Milli Musiqi Günündə “O olmasın, bu olsun” yenidən nümayiş ediləcək

Milli Musiqi Günündə “O olmasın, bu olsun” yenidən nümayiş ediləcək
17 sentyabr 2020
# 14:20

Sentyabrın 18-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı dahi bəstəkar Üzeyir Hacıbəylinin dünyaca məşhur “O olmasın, bu olsun” tamaşasını nümayiş edəcək.

Kulis.az xəbər verir ki, tamaşa teatrın “YouTube” kanalından saat 12.00-da yayımlanacaq.

Qeyd edək ki, Məşədi İbad rolunu Xalq artisti, Dövlət mükafatı laureatı Yaşar Nuri və Əməkdar artist, "Qızıl dərviş" mükafatı laureatı Rəhman Rəhmanov ifa ediblər.

Müflisləşmiş Rüstəm bəy gənc, gözəl qızı Gülnaz xanımı qoca baqqal Məşədi İbada ərə verməklə, - Rza bəyin təbirincə desək – “pul dağarcığı” əldə etmək istəyir. Gülnaz xanım isə gənc tələbə Sərvəri sevir.

Üzeyir bəy bu fabulanın ətrafında Məşədi İbaddan pul qoparmaq istəyən o dövrün çox xarakterik tiplərini - Qoçu Əsgəri, intiligent Həsən bəyi, qəzetçi Rza bəyi, millətçi Həsənqulu bəyi, hambalı toplayaraq çox maraqlı süjet xətti qurub, həm vəziyyət, həm də xarakterlər komediyası yaradıb. Üzeyir Hacıbəyli “Leyli və Məcnun” muğam - operasında olduğu kimi “O olmasın, bu olsun” musiqili komediyasında da xalq oyun havalarından, milli muğamlarımızdan növhə və əyinlərimizdən məharətlə qaynaqlanıb son dərəcə orijinal duetlər, ariyalar və xor ifaları yaradır.

“O olmasın, bu olsun” musiqili komediyası bir əsr əvvəl - qadınların hüquqlarının kobudcasına tapdalandığı dövrdə qələmə alınsa da indi də çox aktualdır.

# 2537 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
"Oskar"da "Ən yaxşı kastinq"  kateqoriyası üzrə təxminlər açıqlandı

"Oskar"da "Ən yaxşı kastinq" kateqoriyası üzrə təxminlər açıqlandı

11:30 9 noyabr 2026
"Gələcəyə miras" layihəsinin nəticələri - 32 mindən çox qədim tapıntı aşkarlandı

"Gələcəyə miras" layihəsinin nəticələri - 32 mindən çox qədim tapıntı aşkarlandı

10:40 9 noyabr 2026
Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

18:12 8 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər