“Can Azərbaycan” müsabiqəsinin qalibləri müəyyənləşdi - Siyahı

“Can Azərbaycan”  müsabiqəsinin qalibləri müəyyənləşdi - Siyahı
7 aprel 2021
# 16:14

Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, “İWS Azerbaijan” (İWS Globe – Beynəlxalq Suluboya Cəmiyyətinin Azərbaycandakı nümayəndəliyi) və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə qrafika və akvarel ustaları arasında keçirilən “Can Azərbaycan” respublika yaradıcılıq müsabiqəsinin qalibləri müəyyənləşib.

Kulis.az xəbər verir ki, müsabiqə akvarel və qrafika texnikası ilə çəkilmiş əsərlərə marağı artırmaq, həmçinin təsviri sənətin bu istiqamətlərində çalışan rəssamların yaradıcılığında Azərbaycanın tərənnümü, o cümlədən Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan ordusunun Vətən müharibəsində göstərdiyi igidlik, azərbaycançılıq məfkurəsi və milli birliyimizin təsvir müstəvisində nümayişi məqsədilə keçirilib.

“Can Azərbaycan” Respublika yaradıcılıq müsabiqəsinin nəticələri:

Akvarel sənəti üzrə qaliblər:

I yer - Hafiz Kərimov

II yer - Fatma Kılıç

III yer - Feyzi Məmmədov

Qrafika sənəti üzrə qaliblər:

I yer - Elmir Məmmədov

II yer - Günel Quliyeva

III yer - Əbülfəz Fərəcoğlu

Mükafatlandırma fondu:

I yer – 350 manat – 2 yer (Qrafika və akvarel nominasiyasında)

II yer – 200 manat – 2 yer (Qrafika və akvarel nominasiyasında)

III yer –100 manat – 2 yer (Qrafika və akvarel nominasiyasında)

Həvəsləndirici mükafata isə 5 nəfər layiq görülüb.

Qalib olmuş əsərlər Xətai Sənət Mərkəzinin fondunda saxlanılacaq. Qaliblər üçün mükafatla yanaşı, “Mədəniyyət” qəzetində ən yaxşı əsər və onun müəllifi haqqında ətraflı yazı dərc olunması nəzərdə tutulub. Qaliblər diplom, nümayiş olunan əsərlərin müəllifləri sertifikat ilə təltif ediləcəklər.

Müsabiqənin yekun sərgisi Xətai Sənət Mərkəzi tərəfindən onlayn şəkildə keçiriləcək.

# 3205 dəfə oxunub

Oxşar xəbərlər

Ərindən xəstəliyə  yoluxdu, Nobel mükafatı ala bilmədi... - Karen Bliksen kim idi?

Ərindən xəstəliyə yoluxdu, Nobel mükafatı ala bilmədi... - Karen Bliksen kim idi?

16:30 7 sentyabr 2026
"Şəhid valideyninin adını pis işlərdə görmək istəmirəm" - Ulucay Akif

"Şəhid valideyninin adını pis işlərdə görmək istəmirəm" - Ulucay Akif

16:10 7 sentyabr 2026
 Kərbəlayi Faiq:  "Beş-on ildən sonra meyit yuyanlar olmayacaq..." - Müsahibə

Kərbəlayi Faiq: "Beş-on ildən sonra meyit yuyanlar olmayacaq..." - Müsahibə

15:05 7 sentyabr 2026
Roma dövründən qalan nəhəng mozaika tapıldı

Roma dövründən qalan nəhəng mozaika tapıldı

14:50 7 sentyabr 2026
Aziz Sancar “Şöhrət” ordeni ilə təltif edildi - SƏRƏNCAM

Aziz Sancar “Şöhrət” ordeni ilə təltif edildi - SƏRƏNCAM

14:15 7 sentyabr 2026
Əməkdar artist komaya düşdü

Əməkdar artist komaya düşdü

13:29 7 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər