Sevgi səbəbsizdir

O, səbəbsizdir

Ən gözəl təcrübələr səbəbsiz olur.

Harasa getmək, nəyəsə çatmaq – sevgidən uzaqlaşdırır.

Hər an sevgi olmaq, gözlərinlə hər şeyi sevgiylə doldurmaq !

***

Sevgi qüsursuz görməkdir.

Sevdiyiniz nədirsə, onda qüsur tapmırsız.

Qüsur sevgisizliyin olmasıdır.

Ona görə O qınamır,pisləmir, bizim iyrənc saydıqlarımızı belə təhqir etmir.

O sevgidir, sevməyə bilməz

Qanadlanıb səmalara qalxarkən bunları ürəyimdə tapıram

***

Necə sevməmək olar ?

Bu qəribədir

Bu ən dahiyanə aldanışdır.

***

Həqiqət düşünmək , hiss etmək , bilmək deyil – görmək və olmaqdır.

***

Xəyalımı bir toxum kimi təmizlədim, səmadan torpağa atdım

***

Bir yumurtada həyat

Bir insanda həyat

Bir damlada okean.

O əks olunub sadəcə, heç yaranmayıb, olmayıb da.

Olan-olmayan hər şey onun əksidir

***

Sən uşaq kimi havaya rəngli kainatlar üfürənsən

Hər an işdəsən, hər an yaradansan, bunu yazan da sənsən

***

Sevgi – tanrıdır, heç nəyi yaratmayan, mövcud olmayan.

Aldanmaqdan, içinizə yeridilən yalanlardan azad olmaqda, özünüzü kəşf

edib zəncirləri atmaqda, içinizdəki suya çatıb doymaqda sizə sevgi kömək

edəcək

Qısqanclıqdan, paxıllıqdan azad olmaq üçün ölümünə sevin, dərinlərə kimi

sevin.

Sevgi ətrafa göndərdiyimiz şəfqətdir.

Sevgi anlamağa imkan ,güc verən səadətdir.

Sevgi ali şuurdur.

Sevgi ancaq yaxşılığın olmasıdır.

Sevgi dünyanın bizim anamız olmasını hiss etdirəndir.

Sevgi illuziya , qorxulardan azadlıqdır.

Sevgi azadlığın sinonimidir.

Sevgi axan göz yaşlarını silib, əzabları qapadan , zülmətdən işığa yol

açandır.

Sevgi ürəklərin səmadan dinlədiyi surələrdir

İlk addım, ilk söz, ilk duyğu sevgidir.

Sevgi ruhu aşkarlayandır

Sevgi ürəklərin dərin siminə toxunan tanrı əlidir

Sevgi çiçəklərdən nektar yığan arı, gözəlliklərdə tənbəl-tənbəl xoşbəxtləşən

kəpənəkdir

Sevginin ölçüsü yoxdur, o həyatı bayrama çevirəndir

Tanrı sevgidir

Sevgi şəfqətdir

Sevgi bizdən gəlməyən, bizə tabe olmayan , ürəyimizin sonsuzluğudur

***

Müqəddəs haçalanmayıq biz

***

Sənə hər şeydə ürəyim “hə” deyir, bağışlayır və rəqsə dəvət edir.

# 3412 dəfə oxunub

Oxşar xəbərlər

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

13:00 1 noyabr 2026
Darıxdırıcı axşamlarda purosunu tüstülədən taxta adamlar -  Tadeuş Makovskiyin məşhur əsəri

Darıxdırıcı axşamlarda purosunu tüstülədən taxta adamlar - Tadeuş Makovskiyin məşhur əsəri

12:00 1 noyabr 2026
İnsanları döyüş maşınına çevirən sistem - Bir uşağı necə qatilə çevirmək olar?

İnsanları döyüş maşınına çevirən sistem - Bir uşağı necə qatilə çevirmək olar?

16:00 30 oktyabr 2026
"Kirpi" jurnalının hədəfi oldu, Ələkbər Tağıyev ona qadağa qoydu - Məmmədbağır Bağırzadə niyə həbs olunmuşdu?

"Kirpi" jurnalının hədəfi oldu, Ələkbər Tağıyev ona qadağa qoydu - Məmmədbağır Bağırzadə niyə həbs olunmuşdu?

13:00 30 oktyabr 2026
Kanoe - Vüsal Bağırlının essesi

Kanoe - Vüsal Bağırlının essesi

10:00 30 oktyabr 2026
Birini zibil qutusundan çıxardılar, digərini 121 dəfə rədd etdilər – Məşhur kitabların bilinməyən taleyi

Birini zibil qutusundan çıxardılar, digərini 121 dəfə rədd etdilər – Məşhur kitabların bilinməyən taleyi

15:00 29 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər