Pensiyasını əsgərlərə göndərən qocanın bizə keçdiyi dərs

Pensiyasını əsgərlərə göndərən qocanın bizə keçdiyi dərs
7 oktyabr 2020
# 11:59

Çox həssas günlər yaşayırıq. Bir yandan sevinən insanlar, digər yandan şəhid ataları, analar... Ümumiyyətlə isə cəmiyyət olaraq nikbin günlər yaşayırıq.

Sosial şəbəkələrdə qoca bir kişinin böyük ürəyindən danışılır. Söhbəti sizə nağıl edim.

ASAN Xidmətin binasına bir baba gəlir. Hansı xidmətə gəldiyini soruşanda, deyir, cəbhədəki əsgərlərimizə yardım etməyə gəlmişəm, 180 manat pulum var, bunu onlara vermək istəyirəm. Pensiya pulunu gözünü qırpmadan əsgərlərə göndərən qocanın hekayəsi istəmir-istəməz insanı duyğulandırır. Amma qocanın nimdaş, sökük ayaqqabıları əməkdaşların diqqətini çəkir.

Bu cür böyük ürək sahibi qocanın bu addımı məni kövrəltdi.

Bəlkə bu pul onun son pulu idi?

Bu əhvalat yadıma Vittorio De Sikanın “Umberto D” filmini saldı. Qoca pensioner bir məmurun həyat yolunda mübarizəsi. Tənhalığı, yoxsulluğu və yeganə sevgisi balaca iti...

Bunun fonunda müharibədən sonrakı İtaliya cəmiyyəti, sosial problemlər, laqeydləşən insanlar...

Ayaqqabı təmizləyən bir qoca da yadıma düşür. Yaşadığım binanın aşağı məhəlləsində qalırdı. Adamların ayaqqabılarını təmizləyərək dolanırdı. Hər dəfə onu görəndə düşünürdüm ki, onun oturuşundakı çarəsizlik bizim yaşadığımız həyatın kədərli fotosudur. Onun qırışlı üzü, dağınıq, titrək səsi, yaşamaq üçün vurnuxan əlləri...

Babam yadıma düşürdü. Bütün qocalar ümidsizliyin simvoludur, desəm yəqin, yanılmaram. Ancaq həmişə qocalmağa çatan bu insanlar nəyisə dəyişməyə cəhd edirlər, heç olmasa dünyayla barışa bilmədiklərini. Buna görə də babam hər gün bir işin qulpundan yapışardı: ya naxıra gedər, ya qoca eşşəyi ilə su gətirər, ya da inəkləri haylayardı.

Əsgərlərə pul göndərən qocanın atdığı addım ibrətdir: vətəndən nəsə oğurlayanlara, qazancını axmaq-axmaq işlərə sərf edib xalqını, ölkəsini unudanlara, maddiyyatı mənəviyyatdan üstün tutanlara...

Sökük ayaqqabıları isə ən azı bir hekayənin, bir filmin mövzusudur.

# 10047 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər