Bakıda istedadlı və yaradıcı gənclərin II Respublika Toplantısı keçirilir

Bakıda istedadlı və yaradıcı gənclərin II Respublika Toplantısı keçirilir
26 noyabr 2012
# 15:01

Bakıda Gənclər və İdman, Mədəniyyət və Turizm, Təhsil nazirliklərinin, Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə İstedadlı və yaradıcı gənclərin 2-ci Respublika Toplantısının açılışı olub. APA-nın məlumatına görə, tədbirdə baş nazirin müavini Elçin Əfəndiyev, gənclər və idman naziri Azad Rəhimov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, xüsusi dəvət olunmuş qonaqlar - Türkiyənin məşhur kino ulduzu Türkan Şoray, İtaliyanın dünya şöhrətli müğənnisi Robertino Loretti də iştirak edib.

Elçin Əfəndiyev gənclərin adı ilə bağlı hər bir tədbirin mühüm əhəmiyyət daşıdığını deyib: “Mən ümid edirəm ki, 20-30 ildən sonra bu toplantıda iştirak edən yaradıcı gənclər dünyanı fəth edəcəklər və onların həyatında bu gün keçirilən tədbirin böyük əhəmiyyəti olacaq. Hər bir yaradıcı gənc istənilən addımında öz adından əvvəl ölkəsini təmsil edir”.

Azad Rəhimov isə qeyd edib ki toplantının keçirilməsində məqsəd gənclərin yaradıcılığa yeni baxışını təmin etmək, yaradıcılığın geniş spektrində gənclərin imkanlarını və nailiyyətlərini nümayiş etdirmək, onları yaradıcılığa həvəsləndirməkdir.

Əbülfəs Qarayev yaradıcı gəncləri fəal olmağa dəvət edib və onları ölkədə gənclərə göstərilən qayğıdan istifadə etməyi çağırıb.

Tədbirdə çıxış edən Robertino Loretti Azərbaycanda belə bir tədbirin keçirilməsini yüksək dəyərləndirdiyini deyib.

Türkan Şoray isə çıxışında növbəti dəfə Azərbaycanda olmasına görə çox məmnun olduğunu deyib, yaradıcı gənclərlə görüş fürsəti qazandığına görə, təşkilatçılara təşəkkür edib. İki gün öncə Türkiyədə 50 illik kino fəaliyyətindən bəhs edən “Sinema və mən” müəllif kitabının işıq üzü gördüyünü qeyd edən sənətkar nəşrdə Azərbaycanda vaxtilə çəkilmiş və premyerasında iştirak etdiyi film haqqında xüsusi qeydinin olduğunu vurğulayıb: “Orada yazmışdım ki, Azərbaycana getməyi çox istəyirəm. Bu arzuma qısa zamanda çatdım. Azərbaycanda uzun illər öncə olduğu kimi, yenə də isti münasibət görürəm. Qardaş ölkədə belə bir münasibətdən qürur duyuram”.

Bir neçə gün əvvəl Azərbaycanın tanınmış sənətkarı Yaşar Nurinin vəfat etdiyini xatırladan Türkan Şoray bununla bağlı onun ailəsinə və Azərbaycan xalqına başsağlığı verib.

Məşhur kino ulduzu bu gün saat 16.00-dan başlayaraq 2 saat ərzində əldə etdiyi nailiyyətləri Azərbaycanın istedadlı gəncləri ilə bölüşəcəyini deyib: “Ümid edirəm ki, onlara nəsə öyrədə biləcəm”.

Qeyd edək ki, 5 gün davam edəcək tədbir çərçivəsində Türkan Şoray, Robertino Loretti, Abbas Kiarostami kimi dünya şöhrətli sənətkarlar kino, foto, moda, klipmeykerliklə bağlı ustad dərsləri keçəcəklər.

Azərbaycandan isə Çingiz Abdullayev və Alim Qasımovun gənclər üçün master-klasslar təşkil edəcəkləri gözlənilir.

# 3103 dəfə oxunub

Oxşar xəbərlər

“Geri qalan heç nəyin əhəmiyyəti yoxdur” – “Nothing else matters" necə yarandı?

“Geri qalan heç nəyin əhəmiyyəti yoxdur” – “Nothing else matters" necə yarandı?

16:00 17 sentyabr 2026
Füzuliyanə təbiət və Abşeron lirikası - "Torpağın arzusu" tablosu

Füzuliyanə təbiət və Abşeron lirikası - "Torpağın arzusu" tablosu

14:00 17 sentyabr 2026
"Anti-mədəniyyətin Bibliyası"nın müəllifi  - Riçard Brotiqan kim idi?

"Anti-mədəniyyətin Bibliyası"nın müəllifi - Riçard Brotiqan kim idi?

16:00 16 sentyabr 2026
"Baxışların artıq məni çağırır..." - Məşhur "Despacito" necə yarandı?

"Baxışların artıq məni çağırır..." - Məşhur "Despacito" necə yarandı?

15:30 16 sentyabr 2026
Kağız parçalarından sənət əsəri – Jan Arpın “Təsadüfi dördbucaqlılar”ı

Kağız parçalarından sənət əsəri – Jan Arpın “Təsadüfi dördbucaqlılar”ı

13:30 16 sentyabr 2026
Soyuq mərmər, dəfn sükutu, daşlaşmış kədər... - Andrea Mantenyanın "Ölü Məsihə ağı"sı

Soyuq mərmər, dəfn sükutu, daşlaşmış kədər... - Andrea Mantenyanın "Ölü Məsihə ağı"sı

13:30 13 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər