Qardaşımın arvadı ilə münasibətdəyəm – Səriyyə xalaya yazırlar

Qardaşımın arvadı ilə münasibətdəyəm – Səriyyə xalaya yazırlar
11 fevral 2021
# 15:30

Hər cümə günə saat 15-30-da yayımlanan “Səriyyə Xala” layihəsini bu həftədən etibarən davam etdiririk. Siz öz dərdlərinizi, problemlərinizi, ən intim duyğularınızı, yaşantılarınızı sual şəklində Səriyyə xalaya yollayaraq, hər həftə ondan cavab və məsləhətlər alacaqsınız.

Suallarınızı öz adınız və ya seçdiyiniz gizli adla [email protected] ünvanına və Kulis.az -ın fb səhifəsinin mesajlar qutusuna göndərə bilərsiniz.

Beləliklə növbəti suallar və növbəti cavablar...

Anonim

- Mən homoseksualam. Sevdiyim və bərabər olduğum bir oğlan var. Biz birgə xoşbəxtik, amma bir problem yaranıb; onu evləndirmək istəyirlər. Özü isə məni sevir. Atası çox imkanlı adamdır və imkanlı bir ailədən qız almaq istəyir. Oğlan atasından çox çəkinir, sözsüz ki, mənim barəmdə də evdə heç nə deyə bilmir, çünki bizim cəmiyyət mənim kimi insanları qəbul etmir. Bizim evlənməyimiz mümkün olmadığı üçün bu yaxınlarda onu atası mütləq evləndirəcək. O evlənsə mən ya dəli olacağam, ya intihar edəcəyəm.

- Əziz anonim, təəssüf ki, bir çox ölkədə olduğu kimi bizim cəmiyyətdə də homoseksuallara baxış birmənalı deyil. Ona görə də münasibətinizi necə çətinliklə yaşadığınızı başa düşürəm. Hazırda ancaq sizin bir yolunuz var, o da sevgilinin ailəsinə vəziyyəti açıqlamağı... Düzdür, bu, əlavə problem ola bilər, amma ən azından başqa bir insan kimi yaşamaqdan qurtulacaq və özünü daha da bədbəxt bir münasibətə doğru sürüməyəcək.

Rafiq

- Uzun illərdir evliyəm, uşağımız olmur. Problem məndəndir. Süni mayalanma ilə bəlkə də valideyn ola bilərik, amma buna imkanım yoxdur, kasıb adamam. Məndən çox arvadım övlad sahibi ola bilmədiyinə üzülür, mən özümü təqsirkar bilirəm. Qorxuram yuvamız dağıla. Hərdən düşünürəm, ən yaxın, ağzı bütövbir dostum var onunla məsləhətləşim, xanımımla bərabər olsun, bəlkə hamilə qala, uşağa öz övladım kimi sahiblənəm. Amma bu barədə bizdən başqa kimsə bilməyə. Bilmirəm yoldaşım və dostum bu fikrimə necə baxar.

- Əziz Rafiq, övlad sahibi olmağı istəməyiniz normaldır, amma yoldaşınızın başqa bir kişidən uşağı olmasını istəməyiniz isə yox. Çünki həmin bəy əvvəlcə razılaşa, uşaq dünyaya gələndə fikrindən daşına və uşağı verməyə bilər. Üstəlik, bu, onları yaxınlaşdırar və sizin evliliyiniz də bitə bilər. Həm niyə belə məcbur edirsiniz ki, sırf öz qanınızdan olsun? Onsuz da dünya bu gün böyük problemlər içərisindədir. İndiki vəziyyətdə o və ya bu səbəblə yeni bir uşağı dünyaya gətirmək üçün əlverişli deyil. Ondansa uşaq evlərində olan uşaqlardan birini övlad olaraq qəbul etsəniz, həm siz, həm də o uşaq çox xoşbəxt olar.

Səmayə

- Deyəsən ərim azyaşlı qız uşaqlarına meyllidir, ya da mənə elə gəlir. Dəfələrlə hiss etmişəm qonşumun iki azyaşlı qızı bizə gələndə yanlarından çəkilmir. Hətta, bir-iki dəfə əl atdığını görmüşəm, hirslənmişəm, amma üzümə durub ki, sən dəlisən, məni nə hesab edirsən? Bu, məni çox narahat edir, əsəblərimi pozur, mənə yol göstərin.

- Əziz Səmayə, bu, çox ciddi məsələdir. Nə qədər səni inandırmağa çalışsa da məncə şübhələnibsənsə, mütləq bu məsələni dəqiqləşdir. Mənim məsləhətim kiçik bir kamera al və ya imkan yoxdursa telefonun kamerasını aç və bir yerə gizlət. Uşaqlar yanına gəldikdə, özün bir bahanə ilə oradan get. Daha sonra kamera görüntülərini izlə, bunu bir neçə dəfə təkrar et. Əgər təmiz çıxsa, nə əla! Yox, olmasa, heç nədən qorxmadan dərhal əlindəki görüntülərlə polisə müraciət et. İnan mənə, heç nə, amma heç nə sənin qızın və digər azyaşlı qızların həyatından dəyərli deyil.

Sevgi

- Ərdəyəm, amma 1 ildir sevgilim var, onun da ailəsi var. Mən boşanmaq istəyirəm, istəyirəm ki o da arvadından boşansın məni alsın. Amma hiss edirəm ki onun arvadından boşanmaq fikri yoxdur. Rəfiqəm deyir ki elə et ki arvadı səni bilsin, onda özü boşanacaq. Görəsən dediyini etsəm planım baş tutarmı?

- Əziz Sevgi, ümumiyyətlə xəyanət doğru bir şey deyil. Sən artıq öz həyat yoldaşına qarşı xəyanət edirsən və digər kişi səninlə evlənmək üçün boşansa da, boşanmasa da, sən öz həyat yoldaşından artıq boşanmalısan. Çünki yalan üzərinə ailə qurulmur. Rəfiqənin isə dediyini etsən, bu təkcə həmin adamın yox, sənin də ailəndə böyük problemə çevriləcək. Ona görə də mənim sənə məsləhətim bu münasibəti sonlandırmağındır. Və boşanıb, özünə daha sağlam bir həyat qurmağındır.

Natiq

- 3 aydır qardaşımın arvadı ilə intim münasibətdəyəm. Bir dəfə içkili idim, qardaşım evdə yox idi, olan oldu. O vaxtdan vəziyyət belədir. Hər şey ikitərəfli, qarşılıqlıdır. İkimizin də bir-birimizdə əvvəldən gözü vardı. Bilirəm, mənə qeyrətsiz deyəcəklər... Haqları var. Amma artıq geriyə yol yoxdur, qardaşımın üzünə baxa bilmirəm. Boşanmaları lazımdır, çünki bu, belə getməz. Amma arvadı qardaşıma bunun üçün tutarlı bir səbəb göstərməlidir ki, həm boşana bilsin, həm sirrimiz açılmasın. Nə edə bilərik?

- Əziz Natiq, etdiyinin doğru bir hərəkət olmadığının fərqinə varmağın sənin artıq peşman olmağa başladığını göstərir. Etdiyiniz sırf qardaşına olmasa belə doğru bir şey deyil. Kiməsə xəyanət etmək o insanın şəxsiyyəti ilə oynamaqdır. Mənim sənə tövsiyəm bu sevdadan əl çəkməyindir, yoxsa tək qardaşını yox, bütün ailəni, yaxınlarını, dostlarını itirə bilərsən. Yox, bunu mütləq edəcəyəm deyirsənsə, evdən uzaqlaşın, ondan sonra qadın boşanmaq üçün məhkəməyə müraciət etsin, yoxsa böyük problemlər yarana bilər. Hər halda, bu addımı atmadan öncə bir daha fikirləşməyini məsləhət görürəm. Çünki öz başına gəlməyini istəmədiyin bir şeyi başqasına etmək də doğru deyil.

# 3910 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 26 aprel 2024
Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirildi

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirildi

18:00 26 aprel 2024
Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olundu - Foto

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olundu - Foto

17:30 26 aprel 2024
“Arxa cəbhənin insanları”  ssenari müsabiqəsi davam edir

“Arxa cəbhənin insanları” ssenari müsabiqəsi davam edir

17:00 26 aprel 2024
"Atatürk II" filminin yayım tarixi açıqlandı

"Atatürk II" filminin yayım tarixi açıqlandı

16:15 26 aprel 2024
“Azərbaycanın görkəmli musiqiçiləri”  adlı klassik musiqisi gecəsi keçirildi

“Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi keçirildi

16:00 26 aprel 2024
# # #