"Nizami və musiqi" mövzusunda elmi konfrans keçirildi

"Nizami və musiqi" mövzusunda elmi konfrans keçirildi
14 aprel 2021
# 18:46

Aprelin 14-də Azərbaycan Bəstəkarlar İttifaqında Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş "Nizami və musiqi" mövzusunda elmi konfrans keçirilib.

APA-nın məlumatına görə, İttifaqın sədri, Xalq artisti Firəngiz Əlizadə Azərbaycan bəstəkarlarının daim Nizami mövzusuna müraciət etdiklərini bildirib.

O, "Nizami ili" ilə əlaqədar indiyə qədər Azərbaycan bəstəkarlıq məktəbində dahi şairə həsr edilmiş əsərlərin siyahısını hazırladıqlarını deyib: "Siyahıya nəzər yetirdikdə məlum oldu ki, bu əsərlərin çox az hissəsi ictimaiyyətin diqqətinə çatdırılıb. Ola bilsin, o əsərlərin hamısı Qara Qarayevin "Yeddi gözəl"i səviyyəsində deyil. Amma bu o deməkdir ki, biz həmin əsərləri dinləməyək. Bizi çox narahat edir ki, bu əsərlərin adları çəkilmir, onlar araşdırılmır. Mən demirəm Nizamiyə həsr olunmuş operaların hamısı tamaşaya qoyulsun, heç olmasa, bəzi səhnələr təqdim olunsun ki, biz onlarda nələrdən bəhs etdiyini bilək. Bu sırada Niyazinin 1942-ci ildə yazdığı "Xosrov və Şirin" operasının, Soltan Hacıbəyovun, Əfrasiyab Bədəlbəylinin, Midhət Əhmədovun, Ərtoğrul Cavid, Hacı Xanməmmədov və başqalarının adlarını çəkə bilərik".

"Nizami ili" çərçivəsində bu mövzunun yenidən bəstəkarların diqqət mərkəzində olduğunu deyən sədr özünün də Nizami mövzusunda irihəcmli əsər yazdığını diqqətə çatdırıb: "Düzdür, pandemiya ilində bəstəkarlarımız üçün çalışmaq çətindir. Bilirsiniz ki, konsertlər yoxdur, məşqlər keçirilmir. Opera Teatrı bağlıdır. Ötən il "İpəkyolu" Festivalını pandemiya ilə əlaqədar təxirə salındı. Bu il isə nələr olacağını hələ bilmirik. Amma buna baxmayaraq bəstəkarlarımız səylə çalışırlar. Artıq bir sıra gənc bəstəkarlarımız bu mövzuda özlərini sınayıblar. Düşünürəm ki, ilin sonuna kimi bu əsərlərin sayı daha da artacaq".

Sonra Cəmilə Həsənovanın "Qara Qarayevin yaradıcılığında Nizami mövzusu", Səadət Təhmirazqızının "Fikrət Əmirovun yaradıcılığında Nizami irsi", Ülkər Talıbzadənin "Üzeyir Hacıbəylinin "Sənsiz" və "Sevgili canan" romans-qəzəllərində musiqi ilə poeziyanın qarşılıqlı əlaqəsi" və başqa çıxışçıların məruzələri dinlənilib.

Tədbirin bədii hissəsində Əfrasiyab Bədəlbəylinin "Nizami" operasından "Əzranın ariozosu, Rənanın balladası" səsləndirilib.

# 2782 dəfə oxunub

Oxşar xəbərlər

Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

17:46 14 noyabr 2026
“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon”  ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon” ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

16:55 14 noyabr 2026
Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

16:01 14 noyabr 2026
Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

14:12 14 noyabr 2026
Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

14:00 14 noyabr 2026
“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı oldu - FOTO

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı oldu - FOTO

13:16 14 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər