Türk Dünyası Sənədli Film Festivalı başa çatdı

Türk Dünyası Sənədli Film Festivalı başa çatdı
24 dekabr 2020
# 18:21

Türk Dünyası Jurnalistlər Federasiyasının təşkilatçılığı, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Doqquz ölkə, doqquz şəhər!” devizi altında keçirilən V Türk Dünyası Sənədli Film Festivalı başa çatıb.

Kulis.az xəbər verir ki, festivalda Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Şimali Kipr, Macarıstan, Şimali Makedoniya ilə yanaşı, Rusiya Federasiyasının Tatarıstan, Çuvaşiya, Başqırdıstan, Tuva, Yakutiya, Dağıstan və Xakasiya respublikaları təmsil olunub.

Festivalın bağlanış mərasimi Türkiyənin Osmaniyyə şəhər valiliyi, Osmaniyyə Ticarət və Sənaye Palatası, “Qorqud Ata” Universiteti və Türk Dünyası Kültür, Sənət və Kino Vəqfinin dəstəyi ilə reallaşıb.

Öncə Qazaxıstan Dövlət Universiteti tərəfindən hazırlanan “Böyük müəllim Əl Fərabi” filmi nümayiş olunub. Sonra qonaqlar Türkiyənin məşhur aktyoru Çüneyt Arkının çəkildiyi filmlərin afişalarının da yer aldığı, türk kinosunun 106 illiyinə həsr edilmiş sərgi ilə tanış olublar.

Bir sıra televiziya kanallarının canlı yayımladığı mərasimdə diqqətə çatdırılıb ki, festivala türk dünyasının 33 bölgəsindən ümumilikdə 150 sənədli film qatılıb. Pandemiya səbəbindən finala mükafat qazanan filmlər festivalın “YouTube” kanalı üzərindən nümayiş olunub.

Peşəkar nominasiyasında birinci mükafata qırğızıstanlı rejissor İbadulla Adjıbayevin “Müəllim”, ikinci mükafata türkiyəli rejissor Özer Kesemenin “Diş ağrısı”, üçüncü mükafata isə azərbaycanlı rejissor Vəli Səyyadinin “Hapıtlar” və türkiyəli rejissor Mehmet Can Bindalın “Şəms” filmləri layiq görülüb. Bu nominasiyanın xüsusi mükafatları Atbin Hüseyninin “Dumanlı sərhəd” və Özbəkistandan Murod Odilovun “Suzuk Ota” filmlərinə təqdim olunub.

Tələbə kateqoriyasında birinciliyi Türkiyədən Yağmur Kartalın “Oyuncaqçı: gizli yadigarlar” filmi əldə edib. İkinci və üçüncü yerləri isə Tatarıstan (Rusiya) və Qırğızıstandan olan tələbələrin filmləri qazanıb.

Münsiflərin xüsusi mükafatına Qazaxıstandan Aralim Zetkergenin “Craftsman” filmi layiq görülüb. Festivalın təşkilat komitəsinin xüsusi mükafatını isə türkiyəli rejissor Həsən Erdoğmuşun “Merkeb-i-Mesai” filmi alıb.

Festivalın “Yaşam boyu” mükafatı korifey türk aktyoru Cüneyt Arkına verilib.

“Türk dünyasının fəxri” mükafatı bu dəfə tanınmış qırğız rejissoru Murat Əliyevin xatirəsinə həsr edilib.

Festivalın münsiflər heyətində ölkəmizi rejissor, Əməkdar incəsənət xadimi Nizami Abbas təmsil edib.

# 2498 dəfə oxunub

Oxşar xəbərlər

Mastroyanni niyə “zəif kişiləri” oynayırdı? - Kino əfsanəsinin sirlərlə dolu həyatı

Mastroyanni niyə “zəif kişiləri” oynayırdı? - Kino əfsanəsinin sirlərlə dolu həyatı

17:00 28 sentyabr 2026
Marlon Brandonun həyatını dəyişən rol – “Sahildə” filminin gizli hekayəsi

Marlon Brandonun həyatını dəyişən rol – “Sahildə” filminin gizli hekayəsi

16:10 28 sentyabr 2026
“Haqq yolunun yolçuları”  sənədli filmi nümayiş olundu

“Haqq yolunun yolçuları” sənədli filmi nümayiş olundu

13:47 28 sentyabr 2026
44 bədii filminin yeni tizeri yayımlandı

44 bədii filminin yeni tizeri yayımlandı

15:09 27 sentyabr 2026
“New York Times" seçdi - 21-ci əsrin ən yaxşı 100 serialı

“New York Times" seçdi - 21-ci əsrin ən yaxşı 100 serialı

14:00 26 sentyabr 2026
"Qadınların rejissoru" adlandırılan məşhur homoseksual sənətkar

"Qadınların rejissoru" adlandırılan məşhur homoseksual sənətkar

16:10 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər