İstanbulda Əli bəy Hüseynzadənin qızının rəsm sərgisi açılıb

İstanbulda Əli bəy Hüseynzadənin qızının rəsm sərgisi açılıb
17 dekabr 2012
# 12:59

İstanbulun Bəyoğlu səmtindəki “Eller” antikvar əşyalar qalereyasında Azərbaycanın böyük filosofu və yazarı Əli bəy Hüseynzadənin qızı Feyzaver Alpsarın fərdi rəsm sərgisi açılıb. APA-nın Türkiyə müxbirinin məlumatına görə, Türkiyənin sənət dairələri və mediası sərginin açılışına yaxından diqqət göstərib. Sərgidə Feyzaver Alpsarın son illərdə qaval üzərinə işlədiyi rəsmlər nümayiş etdirilib.

F. Alpsar APA-ya açıqlamasında bu qalereyada hər il sərgi açdığını deyib: “2011-ci ilin mayında da burda sərgim açılmışdı. Türkiyədə sənətə diqqət getdikcə azalır, sənət mühiti getdikcə daraldılmağa çalışılır. Bu mühitdə mənim fərdi sərgimə göstərilən diqqətdən çox məmnunam. Azərbaycan mətbuatının göstərdiyi diqqət məni həmişə xoşbəxt edir. Atamın Bakıda çəkib gətirdiyi tablolar mənim üçün son dərəcə qiymətlidir. Əgər Azərbaycanda əsərlərimi nümayiş etdirmək istəsələr, bundan çox məmnunluq duyaram. Atamın qohumları və dostları ilə əlaqələrimiz heç vaxt itmədi. Sərgimın açılışında atamın çox sevdiyi qohumu Əziz Aksunun qızı var, Ağaoğlu ailəsinin beşinci nəsildən nümayəndəsi var, bu, məni hədsiz dərəcədə şad edir”.

Qeyd etmək yerinə düşərdi ki, 1910-cu ildə Türkiyəyə köçən Əlibəy Hüseynzadə burada da rəsm sənətinə davam edib. O, 1923-də Əhməd Ağaoğlunun İstanbuldakı evində Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk ilə həyat yoldaşı Lətifə xanımın portretini çəkib. Ə. Hüseynzadənin oğlu Səlim Turan Türkiyənin dünyada ən çox tanınan rəssamlarından biridir. Məşhur Galatasaray liseyindən və Memar Sinan Universitetindən məzun olan Səlim Turan 1947-ci ildə Fransaya gedib, başda Pablo Pikasso başda olmaqla Avropanın önəmli sənətkarlarıyla yaxın əlaqələri olub. Səlim Turan kubizm cərəyanında əsərlər yaradan ilk türk rəssamı kimi tanınır. 1994-cü ildə Parisdə vəfat edən Səlim Turan əsərlərinin önəmli qismini İstanbul Universitetinə bağışlayıb. Onun əsərləri İstanbul Universitetinin rektorluq binasındakı bir neçə salonda daimi nümayiş etdirilir. 1930-cu ildə İstanbul Universitetindəki tibb professoru vəzifəsindən pensiyaya çıxan Əlibəy Hüseynzadənin iş otağı, şəxsi əşyaları və bəzi tabloları da onun otağında mühafizə edilir.

# 3749 dəfə oxunub

Oxşar xəbərlər

Son çörək və son şərab - Məşhur rəssamın əsərindəki sirr

Son çörək və son şərab - Məşhur rəssamın əsərindəki sirr

18:40 21 oktyabr 2026
Dost, yoxsa düşmən? – Kurt Kobeyn "Necə varsansa, elə gəl" deyərkən kimə müraciət edirdi?

Dost, yoxsa düşmən? – Kurt Kobeyn "Necə varsansa, elə gəl" deyərkən kimə müraciət edirdi?

16:00 21 oktyabr 2026
"Qal, sənə qurban" xalq mahnısıdır, yoxsa... - TARİXÇƏ

"Qal, sənə qurban" xalq mahnısıdır, yoxsa... - TARİXÇƏ

17:00 20 oktyabr 2026
Atın boynu əriyir, fəhlələr yox olur... - 33 yaşında faciəvi şəkildə ölən dahinin sirri

Atın boynu əriyir, fəhlələr yox olur... - 33 yaşında faciəvi şəkildə ölən dahinin sirri

18:40 19 oktyabr 2026
"Daşlaramı dəydi, sındı əhdimiz?" – Faiq Ağayevin klipindəki gizli mesaj nə idi?

"Daşlaramı dəydi, sındı əhdimiz?" – Faiq Ağayevin klipindəki gizli mesaj nə idi?

14:00 19 oktyabr 2026
Xeyir-şər mübarizəsində ilahi zəfər - "Müqəddəs Mikayıl mələkləri cəhənnəmə tullayır"

Xeyir-şər mübarizəsində ilahi zəfər - "Müqəddəs Mikayıl mələkləri cəhənnəmə tullayır"

12:00 18 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər