Jurnalist Fulya haqqında film çəkiləcək

Jurnalist Fulya haqqında film çəkiləcək
7 may 2021
# 18:56

Mədəniyyət Nazirliyi tərəfindən elan olunmuş “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsinin nəticələrinə əsasən, 11 layihə qalib elan edilib. Onlardan 5-i bədii, 4-ü sənədli, 2-si animasiyaya film layihələridir.

“Böyük Qayıdış” müsabiqəsinin qalibi olmuş “Fulya” sənədli film layihəsi üzrə çəkilişlərə iyun ayında start veriləcək. Layihə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası tərəfindən təqdim olunub.

Kinostudiyadan Kulis.az-a bildirilib ki, “CNN Türk” telekanalının jurnalisti, İkinci Qarabağ müharibəsi zamanı həqiqətlərin dünyaya çatdırılmasında mühüm rol oynamış Fulya Öztürk haqqında sənədli film “DADA Film Prodakşn” ilə birgə istehsal olunacaq.

Filmdə Fulya Öztürkün və teleoperatorun çəkdiyi, yayımlanmamış 11 saatlıq videomateriallardan istifadə ediləcək.

Filmin ssenari müəllifi və rejissoru Tahir Əliyevdir. Çəkilişlər İstanbulda – “CNN Türk”də başlayacaq, daha sonra Gəncə, Tərtər, Bərdə, Füzulidə davam edərək Şuşada yekunlaşacaq.

# 3863 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti Zaur Rzayev vəfat etdi

Xalq artisti Zaur Rzayev vəfat etdi

18:52 29 oktyabr 2026
Beren Saat və Ekin Koç illər sonra yenidən eyni layihədə

Beren Saat və Ekin Koç illər sonra yenidən eyni layihədə

17:30 29 oktyabr 2026
Qadınların gündəlik həyatını əks etdirən qədim dolab tapıldı

Qadınların gündəlik həyatını əks etdirən qədim dolab tapıldı

17:00 29 oktyabr 2026
Deddi Yankinin  yeni albomu yayımlanacaq

Deddi Yankinin yeni albomu yayımlanacaq

16:30 29 oktyabr 2026
Məşhur aktyor "Yaşayan ən seksual kişi"  seçildi

Məşhur aktyor "Yaşayan ən seksual kişi" seçildi

16:00 29 oktyabr 2026
Nadir dinozavr skeleti rekord qiymətə satıldı

Nadir dinozavr skeleti rekord qiymətə satıldı

15:00 29 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər