Oljas Süleyemenov Minsk qrupunu tənqid etdi

Oljas Süleyemenov Minsk qrupunu tənqid etdi
28 oktyabr 2020
# 17:45

"Beynəlxalq hüquqda da şəhərləri raket atəşinə tutmaq qadağandır. Ermənistan isə bu müddəanı kobud şəkildə pozur".

Kulis.az xəbər verir ki, bu sözləri Qazaxıstanın tanınmış yazıçısı, ictimai xadim, diplomat, Azərbaycanın "Dostluq" və "Şöhrət" ordenləri ilə mükafatlandırılmış Oljas Süleymenov Azərbaycan xalqına müraciət edib.

"Bu yaxınlarda Moskvadan gələn bir jurnalist mənimlə söhbət etdi. Sual verməzdən əvvəl qayıtdı ki, siz əlbəttə ki, Azərbaycanın tərəfindəsiniz. Dedim Azərbaycan futbol komandası deyil ki, onun tərəfdarı olum. Azərbaycan mənim doğma ölkəmdir, qardaş xalqdır. Bu böyük xalqın təəssübünü çəkirəmsə, bunu ürəkdən, səmimi qəlbdən çəkirəm. Vaxtilə, hələ sovet dövründə Bakıda, Gəncədə, Şuşada, Füzulidə gözəl günlərimiz olub. O vaxtlar oralara sərbəst gedib-gəlmək olurdu. İndi də orada baş verənlərdən xəbərim var. 30 ildir hamımız bu ağrı-acılarla yaşayırıq. 80-ci illərin sonu, 90-cı illərin əvvəlindən başlayan faciələr hamımızı kədərləndirir. Qara Yanvar günlərində də orada olmuşdum".

O.Süleymenovun fikrincə, bu gün baş verənlər ATƏT-in Minsk qrupunun səriştəsizliyinin nəticəsidir: "Əfsuslar olsun ki, bu 30 il ərzində onlar heç bir iş görmədilər. Ona görə də Azərbaycan məcbur olub özü torpaqlarını azad etməyə başladı. Gəncəyə raket atıldığını eşidəndə, sözsüz ki, çox narahat oldum. Bu, qəti qadağan olunan hücumdur, xalis təxribat əməlidir. Beynəlxalq hüquqda da şəhərləri raket atəşinə tutmaq qadağandır. Ermənistan isə bu müddəanı kobud şəkildə pozur".

Daha sonra qazaxıstanlı yazıçı qeyd edib:

"Ümidvaram ki, 30 ildir işğal altında olan torpaqlar azad olunacaq. Həmçinin Minsk qrupunun da Azərbaycanın öz torpaqları uğrundakı bu mübarizəsinə, öz gücü ilə azad etməsinə layiqincə qiymət verəcəyinə inanıram. Doğma Azərbaycana uğurlar, torpaqlarına əmin-amanlıq arzulayıram. Azərbaycan xalqına sevgimi, rəğbətimi bildirir, sülh və əmin-amanlıq, işıqlı günlər diləyirəm"./Sputnik-Azərbaycan/

# 3632 dəfə oxunub

Oxşar xəbərlər

Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

14:12 14 noyabr 2026
Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

14:00 14 noyabr 2026
“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı oldu - FOTO

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı oldu - FOTO

13:16 14 noyabr 2026
“Oasis”  “Rock & Roll Hall of Fame” mərasiminə qatılmayacaq

“Oasis” “Rock & Roll Hall of Fame” mərasiminə qatılmayacaq

12:38 14 noyabr 2026
Martin Lüter Kinqin məşhur nitqinin əlyazması tapıldı – 10 milyon dollardan baha satıla bilər

Martin Lüter Kinqin məşhur nitqinin əlyazması tapıldı – 10 milyon dollardan baha satıla bilər

11:52 14 noyabr 2026
“Ceyms Bond” filmlərinin prodüseri tarix yazdı – Barbara Brokkoli ilk qadın prezident seçildi

“Ceyms Bond” filmlərinin prodüseri tarix yazdı – Barbara Brokkoli ilk qadın prezident seçildi

11:03 14 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər