news-inner
clock08:15 calendar-gray 27 Noyabr 2012 view-gray3312 dəfə oxunub
view-gray3312 dəfə oxunub

Monqol elçisinin saqqalını yandırdı, bədəlini xalq ödədi

XIII əsrdə Xarəzmşahlar dövləti dünyanın ən varlı ölkəsi idi. İndiki Azərbaycan, İran, Pakistan, Əfqanıstan və Orta Asiyanın böyük bir hissəsi bu imperiyanın sərhədləri daxilində idi. 1200-cü ildə hakimiyyətə gələn Ələddin Məhəmməd Şah bu nəhəng imperiyanı canı bahasına da olsa, qorumalı idi.

Əsas gəlir mənbəyi İpək Yolu olan Xarəzmşahlara Çin, Hindistan, Orta Şərq, Şərqi Rusiya və hətta Qərbi Avropadan tacirlər gəlirdi. Mərv, Buxara, Səmərqənd əsas ticarət mərkəzləri idi. Paris və Londonun əhalisinin 30-40 min nəfər olduğu həmin dövrdə Səmərqəndin əhalisinin sayı yarım milyona çatmışdı. Ekzotik meyvə ağaclar, büllur bulaqlar, şəlalələrlə bol şəhərlərə dünyanın dörd tərəfindən insanlar axışırdı.

Bu imperiya həm də intellektual mərkəz idi. Böyük şəhərlərdə universitetlər, kitabxanaların olmağı buranı sənət, şeir və elm mərkəzinə çevirmişdi. Fransa, Almaniya, İngiltərə kimi ölkələr Xaç yürüşlərinə 50 min nəfərlik ordu ilə çıxanda, Xarəzmşahların bütün piyada, atlı və dəniz qüvvələri ilə toplananda 500 min əsgər edirdi. Bu dövlətin qarşısına çıxmaq asan məsələ deyildi.

Ancaq hər şeyin əvvəli və axırı var. Şah pis xəbərlər alırdı. Xırda təhlükə olsa da, necə deyərlər, milçək bir şey deyil, amma ürək bulandırmışdı. Üç min kilometr uzaqda çadırlarda yaşayan, köçəri həyat keçirən barbarlar peyda olmuşdu. 1206-cı ildə bu barbarlar “Şahların şahı” mənasını verən Çingiz xanın işığına toplaşmışdılar. Çingiz xan Çin səddini keçib Şimali Çin şəhərlərini zəbt etmişdi.

Nayman xanı Kuçluk Xarəzmşahlara qonşu olan Qara-Kitayda (indiki Qərbi Çin) Çingiz xana qarşı çıxmağa başladı. Xarəzm şahı da ona gizli dəstək verdi. Ancaq çox keçmədi ki, Çingiz xan Kuçlukla döyüşdən qalib ayrıldı, Kuçluk isə güclə qaçıb canını qurtardı.

Çingiz xanın qarşısında indi böyük Pamir dağları vardı. Hündürlüyü bəzən yeddi min metrə qədər qalxan nəhəng Pamir dağları.

Ticarət həmişəki kimi davam edirdi. Dünyanın hər yerindən karvanlar gəlir, vergilərini ödəyir, alış-verişlərini edib gedirdilər. Çingiz xanın elçiləri tez-tez Xarəzmşahın yanına gəlir, ona hədiyyələr gətirərdilər. Elə bir o qədər hədiyyə ilə də geri qayıdardılar. Amma arada qəribə bir soyuqluq vardı.

Ölkəyə artıq monqol karvanları da gəlməyə başlamışdı. Özlərinə tacir desələr də, Çindən köhnəlmiş, keyfiyyətsiz əşyalar gətirməklə məşğul idilər. Bu da Xarəzmşahın sadiq qulluqçularının diqqətindən yayınmır. Məlum olur ki, bunlar tacir deyil, gizli cəsusdurlar, əsgərlərin harada və necə dayandıqlarını, ordu haqda məlumatları monqollara ötürürlər. Onlar həm də Çingiz xanın ordusunun necə güclü olması ilə bağlı dedi-qodular yayır, xarəzm xalqını qorxudurdular. Tarixdə bu cür taktikalardan çox istifadə olunub. Ancaq cəsuslar ələ keçirildi, malları əllərindən alındı və ölkədən çıxarıldılar. Bu barbarlara xəbərdarlıq idi.

Xarəzmşah narahat deyildi, çünki istənilən dövlətin qarşısına 500 minlik ordusu ilə çıxacaqdı. Bu ordu Çingiz xanı darmadağın edib, Xarəzmşahın şöhrətini dünyaya yayacaqdı.

Aylar keçir, Çingiz xanın uğurlarının səs-sədası şahın da qulağına çatırdı. Bir müddət sonra Çingiz xan elçiləri şahın qəbuluna göndərdi. Onlar monqol tacirlərin Xarəzmdə ticarətlə məşğul olmağı üçün xoşluqla icazə istədilər. Axı Xarəzm tacirləri monqol torpaqlarında rahat alış-veriş edib pul qazanırdılar. Niyə monqollar Xarəzmdə soyulub, ölkədən çıxardılmalı idilər?! Monqol elçilər: “Üzr istənməli, tacirlərin ziyanları ödənməli və monqol karvanlarına pis davrananlar cəzalandırılmalıdır” – dedilər.

