news-inner
clock12:34 calendar-gray 18 Dekabr 2012 view-gray8876 dəfə oxunub
view-gray8876 dəfə oxunub

Rafiq Hüseynov: “Arvadbaz olmuşam, sevmişəm, aşiq olmuşam burda nə var ki?”

Kulis.az-ın suallarını əfsanəvi diktor Rafiq Hüseynov cavablandırır.

- Həyatınızda durğunluq hiss edirsiniz? Rafiq Hüseynov qocalmayıb ki?

- Televiziyadan getdiyim dövrdə durğunluq hiss edirdim. Amma təəssüflənmirəm. O dövrdə başladım dərs deməyə, professor adını qazandım. Və mənim imkanım var idi ki, ilk dəfə tamaşaçılarımla üz-üzə gəlim. Tələbələr mənim üçün tamaşaçı idi. İndiki tələbələr ola bilər ki, məni tanımır, amma o dövrdə auditoriyaya girəndə hamı tanıyırdı. Daxilən özümü hələ də gənc hesab edirəm. Yaxşı bir kəlam var deyirlər: faciə onda deyil ki, bizim bədənimiz qocalır, faciə ondadır ki, daxilən cavan qalırıq. Mən də səhər dururam, özümü çox gümrah hiss edirəm, hesab edirəm ki, min cür iş görə bilərəm, amma güzgüyə baxanda başa düşürsən ki, yox bədən o bədən deyil, sima o sima deyil, qırışlar var. Hiss edirsən ki, qocalırsan.

- Memuar yazmaq haqda düşünürsünüz?

- Bir neçə dəfə memuar yazmağa cəhd etmişəm. Bir, iki vərəq yazandan sonra hiss eləmişəm ki, özümü tərifləməyə başlayıram. Həqiqəti yazıram, amma özünü tərif kimi səslənir. Buna görə qərara gəlmişəm ki, yazmayım. Hesab edirəm ki, mənim kimi insanlar haqda cavanlar, sizin kimi gənclər yazmalıdır.

- Eşq həyatınız hansı vəziyyətdədir?

- İndi yaxşı vəziyyətdədir. Gözəl həyat yoldaşım var. Mən ona dərs demişəm, tələbəm olub. Sonra bir-birimizə aşiq olub evlənmişik.

- Köhnə sevgililərinizi xatırlayırsınız?

- İncəsənət aləmində tamah böyükdür – “соблазн большой”. Mənim də sevgililərim çox olub. Onlardan bəziləri ömürlük yadımda qalacaq. Sirr olaraq qalacaq çoxu. Hesab edirəm ki, kişi-qadın münasibətləri gizli saxlanılmalıdır. Amma az olmayıb (Gülür).

- Qəlbini qırdığınız xanımlara nəsə demək keçir könlünüzdən?

- Mən heç bir qadının qəlbini qırmamışam. Xanımlara hörmətlə yanaşmışam. Anlaşıb ayrılmışıq. Bilirsiniz, ailədə məhəbbət, sevgi yoxdursa, uzatmağın heç bir mənası yoxdur.

- Dörd evlilik. İdeal qadın axtarışına çıxmışdınız? Ən orijinal evlilik təklifini hansına etmisiniz?

- Mən o insanlara həmişə qibtəylə yanaşmışam ki, qurduğu ilk ailədə xoşbəxtliyini tapır, ömrünün sonunacan o insanla xoşbəxt olur. Amma elə insanlar da var ki, mənim kimi axtarışda olur. Sonunda öz axtardığını tapır. Bu əslində böyük bir problemdir, yad adamla bir evdə yaşamaq üçün elə böyük məhəbbət lazımdı. Bunu da tapmaq asan deyil.

Birinci evlilik təklifini orijinal hesab edirəm. Çünki o, çox populyar bir xanım, mən isə işıqçı idim. Təklifimi qəbul etməsi onun böyüklüyü idi. Mənim üçün gözlənilməz oldu.

- Necə atasız? Ciddi? Üzüyola? Aqressiv?

