news-inner
clock10:00 calendar-gray 29 Oktyabr 2017 view-gray3690 dəfə oxunub
view-gray3690 dəfə oxunub

Süleyman Rüstəmin Mir Cəfər məclisində ölümcül zarafatı

Kulis.az Cəlal Bərgüşadın “Dünyada nələr gördüm” kitabından “Təziyə” xatirə yazısını təqdim edir.

Bu əhvalat 1943-cü ilin əhvalatıdır. Süleyman Rüstəm nəql edərdi ki, o vaxtlar ağır müharibə illəri idi. Mən Təbrizdə hərbi qulluqda idim. Bakıya bir neçə günlüyə məzuniyyətə gəlmişdim. Bakı dəmiryol vağzalında gördüm ki, çekistlər adamları mühasirəyə alıblar... (Sonralar eşitdim ki, həmin gün Stalin Tehran şəhərinə konfransa gedirmiş). Sənədlərimi çekistlərə göstərib güclə evimizə gəldim. Axşam dost-tanış bizə toplaşdı. Qonşumuz Ordubadi də mənimlə görüşməyə gəldi. O çox dilxor idi. Mənə dedi ki, gədə, (o adətən istəkli adamlarına “gədə” deyə müraciət edirdi) axşam Bəqirovgildə ol! Bəqirov Təbrizdən gəldiyini eşidib. O mənə dedi ki, axşam saat yeddidə Volodyanın təziyəsi olacaq. Süleymanı da götürüb gələrsən.

Düzü, uzaq yoldan təzəcə gəlmişdim. Özüm də yorğun idim. Odur ki, təziyəyə getməyə könlüm yox idi. Amma kim cəsarət edib Bağırovun dəvətinə getməyə bilərdi?! Bəzi yalançı vətən qəhrəmanları Bağırov güllələnəndən sonra deyər ki, mən getməzdim! Belələri ağ yalan deyir. İnanın ki, Bağırovdan allahın özü də qorxurdu! O ki, qaldı, bəndə ola!

Axşamüstü xüsusi maşın gəldi. Ordubadi ilə maşına əyləşib Mircəfər Bağırovgilə getdik. Bizi mülkü paltar geymiş çekist böyük bir salona apardı. Stolların üstündə hər cür nemət var idi. Hətta stollara cürbəcür bahalı içkilər də qoyulmuşdu. Öz-özümə fikirləşdim ki, belə də müsəlman təziyəsi olar? Sonra yadıma düşdü ki, Volodyanın anası yəhudidir. Ona görə də təziyə xristian adəti ilə aparılır.

Volodya Mircəfər Bağırovun istəkli oğlu idi. O, hərbi təyyarəçi kimi döyüşdə faciəli həlak olmuşdu. Cəsədini cəbhədən gətirib Bakıdakı Kirov parkında dəfn etmişdilər.

Salonda olanların hamısı hüznlü idi. Baş tərəfdə üç stul boş idi. Birində məni əyləşdirdilər. O birində isə Ordubadini. Birdən Mircəfər Bağırov tutqun halda salona daxil oldu. Hamımız qeyri-ixtiyari ayağa qalxdıq, Bağırov gəlib Ordubadi ilə mənim aramda oturdu. Çox keçmədi ki, ayağa qalxıb qonaqlara müraciət etdi:

- Mən bu gün istəkli oğlum Volodyanı torpağa basdırmışam! Dərdimdən içəcəyəm! Ancaq sizdən xahiş edirəm, məni düzgün başa düşün, məni bu məsələdə müdafiə edin! – Sonra Bağırov üzünü sağında oturmuş Ordubadiyə tutub əli ilə yüngülcə onun döşünə vurdu: - Qoca, məclisin ağsaqqallığını əlinə al!

Ordubadi duruxdu. O, rus dilində olduqca pis bilirdi. Elə Azərbaycan dilində də o qədər səlis, məntiqi danışa bilmirdi. Əsasən fars və ərəb dillərini çox gözəl bilirdi. Ordubadi dedi ki, təvəriş Bəqirov, Süleyman izdes.

Bağırov hələ özünə gəlməmişdi. O elə başa düşdü ki, Ordubadi deyir ki, məclisi Süleyman Rüstəm aparsa yaxşı olar. Çünki rus dilini o məndən yaxşı bilir.

Sükuta Bağırov dözmədi. O, qocanın üstünə acıqlandı:

- Qoca, sənə deyirəm ki, məclisi apar. Sən ki, Volodyanı yaxşı tanıyırdın...

Ordubadi çıxılmaz vəziyyətdə qaldı. O, tez ayağa qalxıb üzünü məclisə tutdu:

- Əziz generallar, admirallar və qonaqlar. Mən hələ Volodyanı Həştərxanda sürgündə olandan tanıyıram. Volodyanın dil açan vaxtı da yadımdadır. Onu öz balam kimi köksümün üstündə çox oynatmışam. O hələ beşikdə ikən anası ona şirin-şirin layla deyərdi. İndi bu matəm məclisində o laylalar mənim qulağımda səslənir.

Ordubadinin sözləri Bağırovun xoşuna gəldi, lakin Azərbaycan dilində danışdığı üçün bərk əsəbiləşdi:

- Qodja, proşu, skajite po russki, zdes tovarişi vaş yazık ne ponimayut!

Ordubadi ağır cəza ala biləcəyindən qorxub ciddi halda dedi:

- Təvəriş Bəqirov, ya tebe skazal çto Süleyman izdes...

Bağırov indi başa düşdü ki, Ordubadi qorxur ki, Süleyman Rüstəm sabahdan onun dilini ələ salacaq. Volodyanın matəm məclisində rusca danışdığı barədə yazıçılara lətifə söyləyəcək. Bağırov bunu hiss edib bərk əsəbiləşdi və əlini stola elə vurdu ki, içkilər töküldü:

- Süleyman ne smeyet, mənim məclisimi masqaraya qoysun!

Süleyman Rüstəm deyərdi ki, budumun ətini çimdikləyirdim: “Allah eləməsin birdən gülüb eləyərəm?!” Hətta dişlərimlə dilimi qapatmışdım da. Təzə Pirə ürəyimdə nəzir dedim ki, bu qan çanağından salamat çıxım. Ordubadi bu dəfə naəlac qalıb rusca nitqə başladı:

- Təvəriş generali, ədmerəli i doroqoye qostu. Koqda mı bili Əşdərəxan sısılka Volodya lülkə qaçal-qaçal. On vırıstil moyo qrudu...

Süleyman deyərdi ki, dilimin qanını içimə sümürürdüm. Qızıl teştə qan qusmaq bax buna deyirlər. Allaha şükür ki, gülmək məni tutmadı. Yoxsa Volodyanın matəm məclisindən evimizə yox, birbaşa qaranlıq zindana gedərdim.

Məclisdəkilər də qorxuya düşmüşdülər. Hamısı Ordubadiyə “diqqətlə” qulaq asırdı. Allah bilir ki, “natiqin” dediklərini anlayan yox idi.

Gecəyarı matəm məclisi qurtardı. Hamı Bağırova başsağlığı verdi. Ordubadi Bağırovla xudahafizləşərkən dedi:

- Təvəriş Bəqirov, proşu mne addelni maşın dayti.

Bağırov soruşdu ki, qoca, nə üçün? Ordubadi dedi ki, Süleymanla bir maşında getsək, o məni yolda təhqir edəcək.

Bağırovun qanı tamam qaraldı:

- Qoca, xahiş edirəm sabahdan özünüzü həkimə göstərin. Başınızın deyəsən müalicəyə ehtiyacı var.

Bu əhvalatdan sonra düz üç il Ordubadi mənimlə küsülü qaldı.

1989-cu il.

news-inner-user

19962 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Los Ancelesdə Üzeyir Hacıbəyliyə həsr olunmuş qısa film hazırlanıb - Video
17:00 18 Sentyabr 2021
Üzeyir Hacıbəyovun vida mərasimindən reportaj - Fotolar
16:30 18 Sentyabr 2021
Milli Musiqi Günü ilə bağlı Bakı Musiqi Akademiyasında tədbir keçirilib - Fotolar
15:31 18 Sentyabr 2021
Şuşada ilk dəfə Milli Musiqi Günü keçirilir - Fotolar
14:36 18 Sentyabr 2021
Yaqub Zurufçu xanımından niyə boşanmışdı? - Video
13:30 18 Sentyabr 2021
Mədəniyyət naziri: “Şuşaya onun ruhunu qaytaracağıq”
12:40 18 Sentyabr 2021
Fərhad Bədəlbəyli: "Artıq bu, həqiqətdir”
12:29 18 Sentyabr 2021
Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub - Fotolar
11:30 18 Sentyabr 2021
Nazirliyin bəstəkarlara vurduğu zərbə - Firudin Allahverdi yazır...
10:34 18 Sentyabr 2021
Cümhuriyyət ərəfəsində Üzeyir Hacıbəyovu İranda qalmağa vadar edən nə idi? – Vilayət Quliyev yazır
09:01 18 Sentyabr 2021
1937-ci ildə həbs edildi, sevdiyi qadını güllələdi, oğlunun boş tabutunu basdırdı... - Bağırov haqqında qeyri-adi faktlar
21:00 17 Sentyabr 2021
Azərbaycanlı skripkaçı birinci yerə çıxdı
19:16 17 Sentyabr 2021
"Arşın mal alan” Çində təqdim olunub - Fotolar
18:45 17 Sentyabr 2021
Məşhur İspan yazıçısı vəfat etdi
18:15 17 Sentyabr 2021
Azadlıq qılıncların oxuduğu nəğmədi – Rüstəm Behrudinin şeirləri
17:30 17 Sentyabr 2021
Təşəkkür edirəm ayaqlarımın səsinə - Yeni şeirlər
17:07 17 Sentyabr 2021
Sezen Aksudan yeni mahnı - Video
16:55 17 Sentyabr 2021
Məşhur tarzənə ev verildi
16:17 17 Sentyabr 2021
Bir sıra mədəniyyət işçilərinə fəxri adlar verildi - Siyahı
15:50 17 Sentyabr 2021
Deşikli daş pirinin möcüzəsi: İnanaq, yoxsa gülüb keçək?
15:30 17 Sentyabr 2021