Dərs vermək vaxtı idi. Şah Məhəmməd bu vaxtı çoxdandır ki, gözləyirdi. Monqol elçilərin saqqalları şah və qulluqçularının hüzurunda yandırıldı. Saqqallar yananda çox pis iy və görüntü ortaya çıxdı. Bəzi mənbələrə görə, saqqalları yandırılmış monqol elçiləri elə təraş edilmişdi ki, başları kəsilsəydi daha yaxşı olardı.

Çingiz xan elçilərinin başına gələnləri eşidəndə çox qəzəbləndi. Axı niyə elçilərin saqqalları yandırılsın və ölkədən qovulsunlar? Şah bu təhqiramiz hərəkətin cavabını verməyə hazırdırmı?

Beləliklə müharibə üçün balaca bir qığılcım bəs idi. Çingiz xan 1219-cu ildə yüz mindən çox əsgərlə Xarəzmşahlar dövləti istiqamətində irəlilədi. Cəmi bir neçə aya Xarəzmşahın ordusu məğlub oldu. Növbəti il möhtəşəm Səmərqənd şəhəri də təslim oldu, bütün əhalisi qılıncdan keçirildi. Şah qaçsa da, xəbərlər gəlirdi: Monqol generalı Subutay onu öldürmək üçün arxasınca düşmüşdü.

Subutay Ələddin Məhəmməd şahı 3 min kilometrə qədər təqib etdi. Şah Xəzər dənizindəki adalardan birində gizlənə bildi. Elə orda da dünyasını dəyişdi.

Bəzi tarixçilər Xarəzmşah İmperiyasını dağıdan döyüşün ən ağır döyüş olduğunu deyir. Bütün əhalinin 70%-i qılıncdan keçirilmiş, bütün şəhərlər dağıdılmışdı. Bölgənin intelektual mərkəzi iflic olmuşdu.

Çingiz xan bu döyüşdən sonra Hind Okeanına qədər irəlilədi. Ölkənin sərhədləri şərqdən Hind okeanına, qərbdən Şərqi Avropaya qədər uzandı.

Beləcə, şah üç elçinin saqqalını yandırmağın cəzasını bir dövlətin əhalisinin qılıncdan keçirilməyi, üstəlik öz canı ilə ödədi.

news-inner-user
Rəna Nevzat

297 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Anar Kərimov: "Dəyərli xalçalarımızı hərraclarda tapmışıq"
18:58 28 Oktyabr 2020
Əməkdar rəssam vəfat edib
18:23 28 Oktyabr 2020
Oljas Süleyemenov Minsk qrupunu tənqid etdi
17:45 28 Oktyabr 2020
Əfsanələr taleyimizi dəyişə bilərmi? - Təbrizdən polemik yazı
17:10 28 Oktyabr 2020
Arif Məlikov haqqında kitab çap olundu
16:25 28 Oktyabr 2020
Böyümür ölü uşaqlar - Günün şeiri
15:12 28 Oktyabr 2020
Teatrşünas alim maaşını orduya köçürdü
14:55 28 Oktyabr 2020
Xalq artisti: "Artıq real film qəhrəmanlarımız var"
14:30 28 Oktyabr 2020
Fransız tərcüməçi Azərbaycan romanından yazdı: “Ona hirslənirdim”
13:44 28 Oktyabr 2020
Uşaqlığımın yay ayları – Pərvanə Bəkirqızı Qarabağdan yazır...
13:01 28 Oktyabr 2020
Bakı kəndlərində nökərçilik etdi, bir qız onu acından ölməyə qoymadı, arvadının çarpayısına qızılgüllər səpdi – Mirzə İbrahimovdan 10 inanılmaz fakt
12:18 28 Oktyabr 2020
85 yaşlı erməninin söylədiyi böyük həqiqət
11:46 28 Oktyabr 2020
Gənc yazar işğaldan azad olunan kəndlərindən danışdı: “Yuxu kimidir!”
11:01 28 Oktyabr 2020
Tanınmış uşaq yazıçısı vəfat etdi
10:10 28 Oktyabr 2020
Fransada yaşayan vəkil: “Burda işsizlik daha böyük problemdir, nəinki erməni məsələsi” – Müsahibə
08:55 28 Oktyabr 2020
Əməkdar artist vəfat edib
19:21 27 Oktyabr 2020
Məşhur serialın qəhrəmanı vəfat etdi
18:50 27 Oktyabr 2020
Fikrət Qocanın "Seçilmiş əsərləri" çap olundu
18:10 27 Oktyabr 2020
Üzünü o yana çevir – Sevincdən müharibə şeirləri
17:47 27 Oktyabr 2020
Nizami kino Mərkəzi Mel Gibsonun filmlərindən imtina etdi
16:32 27 Oktyabr 2020