news-inner
clock12:00 calendar-gray 04 Dekabr 2012 view-gray2586 dəfə oxunub
view-gray2586 dəfə oxunub

Ramiz Rövşən, Salam, Aqşin: Pessimist, ümidsiz, təslimçi

Şair, yıxılarsan, düş buludlardan
düş bu yalanlardan
qurtar bu sevgilim məktublarını
gopdan yamadığın o gözəlləri…
qurtar bu Vətəni
yalançı kədəri
geydirmə qəmi qurtar

En gəl yanımıza
tut bir insanın qolundan
öz içindən çölə çıx ay şair, ay şair
həqiqətə dair, insana dair…

Düş buluddan
çıx qəbirdən
aç kəfən dolağını baxım üzünə
deyilənə görə
yalançı şairlər cavan qalırlar

Müasir poeziyanın mənzərəsini Murad Köhnəqalanın “Şair” şeiri dəqiq, lakonik ifadə edir.

Mən də oxucu kimi mövzuyla bağlı xırda-para qeydlərə ehtiyac duydum.

****

Azərbaycan ədəbiyyatında qadın başlanğıcı güclüdür.

Məsələ təkcə ədəbiyyatımızda həmişə poeziyanın nəsrin üstələməsindən, sırf hissi qavrayışlar, emosiyalar üzərində qurulmuş şeir nümunələrinin çoxluğunda və ya intellektual əmək, analiz tələb edən nəsr əsərlərinin azlığında deyil.

Problem hər şeydən əvvəl həm gənc, həm də professional şairlərin “ölüm”, “tənhalıq”, “yadlaşma”, “sevgi” kimi əbədi mövzulardakı şeirlərinin, artıq ədəbiyyatın da doyduğu - dəyişməyən ənənəvi ifadə tərzində, eyni yozumunda, münasibətindədir.

Onsuz da reallıqda insanların ağrısı, tənhalığı, xoş olmayan emosiyaları özlərinə bəs edir və hələ üstəlik, bu yaşantılar bir-birindən fərqlənmir. Onda yeni, orijinal nəsə təklif etməyən eynicinsli, süst, “dərdli” şeirlərin ədəbiyyatla nə əlaqəsi?

Oxucuya ölüm, fəlakət, passiv enerji ilə hücum edən poeziya Hollivudun dünyanın sonu haqda çəkdiyi zay filmlərini xatırladır. Sanki apokalipsis hardasa yaxındadır və o, tezliklə peyda olacaq.

Şəxsi iztirablar, yaşantılar “kiç” düşüncələrdən arınmır və nətiçədə həmin şeirlər keyfiyyətli sənət nümunəsinə çevrilmir. Yəni şeirlərin ədəbi konteksti yoxdur, bu halda şairlər öz kədərlərini, travmalarını danışan xəstə, oxucu isə onları təmkinlə dinləyən, dərdlərini udan psixoanalitikdilər.

Məndə bəzən təsəvvür yaranır ki, şeir kişi müəlliflər üçün qadından intiqam almaq üçün vasitədir. Şeirlərdə sevdikləri qadın fahişə elan olunur, bədəninin ayrı- ayrı üzvləri aşağılayıcı intonasiyada “təftiş” edilir və s. Və bir çox müəlliflər şeir yazmaqdan ötrü sanki özlərini zorla bədbəxtliyə, tənhalığa, sevgi əzabına sürükləyirlər.

****

Poeziyaya individual tərzini gətirən və hər birinin öz oxucu auditoriyası olan Ramiz Rövşənin, Salam Sarvanin, Aqşinin son dövrdə yazdığı şeirlərinin həyatla əlaqəsi yoxdur.

Bu şeirlər həyatdan qopmuş, pessimist, ümidsiz, təslimçidir. Bu, oxucunu diri-diri qəbrə, ətalətə gömən, asossoiallığın, sevgisizliyin, iradəsizliyin, gücsüzlüyün, zülmətin poeziyasıdır. Bu, vampir poeziyadır. Çevik düşüncəyə qarşı olan bu şeirlər həyatı yox, ölümü təklif edir. Ən pisi odur ki, küçədə, metroda rastlaşdığmız əsəbi, problemli insanlar “ölü” poeziyaya həssasdır, ona müqaviməti zəifdir. Cəmiyyətdə problemlərin çoxluğu da insanların qeyri-praktikliyində, vəziyyətdən çıxış yolu tapmaq əvəzinə beyinlərini passivləşdirən duyğusallığa, pessimizmə təslim olmasındadır.

****

Müasir poeziyada adını çəkdiyim müəlliflərin saysız-hesabsız kiçik surətləri də var. Həmin şair-surətlərin yazdıqları daha pisdir, bu, şeirin arabesk, “ah-uf-of” formasıdır. İ.Berqmanın belə şeirlər haqda diaqnozu daha dəqiqdir: “kiçik ruhi onanizm”.

****

İstisnalar isə həmişə var. Təbii ki, öz istisnalarımı nəzərdə tuturam.

Kişi şairlərin əksərinin yaradıcılığında passiv-aqressivlik, sentimentallıq bol olsa da, bəzi qadın müəlliflərin poeziya nümunələrində kişi başlanğıcı önə çıxır.

Nərmin Kamal ədəbiyyatımızda sayı az intellektual şairlərindəndir. Nərmin sözün yaxşı mənasında “terrorçu”dur, şeirlərində birbaşadır, sərtdir, kompromissə getmir və onun poeziyasında ədəbiyyatımızda çatışmayan urbanist kontekst var. İnsanlara, situasiyalara Nərminin gözləri, müşahidələri ilə baxmaq mənə maraqlıdır, nəsə yeni hissdir.

****

Sevinc El-Sevərin poeziyası sosial-məişət protesti ruhundadır. İnsanın sosial statusunun uğurlu neorealist təsvirini verən, dəyərlərə fərqli baxan şeirlər əslində bəlli çərçivəni keçərək qlobal anlam daşıyır. Sevincin “Bilmədiyim çox şey”, “Dram teatrının qarşısında düşünən adam” dramaturgiyası olan, süjetli şeirlərdir.

****

Leyla Nənənin obrazlı ifadələri maraqlıdır, fərqlidir. Rejissor Ə.Cabbarovun fikrincə, Leylanın şeirlərindəki vizual güc animasiya filmləri üçün materialdır. Onun poetik kino vizuallığı məşhur rus multiplikatoru, rejissor Yuri Norşteynin animsiya filmlərinin dilinə yaxındır.

****

Rəbiqə Nazimqızını sevgi şeirləri kişi müəlliflərin bu mövzuda yazdıqlarından dəyərlidir, xoşdur, pozitivdir. Çünki şeirlərində kədərin vulqar ifadəsi yoxdur, duyğuları ilə oxucuya basqı eləmir, psixoloji manipulyasiyaya iddialı deyil.

****

“Azıx mağarasında heç vaxt olmamışam, heç olmaq da istəmirəm
çünki mağaranın adı adamı azdırır.

...Keçmişlə fəxr eləmək lazım deyil,
hansısa qadının alt çənə sümüyü ilə fəxr edə bilmərəm,
mən dünya adamıyam. Amma yenə də səni sevirəm və bilirəm ki,
qocalığım Sumqayıtın küçələrini sülənərək keçəcək. Bu mənim arzumdur.
İnan mənə, bu mənim arzumdur”.

Mətləb Muxtarovun “Azərbaycan”ı mənim üçün son günlərin ən sarsıdıcı şeiri oldu. “Azərbaycan” ilk baxışda soyuq etirazdır, təmkinlidir, pafossuz sevgini ifadə edir. Emosional güc isə daha dərindədir.

