Xudayara görə döyülən oğlanın bizə verdiyi dərs

Xudayara görə döyülən oğlanın bizə verdiyi dərs
29 aprel 2021
# 13:30

Dünən axşam bir video yayıldı, yəqin siz də gördünüz. Şəhid Xudayara aid səviyyəsiz zarafat etmiş bir nəfərin döyülməsini deyirəm...

Həmin o “zarafat”ı xatırlatmaq fikrim yoxdur, böyük ehtimal çoxunuz həmin zarafatdan, zarafatı edən şəxsdən də xəbərdarsınız.

Çox qeyri-etik, ədəbsiz, hətta iyrənc olan o zarafatı mən də oxuyanda çox əsəbiləşmişdim.

Axı o şəhidlər, gənc-gənc oğullar bizim uğurumuzda canlarından keçdilər. O nur üzlü Xudayar düşmən bizə tərəf atəş aça bilməsin deyə gülə-gülə, oxuya-oxuya getdi düşmənin üzərinə.

Elə o ədəbsiz zarafatı edən oğlan uğurunda da.

Şəhidlik zirvəsinin nə qədər uca məqam olduğundan danışmaq istəmirəm. Ümumiyyətlə, hər kəs özü papağını qarşısına qoyub şəhidlər haqqında yaxşıca düşünməlidir ki, şəhid anlayışını az da olsa, dərk edə bilsin.

Bizim uğurumuzda, ölkəmiz uğrunda, vətənimiz uğrunda canından keçən adamlardan danışırıq.

Sənin uğrunda, sənin doğmaların uğrunda canından keçən birinə aid bu cür nalayiq zarafatlar etməyə vicdanın necə əl verir?

Ortada iyrənc bir “zarafat” və həmin zarafatın nəticəsi olan döyülmə faktı, fiziki şiddət var.

Bəs özünü liberal adlandırıb insanların dəyərlərinə dil uzadanlar, təhqir edənlər həqiqətən anlamırlarmı ki, onların etdiyi də psixoloji, mənəvi şiddətdir?

Hamı bilir ki, şəhidlər bizim üçün ən ali dəyərdir. İnsanların mənəvi dəyərlərinə dil uzatmaq, onların heysiyyətiylə oynamaq və bunu “zarafat” xətrinə etmək yolverilməzdir.

Heysiyyətinə toxunulmuş adamların qəzəbini idarə etməsi çətindir.

Nə yalan deyim, o “zarafat”ın müəllifinə nə qədər qəzəbli olsam da, onu edən oğlanın döyülməsini görəndə pis oldum.

Axı ölkəmizdə hər kəs problemini bu cür yollarla həll etməyə qalxsa vəziyyət necə olacaq?

Belə halların hüquqi müstəvidə həll yolları var.

Biz orta əsrlərdə yaşamırıq.

Şəhidə müqəddəs varlıq kimi tapınanları, onun üçün həbsxananı gözə alanları başa düşürəm.

Lakin həm də onu başa düşürəm ki, dünyəvi-hüquqi dövlətin vətəndaşı öz dəyərini müdafiə eləmək üçün yumruğunu, təpiyini işə salmamalıdır.

Belə olan təqdirdə yanlışı edən o “zarafatçıl” oğlan daha haqlı duruma düşür.

Çünki o, aşağı-yuxarı sarsaq bir söz işlədib, amma sən yaşadığın ölkənin, dövlətin qanunlarına hörmətsizlik edirsən.

Bir dəyəri qorumaq naminə, digər dəyərləri saymırsan.

Şübhəsiz, qeyd etdiyim kimi. Torpaqdan və şəhiddən böyük dəyərimiz yoxdur, lakin hər kəs öz dəyəri üçün özü cəza vermək fikrinə düşsə, işimiz var!

Mən səbəb nə olur-olsun kiminsə belə döyülməsini istəməzdim.

Şübhə etmirəm ki, nur üzlü şəhidimiz Xudayar özü də bunu istəməzdi.

# 8740 dəfə oxunub

Oxşar xəbərlər

Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

11:17 6 noyabr 2026
Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

11:05 6 noyabr 2026
Dünyanın ən böyük dirijorlarından biri 99 yaşında vəfat etdi

Dünyanın ən böyük dirijorlarından biri 99 yaşında vəfat etdi

10:58 6 noyabr 2026
Şöhrətin arxasında gizlənən cinayətlər – Rassell Brendə ağır həbs cəzası gözlənilir

Şöhrətin arxasında gizlənən cinayətlər – Rassell Brendə ağır həbs cəzası gözlənilir

10:34 6 noyabr 2026
"Peaky Blinders" üslubunda 40 milyonluq soyğun:  Avropol serb qadını axtarışa verdi

"Peaky Blinders" üslubunda 40 milyonluq soyğun: Avropol serb qadını axtarışa verdi

10:11 6 noyabr 2026
Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər