“Ah, bu uzun sevda yolu” onlayn nümayiş ediləcək

“Ah, bu uzun sevda yolu” onlayn nümayiş ediləcək
16 yanvar 2021
# 17:20

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının repertuarında maraqlı tamaşalardan olan, görkəmli şair Mikayıl Müşfiqin xatirəsinə ithaf edilmiş “Ah, bu uzun sevda yolu” tamaşası yanvarın 17-də sənət ocağının “facebook” hesabı vasitəsilə onlayn göstəriləcək.

Kulis.az xəbər verir ki, səhnə əsəri dramaturq Əli Əmirlinin eyniadlı əsəri əsasında hazırlanan ikihissəli tale dramıdır.

Tamaşanın bədii rəhbəri və quruluşçu rejissoru Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimidir.

Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan tamaşada rolları Xalq artisti Hacı İsmayılov, Əməkdar artistlər Anar Heybətov, Münəvvər Əliyeva, Ayşad Məmmədov və başqaları ifa edəcək.

# 3144 dəfə oxunub

Oxşar xəbərlər

Emil Nəsirlinin "Prezident" kitabının təqdimatı keçirildi

Emil Nəsirlinin "Prezident" kitabının təqdimatı keçirildi

21:15 11 mart 2026
Müğənni Almaxanım jurnalist Əli Vəliyevə məhkəmədə uduzdu - Üzr istəyəcək

Müğənni Almaxanım jurnalist Əli Vəliyevə məhkəmədə uduzdu - Üzr istəyəcək

17:26 11 mart 2026
İtaliya Papanın gənclik tablosunu rekord məbləğə satın aldı

İtaliya Papanın gənclik tablosunu rekord məbləğə satın aldı

16:45 11 mart 2026
"Səbəbkar Rəşad Dağlıdır" -  Balaəli Namiq və Pərvizdən danışdı

"Səbəbkar Rəşad Dağlıdır" - Balaəli Namiq və Pərvizdən danışdı

16:40 11 mart 2026
“Qərbi Zəngəzur toponimlərinin izahlı lüğəti”nin təqdimatı keçirildi

“Qərbi Zəngəzur toponimlərinin izahlı lüğəti”nin təqdimatı keçirildi

16:15 11 mart 2026
Məşhur perulu yazıçı dünyasını dəyişdi

Məşhur perulu yazıçı dünyasını dəyişdi

15:15 11 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər