news-inner
clock15:11 calendar-gray 15 Yanvar 2021 view-gray27460 dəfə oxunub
view-gray27460 dəfə oxunub

Ərə vermək üçün yaşını artırdılar, prokuror qaynı oğlunu əlindən aldı, evində ölü tapıldı - Məşhur aktrisanın film kimi həyatı

Kulis.az aktrisa Ofeliya Məmmədzadə haqqında maraqlı faktları təqdim edir.


Ofeliya Kamal qızı Məmmədzadə 1939-cu il avqustun 4-də Bakıda ziyalı ailəsində anadan olub. Atası əməkdar ixtiraçı olub. Əmisi oğlu, dayısı məşhur alim olublar.

***

Ofeliya Məmmədzadənin aktyorluq sənəti ilə heç bir əlaqəsi olmayıb. On beş yaşında məşhur aktyor Gündüz Abbasovla tanış olub, bir-birilərini seviblər. Ancaq Ofeliya xanımın yaşı nikaha düşmədiyindən yaşını üç il artıraraq ailə qurublar.

***

Bu evlilikdən onların iki qızı, bir oğlu dünyaya gəlib. Lakin bir müddət sonra Ofeliya Məmmədzadə xəyanətlə üzləşir, o ərinin dövrün məşhur aktrisalarından biri ilə sevgi münasibətinin olmasını eşidir və bunu qəbul edə bilməyib ondan ayrılır.

O, azyaşılı oğlunu götürüb evini tərk edir. Sonradan Gündüz Abbasovun prokuror işləyən qardaşı uşağı aktrisadan hüquqi yolla alır.

***

Gündüz Abbasovdan ayrılan aktrisa bir müddət sonra filmlərə çəkilməyə başlayır. Onun ilk çəkildiyi film isə “Yenilməz batalyon” olur. Aktrisa filmdə Roza adlı bar sahibəsini canlandırır.

***

Ofeliya xanım 1977-ci ildə İncəsənət Universitetinə daxil olur. Oranı bitirən kimi Akademik Milli Dram teatrına aktrisa kimi işə düzəlir. Teatrda o, H. Cavidin "Səyavuş" əsərində Kəndçi qızı, "İblis"də Rəna, S. Vurğunun "Vaqif" əsərində Gəlin və Gürcü qızı, C. Cabbarlının "Oqtay Eloğlu" əsərində Firəngiz, S. Rəhman "Yalan" əsərində Kəklik, İ. Əfəndiyevin "Məhv olmuş gündəliklər" əsərində Gövhər xanım obrazlarını canlandırır.

Daha sonra aktrisa Musiqili Komediya Teatrında işləməyə başlayır. 1999-cu ildə teatrdan uzaqlaşsa da, sonradan yenidən doğma teatrına qayıdır və uzun müddət orada fəaliyyət göstərir.

***
Teatrla yanaşı aktrisanın kino fəaliyyəti də olub. O, “Arvadım mənim, uşaqlarım mənim”, “Bir cənub şəhərində”, “Burulğan”, “Əlavə iz”, “Gethagetdə”, “İyirmialtılar”, “Poçt qutusu”, “Yenilməz batalyon”, “Zəncirbənd” filmlərinə çəkilib.

***

Gündüz Abbasov Ofeliya Məmmədzadə ilə heç vaxt görüşmür və onun aktrisalığını qəbul etmir. Onların uşaqlarını Gündüzün anası saxlayır, boya-başa çatdırır. Bir müddət sonra Ofeliya xanım digər həmkarı Hökumə Qurbanovanın keçmiş həyat yoldaşı teatr rəssamı Nüsrət Fətullayevlə ailə həyatı qurur. Bu evlilikdən onların övladı olmur, ancaq aktrisa onunla düz 27 il birlikdə yaşayır.

Əzizə Əhmədovanın "Mavi gözlərin işığı" adlı romanı Ofeliya Məmmədzadənin və Gündüz Abbasovun həyatından bəhs edir.

***

Aktrisa uzun müddət övladları ilə görüşə bilməyib. Gündüz Abbasov uşaqlarına anaları ilə görüşməyi qəti şəkildə qadağan etsə də, Ofeliya xanım ondan gizlin uşaqlarını görmək üçün bağçaya gedirmiş. Aradan uzun illər keçəndən sonra Gündüz Abbasovun dostunun ad gününə təsadüfən gələn Ofeliya xanım artıq məktəbli olan uşaqlarını orada görüb onlarla görüşə bilir.

***

Ancaq buna baxmayaraq Gündüz Abbasov uşaqlarını Ofeliya xanımın iştirakı ilə olan tamaşaların hamısına aparırmış.

