Aşıq Şəmşirin 16 qohumu öldürüldü – Millət vəkilindən ürək parçalayan sözlər 

Aşıq Şəmşirin 16 qohumu öldürüldü – Millət vəkilindən ürək parçalayan sözlər 
8 aprel 2021
# 10:26

Bu gün Ağdaban faciəsindən 29 il ötür.

Kulis.az-ın verdiyi xəbərə görə, 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə ermənilər tərəfindən törədilən soyqırımı zamanı Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırılıb və yer üzündən silinib.

Kəndin 779 nəfər dinc sakininə qeyri-insani işgəncələr verilib, 33 nəfər qətlə yetirilib, 8 nəfər 90 -100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri yandırılıb.

Ermənilərin Azərbaycanın mədəni irsinə qarşı törətdikləri vandalizm siyasətinin davamının daha bir təzahürü kimi şair Ağdabanlı Qurbanın və klassik aşıq şeirinin ustadlarından olan Dədə Şəmşirin əlyazmaları məhv edilib.

Dədə Şəmşirin məzarı dağıdılıb və faciə zamanı aşığın ocağına məxsus 16 nəfər öldürülüb.

Millət vəkili Jalə Əliyevanın son 10 gündə Zərdablılara 3-cü MÜRACİƏTİ -  Zərdab.com

Bu barədə paylaşım edən millət vəkili Jalə Əliyeva yazır:

“Həmin gecə ustad aşıq, böyük sənətkar Dədə Şəmşir ocağının 16 üzvü acımasızca qətlə yetirildi.

Dədə Şəmşirin evi yağmalandı, gülləbaran edildi, əlyazmaları, bütün külliyatı göyə sovruldu…

Azərbaycanın müasir tarixində, ədəbiyyatında görkəmli izi və yeri olan bu nəslin şəcərəsi, sələfləri və xələfləri haqqında hazırlamaqda olduğum monoqrafiya üçün lazımlı məlumatları toplayarkən Dədə Şəmşir yurdunun çırağını yandıran, el ağsaqqalı Qənbər Şəmşiroğlunun şəxsən şahidi olduğu bu hadisələri öz dilindən eşidib, onun bu hadisələri hətta nəql edərkən belə hansı sarsıntıları keçirtdiyini görmək çox çətin oldu…

Amma, eyni zamanda yaşı artıq 80-i ötmüş, dünyanın hər şirinini-acısını dadmış aqil bir insanın böyük kədərinin – Yurd həsrətinin kövrək simləri arxasında dayanan güclü inamı və qırılmaz ümidi sezmək də inanılmaz bir xoş ovqat verirdi insana!

Dövlət başçısının dönməz iradəsinə inam!

Ağdabanı bir daha görəcəyinə ümid!

Onu dinlədikcə ürəyimdən arzular keçirdi…

Allah Sizə uzun ömür versin!

Allah dövlətimizi və Prezidentimizi qorusun!

Biz də inanırıq ki, yolumuzu gözləyən doğma Qarabağımızda zəfər marşımız əzəmətlə çalınacaq, itirdiyimiz bütün torpaqlarda üçrəngli bayrağımız qürurla dalğalanacaqdır!

Allah bütün şəhidlərimizə rəhmət etsin!”

XX əsrin sonunda Ermənistanın Azərbaycanda törətdiyi ən dəhşətli soyqırımlardan biri

# 3602 dəfə oxunub

Oxşar xəbərlər

"Royal Society of Literature Pioneer Prize"  mükafatının qalibi açıqlandı

"Royal Society of Literature Pioneer Prize" mükafatının qalibi açıqlandı

18:46 6 noyabr 2026
Betpod, İndiana Consun papağı və “Taxt oyunları”nın qılıncı hərraca çıxarılır

Betpod, İndiana Consun papağı və “Taxt oyunları”nın qılıncı hərraca çıxarılır

18:24 6 noyabr 2026
Qaranlığın epifaniyası: Cəmiyyətin mənəvi qəbiristanlığında qəpik-quruş savaşları

Qaranlığın epifaniyası: Cəmiyyətin mənəvi qəbiristanlığında qəpik-quruş savaşları

17:07 6 noyabr 2026
“Pixar”da böyük dəyişiklik – 12 illik rəhbərlik başa çatır

“Pixar”da böyük dəyişiklik – 12 illik rəhbərlik başa çatır

16:27 6 noyabr 2026
“Pink Floyd” pərəstişkarlarına sürpriz – “Animals” albomu yenidən nəşr olunur

“Pink Floyd” pərəstişkarlarına sürpriz – “Animals” albomu yenidən nəşr olunur

15:58 6 noyabr 2026
Ozzfest geri qayıdır – 2027-ci ildə üç ölkədə keçiriləcək

Ozzfest geri qayıdır – 2027-ci ildə üç ölkədə keçiriləcək

14:57 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər