news-inner
clock16:12 calendar-gray 21 İyul 2020 view-gray347 dəfə oxunub
view-gray347 dəfə oxunub

Kamal Abdullanın yeddi cildliyinin birinci cildi nəşr edildi

Xalq yazıçısı, akademik Kamal Abdullanın yeddi cildliyinin birinci cildi işıq üzü görüb.

Birinci cildə yazıçının üç romanı, həmçinin həyatı, elmi, bədii yaradıcılığı ilə bağlı yalnız faktlardan ibarət məlumat daxil edilib. Yazıçının ədəbi-bədii irsində vacib yer tutan roman yaradıcılığı “Yarımçıq əlyazma” ilə başlayıb. Müasir Azərbaycan ədəbiyyatında hadisə sayılan, ədəbiyyatşünas, mədəniyyətşünas və tənqidçilərin bədii-estetik səviyyəsinə, ədəbi siqlətinə görə yüksək nümunə kimi dəyərləndirdiyi bu əsər Bakıda ilk dəfə 2004-cü ildə çap olunub.

“Yarımçıq əlyazma”nın ədəbi taleyi təkcə Azərbaycanla bağlı olmayıb. Çap olunduğu ölkələrin sayına görə dünya ədəbiyyatının həqiqi faktına çevrilən roman – Fransa, Rusiya, Türkiyə, Braziliya, Polşa, Misir, Amerika, Qazaxıstan, Avstriya, Qırğızıstan, İtaliya, Gürcüstan, Monteneqro və Yaponiyada çap olunub.

Azərbaycanda tənqidçilərin müxtəlif müzakirə və mübahisələrinə səbəb olan, ətrafında çeşidli ədəbi qalmaqallar yaranan bu əsər 2007-ci ildə “525-ci qəzet”in “İlin romanı”, Nəsimi Milli Ədəbiyyat Müsabiqəsinin “Son 10 ilin ədəbi əsəri”, 2007-ci ildə “Humay” mükafatlarına layiq görülüb. 21 sentyabr 2015-ci ildə “Yarımçıq əlyazma” İtaliyanın ən böyük fondlarından biri Rikardo Tanaturri Fondunun təsis etdiyi “Scanno” mükafatının (“Skanoprize”) ədəbiyyat üzrə xüsusi prizini ölkəmizə gətirib.

Xüsusilə qeyd etmək lazımdır ki, bu əsər çap olunduğu xarici ölkələrdə uğurlu nəşr həyatı yaşayaraq müxtəlif illərdə Fransada (2003, 2005), Türkiyədə (2006, 2014), Rusiyada (2006, 2013), İtaliyada (2014, 2015) təkrar çap edilib.

“Sehrbazlar dərəsi” romanı Bakıda oxuculara 2006-cı ildə təqdim olunub. Sufi dərvişlərin həyatından bəhs edən əsər Türkiyədə (2010), Rusiyada (2010, 2013, 2016), Litvada (2013) Qazaxıstanda (2013), Fransada (2013), Yaponiyada (2013), İranda (2014), Amerikada (2015), İtaliyada (2016), Rumıniyada (2019) nəşr edilib.

“Unutmağa kimsə yox” romanı 2011-ci ildə Bakıda nəşr edilib. Roman “И некого забыть” adı ilə 2015-ci ildə Bakıda rus dilində, 2016-cı ildə Moskvada “Xudojestvennaya literatura” nəşriyyatında “Под сенья Карагача” kitabında çap edilib. Əsər yenə həmin ildə Türkiyənin məşhur “Bengü” nəşriyyatında Arif Acaloğlunun tərcüməsi və önsözü ilə işıq üzü görüb.

Kamal Abdullanın roman yaradıcılığı həm də onunla əlamətdardır ki, bu əsərlər haqqında təkcə Azərbaycan ədəbiyyatşünasları və mədəniyyətşünasları (Anar, İsa Həbibbəyli, Vaqif İbrahimoğlu, Niyazi Mehdi, Aydın Talıbzadə, Tehran Əlişanoğlu, Rəhilə Qeybullayeva, Mehman Qaraxanoğlu və b.) deyil, eyni zamanda dünya ədəbi-bədii fikrini təmsil edən, ədəbi-mədəni iqlimi yaradan, istiqaməti müəyyən edən məşhur ədəbiyyatşünaslar yazıblar. Franko Kardini, Umberto Eko (İtaliya), Lev Anninski və Lüdmila Lavrova, Yuri Polyakov, Konstantin Kedrov, Anastasiya Yermakova (Rusiya), İrfan Ülkü, Yasəmən Bayer, Arif Acaloğlu, Mehman Musaoğlu (Türkiyə), Maks Statkeyviç (ABŞ), Lyudmila Bejenaru, Livia Cotorcea (Rumıniya), Ziqlinde Hartman (Almaniya), İçiro İto (Yaponiya), Sutha Svarnakar (Braziliya), Klod Aliber (Fransa) və başqaları Kamal Abdullanın yaradıcılığına yüksək qiymət vermiş, romanlarına həsr olunan məqalələr yazmış, yazıçının dünya ədəbi-kulturoloji panoramındakı yeri ilə bağlı dəyərli fikirlər bildiriblər.

Kamal Abdullanın romanları Azərbaycan və dünya tənqidində postmodern ədəbiyyatın, intellektual nəsrin bariz nümunələri kimi qeyd olunur.

Xalq yazıçısının 7 cilddən ibarət “Seçilmiş əsərləri”nin 1-ci cildinə onun üç romanı və haqqında məlumat, 2-ci cildinə bir romanı, bir povesti və hekayələri, 3-cü cildinə şeirləri, esseləri, pyesləri, 4-cü cildinə “Kitabi-Dədə Qorqud” tədqiqatları, 5-ci cildinə dilçilik və poetikaya aid əsərləri, 6-cı cildinə intervyu və məqalələri, 7-ci cildinə onun haqqında ölkədə və xaricdə yazılan məqalə və kitablar, onlardan iqtibaslar və Kamal Abdullanın onlara münasibətini əks edən parçalar daxil edilib. /sim-sim.az/

Gallery

news-inner-user

16034 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Azərbaycan rəssamlarından Kazanda "Məxməri etiraflar"
17:03 03 Avqust 2020
Kim unudub məni yol ayrıcında? - Zərdüşt Şəfinin anım günü
15:58 03 Avqust 2020
Heyvanlar nə vaxtdan qurbana çevrildi? - Qurbanetmə aktının yaranması
14:53 03 Avqust 2020
Şəhid generalımız haqqında kitab nəşr edildi - Pulsuz paylanacaq
13:48 03 Avqust 2020
Şon Penn özündən 31 yaş kiçik qızla gizlin evləndi
13:08 03 Avqust 2020
Ramiz Rövşənin "Yenə bu şəhərdə üz-üzə gəldik" şeirinə rok yazıldı - Video
12:05 03 Avqust 2020
Məşhur aktyor dünyasını dəyişdi
11:14 03 Avqust 2020
Azərbaycan bəstəkarının musiqisi ABŞ festivalında səsləndirildi
10:33 03 Avqust 2020
Həbs olunan məşhur bəstəkarın Üzeyir bəyə məktubu: "Etdiyim başsız hərəkət məni sənət aləmindən ayırdı” - İlk dəfə
09:05 03 Avqust 2020
Şərif Ağayarın essesi Fransa mətbuatında
16:35 02 Avqust 2020
Səsin görüntüyə çevrilməsi və kinonun yaranışı - Cavid Təvəkkül yazır...
15:08 02 Avqust 2020
Kinematoqrafçılar İttifaqı Kulisin əməkdaşına mükafat verdi
13:45 02 Avqust 2020
Azərbaycan kinosunu düşünməyən məmurlar və tək qalmış gənc rejissorlar - Milli Kino Günü
12:02 02 Avqust 2020
Fəxrəddin Manafov: "İmkanım olsaydı, qadınları taxtda əyləşdirərdim" - Müsahibə
09:01 02 Avqust 2020
Salam Sarvanın kitabı Ukraynda nəşr olundu
19:07 01 Avqust 2020
İstanbul Film Festivalının qalibi açıqlandı
17:44 01 Avqust 2020
Məşhur rejissor vəfat etdi
17:00 01 Avqust 2020
Tbilisidə Nəriman Nərimanovun yubileyi qeyd olundu
16:33 01 Avqust 2020
“Azərbaycan kino sənəti tarixi” nəşr olunacaq
15:50 01 Avqust 2020
“Qarabağ şikəstəsi”nin şikəst Qarabağıyıq - Qardaşxan Əzizxanlının şeiri
15:09 01 Avqust 2020