Həsrət nəğməsi bitdi - "Qarabağ bülbülləri" Şuşada...

Həsrət nəğməsi bitdi - "Qarabağ bülbülləri" Şuşada...
14 may 2021
# 14:01

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə mayın 12-13-də “Xarıbülbül” musiqi festivalı ölkəmizin mədəniyyət paytaxtı Şuşanın əsrarəngiz Cıdır düzündə yenidən təşkil olundu.

Bununla da Azərbaycan xalqının Qarabağdakı mədəni kimliyi illər sonra yenidən dirçəldi. Ölkədə hər kəs böyük coşqu ilə bu tarixi anın şahidi oldu.

Bəlkə də gənclərin bəziləri Şuşa, Qarabağ mədəniyyətində önəmli rolu olan bir ansamblın fəaliyyəti ilə yaxından tanış deyil.

49 il öncə Azərbaycanın musiqi beşiyi olan Qarabağda bir ansambl yarandı. "Qarabağ bülbülləri" adı ilə ölkəyə səs salan bu ansambl nəinki Azərbaycanda, bütün SSRİ-də tanındı və sevildi. İndi "Qarabağ bülbülləri"nin 45, onun yaradıcısı və bədii rəhbəri Murad Rzayevin isə 74 yaşı tamam olur. M.Rzayev 49 il əvvəl yaratdığı "Qarabağ bülbülləri"ni indi də yaşadır. Kollektivin yetirmələri indi Azərbaycanın əməkdar və xalq artistləri, ölkənin nüfuzlu sənət adamlarıdır.

Rzayev Murad Yunis oğlu 1947-ci il dekabrın 7-də Ağdam rayonunda ziyalı ailəsində anadan olub. 1954-cü ildə 3 №-li orta məktəbə daxil olub, 1964-cü ildə həmin məktəbi bitirib. Hələ orta məktəbdə oxuyarkən Güllücə kəndində kino qurğusunda motorçu, yəni fəhlə işləyib, həmçinin kiçik yaşlarından Ağdam rayon Xalq Teatrında bir çox tamaşalarda rollar oynayıb, respublika Teatr Cəmiyyətinin fəxri fərmanına və diplomlarına layiq görülüb. Həmin ildə Üzeyir Hacıbəyov adına Ağdam Musiqi Texnikumunun xor-dirijorluq fakültəsinə qəbul olub, 1968-ci ildə həmin məktəbin tam kursunu bitirib. Həmin ilin noyabrında hərbi xidmətə çağırılıb. Hərbi xidmətdən qayıtdıqdan sonra 1970-ci ildən 1971-ci ilin may ayına kimi Ağdam rayon Mədəniyyət Evində bədii rəhbər vəzifəsində çalışıb, tamaşalara musiqi tərtibatı verib və eyni zamanda bir çox tamaşalara musiqi yazıb. Həmin ildən də rayon Komsomol Komitəsi bürosunun qərarına əsasən Ağdam rayon Pioner və Məktəblilər Evinə (hazırda Uşaq Yaradıcılıq Mərkəzi) direktor təyin olunub və həmin vəzifədə 2016-cı ilin aprel ayına qədər çalışıb. Rayonda ilk dəfə müəllim və şagirdlərdən ibarət xor qrupu və estrada orkestri yaradıb. Mərkəz rəhbəri olması ilə yanaşı, məktəbin nəzdində "Qarabağ bülbülləri" ansamblını yaradıb.

Respublika Komsomol Komitəsinin təqdimatına əsasən 1977-ci ildə Zaqafqaziya Komsomol məktəbinə qiyabi qəbul olub, 1979-cu ildə oranı əla qiymətlərlə bitirib. Həmin ildə də Mədəniyyət və İncəsənət Universitetinin Mədəni-maarif fakültəsinə qəbul olub, 1984-cü ildə universiteti bitirib. 1971-ci ildən M.Rzayevin bədii rəhbəri olduğu "Qarabağ bülbülləri" ansamblı dünyanın əksər ölkələrində respublikamızı mahnı festivallarında təmsil edərək medallar və yüzlərlə diplom, fəxri-fərmanlar alaraq, 12 sənədli və bədii filmlərə çəkilib. Kollektiv Ümumittifaq Zaqafqaziya və Beynəlxalq Festivallar Laureatı adına layiq görülüb. Həmin illərdə qabaqcıl iş təcrübəsi respublika miqyasında yayıldığına, mədəniyyət və incəsənət sahəsində istedadlı şagirdlər yetişdirdirib.

İşlədiyi müddətdə rəhbərlik etdiyi "Qarabağ bülbülləri" ansamblı respublikanın mədəni kütləvi tədbirlərində, o cümlədən bir sıra xarici ölkələrdə çıxış edib.

Müəllifi olduğu onlarla mahnılar, rənglər respublikamızın görkəmli xanəndələrinin, eyni zamanda respublikanın xalq artistləri Mirzə Babayev, Qədir Rüstəmov, Flora Kərimova, Oqtay Ağayev, əməkdar artistlər Zöhrə Abdullayeva, Teymur Əmrah və tanınmış digər müğənnilərin ifasında səslənib. Həmçinin, M.Rzayevin vaxtilə Tacir Şahmalıoğlunun ifasında səslənən "Bayatı-Şiraz" muğamına etdiyi improvizə bu gün də Azərbaycanın bir çox dövlət tədbirlərində, keçirilən muğam müsabiqələrində, Avropa və İslam oyunlarında, Prezident haqqında çəkilən filmdə, efirlərdə vətənlə bağlı gedən verilişlərdə səslənir.

Bunlardan əlavə, M.Rzayev bütün dövlət televiziya kanallarında çıxış edib. Özünün və rəhbərlik etdiyi ansambl haqqında onlarla kitablar nəşr olunub. Pedaqoji fəaliyyətə başladığı illərdən etibarən və "Qarabağ bülbülləri" ansamblı yarandığı gündən M.Rzayevin həyat və pedaqoji fəaliyyətini, eyni zamanda ansamblın işini özündə əks etdirən yüzlərcə video kasetlər, disklər işıq üzü görüb və davam etməkdədir.

Şuşada keçirilən "Xarı bülbül" festivalı Qarabağın mədəniyyət simasının yenidən bərqərar olmasında, bu torpaqlarda incəsənət sahəsinin dirçəlməsində mühüm rol oynayacaq. Bu festivalın coşqu ilə qarşılanması Qarabağda yeni teatrların, ansamblların mədəniyyət ocaqlarının yaranması üçün mayak olacaq.

# 2079 dəfə oxunub

Oxşar xəbərlər

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
#
#
# # #