- Balasını fanatikcəsinə sevən atayam. Birinci övladımı itirmişdim. Allah 55 yaşında mənə bir övlad bağışladı, ona çox bağlıyam. Amma bu o demək deyil ki, mən onun yerinə qərarlar verirəm, fikirlərinə müdaxilə edirəm, yox, əksinə. Bu elə bir sevgidir ki, ona sərbəst seçim imkanı versin, qadağalar qoymasın və atasına ona görə minnətdar olsun ki, ona yaxşı məsləhətlər verib. Mən onunla nəfəs alıram.

- İndiyə qədər peşmanlığını çəkdiyiniz hadisə varmı?

- Əlbəttə. Peşmançılıq çoxdur. Həyatdır, insanın səhvləri də olur, peşmançılıqları da. Bu mənim həyatımdı peşmançılıq heç nəyi dəyişmir.

- Sevgi, məhəbbət, bu sözlər nə ifadə edir sizin üçün?

- Hələ heç kim məhəbbətin formulunu kəşf edə bilməyib. O elə bir hissdir ki, hər an rast gələ bilərsən. İnsan aşiq olmalıdır. Aşiq olmaq mütləq ünsiyyət, əlaqə demək deyil. Platonik məhəbbət stimul verir adama.

- Deyirsiniz ki, 90-cı illərdə siyasi proseslərə qoşulmamaq üçün televiziyanı tərk etmisiniz.

- Mənim müsahibələrim, fikirlərim dərc olundu mətbuatda. O dövrdə Azərbaycanda siyasi oyunlar gedirdi və bu oyunlarda bir diktor kimi məndən istifadə etmək, mənim dilimlə yalan danışmaq istəyirdilər. Buna görə də mən ordan uzaqlaşdım.

- Əldə etdiklərinizdən məmnunsunuz?

- Ona nail olmuşam ki, siz indi gəlmisiniz və məndən müsahibə alırsınız. Demək nəsə etmişəm. Bu mənim üçün ən böyük qiymətdir. Titulları bir kənara qoyuram hələ... İnsanı yaşadan budur. Küçədə gedəndə yaşlı nəslin nümayəndələri yaxınlaşıb təşəkkür edirlər, sevgilərini bildirirlər. Unutmurlar, deməli, nəyəsə nail olmuşam. Mənə həmişə suallar verirlər ki, niyə bu qədər sevildiniz? Mənim bir cavabım olur həmişə: səmimilik.

- Ən böyük yalanınız nə olub?

- Müxtəlif növ yalanlar var. Yalan var ki, xoşbəxtlik naminədir. Mən uşaqlıqda yalan danışanda qızarırdım, hamı da hiss edirdi ki, Rafiq yalan danışır. Məndə yalan danışmaq alınmır. (Gülümsəyir).

Televiziyaya işə düzələndə ailə vəziyyətimiz yaxşı deyildi. Atamı da itirmişdim. Məni əvvəlcə işıqçı kimi işə götürdülər. Teymur Əliyevin nəzarəti altında olurdu işə qəbullar-ən aşağı vəzifələr belə. Teymur Əliyev məni qəbul elədi, soruşdu ki, oğul, sən niyə burda işləmək istəyirsən?

Mən də yalandan dedim ki, televiziyaya böyük marağım var, mənim arzumdu burda işləmək. Bax, bu, böyük yalan idi. Dəhşətli yalan. Amma o dəhşətli yalan məni Rafiq Hüseynov elədi.

- Tələbələrinizə yalan danışmamağı öyrədə bilirsiniz?

- Təbii ki. Mən onlara şəxsiyyət olmağı öyrədirəm.

- Haqqınızda arvadbaz deməkləri sizi narahat etmir ki?

- Bunu çox adam deyirdi. Amma bircə fakt göstərib bunu sübut edə bilməyiblər. Arvadbaz olmuşam, sevmişəm, aşiq olmuşam burda nə var ki? Məhəbbətdir bu, hər kəsin başını gələ bilər və gəlir də.

- Nəyə və ya kimlərə qarşı tolerant ola bilmirsiniz?

- Xəyanətə və xəyanətkarlara qarşı tolerant ola bilmirəm. Mənim üçün ən dəhşətli şey xəyanətdir: həm dost, həm də qadın tərəfindən. Bu günə qədər heç kimə xəyanət etməmişəm. Xəyanət kimi dəhşətli hiss yoxdur.

- Ləhcə ilə danışan televiziya aparıcıları efirin bəzəyidir, yoxsa təzəyi?