Deyilənlərə görə Ofeliya xanım insanlarla çox ünsiyyətdə olmağı xoşlamayıb, özünə qapanan adam olub. Teatrda tamaşası, məşqi bitəndən sonra dərhal evinə qayıdar, televizora baxar, istirahəti ilə məşğul olurmuş. Hətta qızlarının evlərində keçirlən məclisləri aktrisa ya bir gün əvvəldən təbrik edərmiş, ya da bir gün sonra.

***

Gündüz Abbasovla yolları ayrılsa da o, rəhmətə gedəndə aktrisa onun dəfn mərasiminə gəlir, sonralar qayınanası ilə də ömrünün sonuna də ünsiyyətdə olur. Qayınanası rəhmətə gedəndə isə yas məclisinin ortasında hönkürtü ilə ağlayan bir qadın səsi eşidilir. Bu Ofeliya Məmmədzadə olur.

Aktrisa 11 iyul 2007-ci ildə 67 yaşında ürək tutmasından dünyasını dəyişir. Onun ölümü ilə bağlı müxtəlif şayiələr yayılır, aktrisa rəhmətə gedəndən sonra üç gün öz evində qaldığı deyilir.

***

Lakin, Ofeliya xanımın qızı Dildar Bədirova müsahibələrinin birində bu haqda deyir:
“Qızım xaricdən gəlmişdi. Anam üçün saat və bəzi hədiyyələr almışdı. Şənbə günü anama zəng vurub ona dedim ki, birinci gün sizə gəlib, hədiyyələrini gətirəcəm. Birinci gün nə qədər zəng vurdum, nə mobil, nə də ev telefonuna cavab verən olmadı. Oğlumu yolladım. Məlum oldu ki, qapı ardından anamın iti hürür, amma qapını açan yoxdu. Oğlumla danışandan sonra özüm gəldim. Qonşunun eyvanına çıxıb anamın eyvanına boylandım. Anamın yataq otağının pəncərəsi onlardan görsənirdi. Diqqətlə baxanda bir əl gördüm. Əvvəl elə bildim səhv edirəm, nəsə gözümə görsənir. Ancaq diqqətlə baxanda gördüm ki, yox, əl anamın əlidir. Bir o yadımdadır ki, divara söykəndim. Və öz-özümə düşündüm ki, o, artıq ölüb. Qapını sındırmalarına icazə vermədim. Qardaşım kranla üçüncü mərtəbəyə çıxıb evə girdi. Anam uzanıqlı vəziyyətdə keçinməmişdi. Elə oturulu, söykənmiş vəziyyətdə qalmışdı. Əli də yanına düşmüşdü. Anamın ürəyi xəstə idi”.

news-inner-user

18112 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Məşhur müğənni kitabxanada striptiz klip çəkdi – Video
18:00 06 Mart 2021
Xalq artisti “Ay laçın” mahnısına klip çəkdirdi - Video
17:05 06 Mart 2021
Papaq - Cəfər Cabbarlının hekayəsi
16:32 06 Mart 2021
“Digitalart-lab” layihəsi çərçivəsində ustad dərsi keçirilib
16:10 06 Mart 2021
Oğuruq əşyalar Luvr muzeyinə qaytarıldı
15:02 06 Mart 2021
Qocalar evində yaşayan aktrisa vəfat etdi
13:45 06 Mart 2021
Tez öləcəyini bildiyi üçün evlənməyən aktyorumuz - Maraqlı faktlar
12:30 06 Mart 2021
Berlin Film Festivalının qalibləri açıqlandı
11:13 06 Mart 2021
Xalq rəssamı haqqında tədbir keçirilib
10:12 06 Mart 2021
Kişilərə qarşı terror törədən feministlər – Sevda Sultanova yazır...
09:01 06 Mart 2021
“Baku” jurnalı “Yandeks dzen” platformasında təqdim olunur
18:55 05 Mart 2021
Qadınlar Gününə həsr olunmuş sərgi keçiriləcək
18:01 05 Mart 2021
Qadına görə özünü yandıran məşhur meyxanaçı - Məşədibaba Elçini niyə öldürmüşdü? - Video
17:09 05 Mart 2021
“Oyaq gözəl” tamaşası onlayn nümayiş ediləcək
16:22 05 Mart 2021
Yanlış tanıdığımız Amerika – Cavid Ramazanov yazır
15:30 05 Mart 2021
Qodar kinodan gedir
14:40 05 Mart 2021
Türkiyəli yazıçı vəfat etdi
13:50 05 Mart 2021
Dahi şairin çap olunmamış şeiri tapıldı
13:01 05 Mart 2021
Ona qarşı “vnimatelni” olmadılar - Yaşar Nurinin fəxri ada həsrət qalan atası - Maraqlı faktlar
12:30 05 Mart 2021
Nənəsi şal örtən, qızı şort geyinən dostum
11:44 05 Mart 2021