****

Poeziyanın digər intellektual simalarından biri Qismətdir. O, bir az da praqmatikdir, sərbəst şeirlərinin bəzisində nəsr, bəzisində kinemataqorafik təfəkkür var. Bu, təkcə emosional enerjisi yox, həm də beyni hərəkətləndirən, kreativliyə yol açan poeziyadır.

“Şablon bir ayrılıq” şeiri isə beynimdə müəyyən mənada Kristoffer Boenin “Rekonstruksiya” filmi ilə assosiyasiya olundu.

****

“Yeni dövr Azərbaycan poeziyasının klassiki kimdir” sualını versələr, düşünmədən Murad Köhnəqalanın adını çəkərdim. Onun şeirləri isə mənə Qodarın kinoestetikasını xatırladır: şeir diliylə həddən artıq sərbəst davrandığına, forma qarışığına, ictimai-siyasi-sosial motivlərə, sarkazmına, manifest ruhuna görə. Muradın poeziyasına güclü ruhi bağlılıq, doğmalıq duyuram.

Azərbaycan poeziyasında “rövşənizm”, “salamizm” ənənələrinin yox, Murad Köhnəqala ruhunun (təqlidinin yox!) daşıyıcılarının çox olmasını arzulayıram.

Aidin yeraltı səltənətinə bənzəyən, kədərdə, içkidə boğulan poeziyamızın dünyaya ayıq baxmasına, həyatla yaxınlaşmasına, “öz içindən çölə çıxmasına” ehtiyac var.

Oxşar xəbərlər

Xəbər lenti

Şuşanın Mədəniyyət paytaxtı elan olunmasının 10 tarixi dərsi
11:10 08 May 2021
Ölən adamdan şair olar? - Gənc şair Fikrət Qocaya şeir həsr etdi
10:35 08 May 2021
Qətlə yetirilmək istərdim: Gecənin qaranlığında... Bıçaqla...
10:05 08 May 2021
2021-ci ilin “Oskar” saxtakarlığı – Sevda Sultanovadan sərt tənqid
09:00 08 May 2021
Jurnalist Fulya haqqında film çəkiləcək
18:56 07 May 2021
Sabir Rüstəmxanlıdan təsirli sözlər: “Əlvida, əziz qardaş!”
18:08 07 May 2021
Nizami Gəncəvi və Yunus Əmrəyə həsr edilən səhnə əsəri nümayiş olunub
17:46 07 May 2021
“Buynuzdan yazanda kəndi işğal olunan şairlərdən utanırdım” - Musa Yaqubun son müsahibəsi
17:15 07 May 2021
Musa Yaqubun dəfn olunacağı yer bəlli oldu
16:39 07 May 2021
Azərbaycanlı şairin ingiliscə kitabı çıxdı
16:12 07 May 2021
Musa Yaqub vəfat etdi
15:35 07 May 2021
Erməni ilə yeyib-içən Mirişin faciəvi aqibəti – Yeni hekayə
15:21 07 May 2021
“Digitalart-lab” layihəsi mayın sonunadək davam edəcək
14:37 07 May 2021
Xalq artisti Arif Quliyev dəfn olundu - Fotolar
13:49 07 May 2021
“Min bir gecə” baleti beynəlxalq festivalda nümayiş olunacaq
13:09 07 May 2021
Çarşablı bir qadın onu küçəyə atıb getdi, nişanlısı başqasını sevdi, soyadı olmadığı üçün pionerə keçirmədilər - On doqquz “ana”sı tapılan Arif Quliyevin dəhşətli həyatı
12:14 07 May 2021
Küçədə alça yeyən Arif Quliyev və təbəssümünü itirən uşaqlığımız
11:37 07 May 2021
Gənclik və qocalıq haqda ən gözəl şeir - Mətn
10:54 07 May 2021
Faiq Ağayev Arif Quliyevdən yazdı - Foto
10:17 07 May 2021
Müharibə futbol kimidir - Cəbrayıl Dövlətzadə haqqında roman
09:00 07 May 2021