- Ləhcə ilə danışan televiziya aparıcılarına münasibətim çox pisdir. Bilirsiniz, mənim ləhcəyə münasibətim çox müsbətdir. Lakin diktorun, aparıcının ləhcə ilə danışması yolverilməzdir. Elə adamları televiziyadan qovmaq lazımdır.

- Telekanalların şou proqramlara geniş yer ayırması xalq artisti kimi sizi narahat edir?

- Mən buna bir növ normal yanaşıram. Bu, bütün dünyada var. Lakin şou proqramın da səviyyəsi olmalıdır. Şou proqram izləyicini tərbiyə etməlidir, zövqünü formalaşdırmalıdır. Şou proqramları elə hazırlamaq lazımdır ki, izləyiciyə nəsə aşılasın, öyrətsin. Lakin reklam xətrinə olan şou proqramlar da var ki, reytinqləri heç də aşağı deyil. Bu təəssüfləndirici haldır. Lakin izləyicini cazla, opera ilə tərbiyə etmək, yeni biliklər qazanmağa kömək etmək lazımdı. Məsələn bizdə bir veriliş var ata, ana qızını gətirir ki, ərə versin. Bu, şou deyil, biabırçılıqdı. Bu, izləyicilərə hörmətsizlikdi.

- Kimi təzədən sevərdiniz?

Onu mənim mahnımdan götürmüsünüz? (Gülür).

O diskdə mənim 13 mahnım var və o mahnının hər biri mənim xatirələrimlə bağlıdır. Baba Vəziroğlu ilə səhərəcən oturub bu mahnıları yazırdıq. Mən hekayələri danışırdım, o qələmə alırdı.

O xanımın kim olduğunu sizə deməyəcəyəm. Daha doğrusu aça bilmərəm. Onunla məhəbbət yaşamışıq, sonra ayrılmışıq.

Oxşar xəbərlər

Xəbər lenti

Leyla Əliyevanın kitabı təqdim olundu - Foto
14:19 10 Aprel 2021
Qürbətdə ayağım torpaqda ağlar - Azad Yaşardan yeni şeirlər
13:34 10 Aprel 2021
Göy üzünü Tanrı bilərdik - Fəxri Müslümdən şeirlər
12:21 10 Aprel 2021
Sizə həsəd aparıram - Fransada yaşayan azərbaycanlı yazıçı yazır
11:22 10 Aprel 2021
Məşhur repçi narkotikdən öldü
10:10 10 Aprel 2021
Psixoloq Elnur Rüstəmov: “Müharibə bizi koronavirusa yoluxmağa qoymadı” – Müsahibə
09:01 10 Aprel 2021
“Fəryad”ın çəkilişində ona sui-qəsd təşkil etmişdilər – Ceyhun Mirzəyevdən maraqlı faktlar
21:01 09 Aprel 2021
Azərbaycanlı rəqqas Rusiyada fəxri ada layiq görüldü
18:46 09 Aprel 2021
Xanım İsmayılqızı yeni kitabından danışdı
18:02 09 Aprel 2021
Flora Kərimovanın ürəyi dayanıb? - Açıqlama
17:21 09 Aprel 2021
Hamı şeirlərini əzbər bilir, amma heç kəs tanımır – Sözü özündən məşhur şairimiz
16:37 09 Aprel 2021
13 yaşlı Selcandan yeni hekayə
15:49 09 Aprel 2021
Məşhur aktrisa vəfat etdi
15:04 09 Aprel 2021
Xalq rəssamı: "Atam əsir düşəndə Almaniyada Rəsulzadə ilə görüşüb" – Müsahibə
14:17 09 Aprel 2021
Siyavuş Novruzovun axtardığı söz – Sərdar Amin yazır...
12:38 09 Aprel 2021
Trampın köməkçisi dörd milyonluq kitab yazacaq – Müqavilə bağlanıb
12:01 09 Aprel 2021
Xalq artisti xəstəxanaya yerləşdirilib
11:18 09 Aprel 2021
Pulun çaşdırdığı Əlixan Rəcəbov
11:04 09 Aprel 2021
Günün şeiri: Leş
10:30 09 Aprel 2021
Əfqanıstanla mədəni əlaqələr qurulur: Nazir səfirlə görüşüb
10:17 09 Aprel 2021