writer1

Qismət

Məqalə sayı

186
clock15:13 calendar-gray 28 İyun 2020 view-gray2846 dəfə oxunub
view-gray2846 dəfə oxunub

Aparıcı Zaurun cinləri

Kulis.az Qismətin “Cin atına minmək” yazısını təqdim edir.

Köhnə məhləmizin xudmani “besedka”sında siqaret işığına yığışan abilər belə danışardı: filan kənddə tövləyə girib görüblər ki, at tərləyib, sən demə, atı hər gecə cinlər sürürmüş. İkinci siqareti yandıran cinbala davam edərdi: mənim babam o vaxt (burda mifoloji keçmiş zamanı bildirmək üçün əlini başının üstündən arxaya tuşlayardı) sancaqla bir cin tutub, bir-iki il işlədib, sonra cin bir uşaqdan xahiş edib ki, bu sancağı açsın və yoxa çıxıb.

Bu, hələ harasıdır, bu hələ bizim magik realist “besedka”nın Asturiasıdır, çox keçməzdi ki, Aşıq Ədalətə oxşayan sifətiylə məhlənin Markesi də təşrif buyurar və beləcə biz gözlənilən bir nitqin tarixçəsinə qonaq olardıq: Bizim kənddə bir kor Əhməd vardı, onun əhvalatı çox qəribədir. Kişi özü bizə danışıb ki, bir gejə (deyəsən “c” üçüncü hərf olduğu üçün gecənin əvvəlidir, “j” axırlarda olduğu üçün daha vahiməli vaxtdır) gördüm ki, nəsə atımız narahatdır, fınxırır, yüyən gəmirir. Gizlənib pusmağa başladım, bir də gördüm tövlənin qapısı açıldı və içəri cinlərin xalq çalğı-alətləri ansamblı daxil oldu, çalıb-oynamağa, atı qorxutmağa başladılar. Bir azdan tövlənin qapısı təzədən açılanda, nə görsəm yaxşıdır, bizim həyətin pişiyi əlində dəf içəri girdi, cinlərin xoruna qoşuldu. Əlim üzümdə qaldı, gecəni dirigözlü açdım. Səhəri gün həyətdə nahar eləyəndə pişiyi gördüm, üstünə çığırdım ki, dəfçi pişik, rədd ol burdan! Elə bunu demişdim ki, cinlərə işlədiyi faş olan pişik tullanıb gözümü çıxartdı…

Əfsanəvi performans idi, dəlisov qara pişikləri yazan Edqar Po belə bu cür iki tərəfə işləyən agent pişik yarada bilməyib. Bu əhvalatı hekayə kimi yazsam, adını belə qoyardım: Pişiyin deşifrə olması.

Ötən gün Yalçın İslamzadənin çox qiymətli “Nənəmin konspirologiya nəzəriyyəsi” yazısını oxuyanda, sosial şəbəkələrdə rastıma çıxan, eləcə gülüb keçdiyim bir əhvalatı yenidən xatırlayası oldum. Şəkidən bir ailə bu maskalı-spirtli günlərdə ərinməz-ərinməz Zaurun verilişinə müraciət edib ki, bəs biz 8103-dən icazə alıb iki saata Bakıya çatmarıq, sizin jurnalist vəsiqəniz var, durun tez gəlin, evimizdə cin var. And olsun vaxtilə buralarda hər sancaqda bir cin saxlayan ulu babamızın halvadan şirin, pitidən qaynar xatirəsinə, tüstüsüz oddan yaranan bu məxluqat pullarımızı oğurlayır, üstəlik, məktublar yazıb bizi təhdid edir. Zaurun dama-dama vərəqlərdən oxuduğu məktublarda cin təmiz Şəki ləhcəsində yazır ki, gəlinə dəyməyin, gül kimi qızdır, mənə daha çox pul verin, yoxsa pasportunuzu oğurlayıb bankdan kredit götürəcəm. Bir adam da demir ki, sizi and verirəm Şəki Xan Sarayının rəngli şüşələrdən yığılmış mozaik pəncərəsinə, pasportu ortalıq yerə qoyun, görək bu merkantil cin iş yerindən arayışı olmadan, zaminsiz, aşağı faizlə hansı bankdan kredit götürəcək? Əgər götürə bilsə, ulu babalarımız kimi sancaqlayıb hüquqlarını pozmayaq, əlliyə əlliyə razılaşaq, arabir bizim üçün də kredit təşkil eləsin.

Deyilənə görə, vaxtilə Hafizin şeirləri elə böyük şöhrət qazanıbmış ki, onun qəzəlləriylə fal açırmışlar. Bizim əsrdə bu xurafatın başqa formaları da var, hələ bizə yoluxmasa da, artıq Türkiyədə müşahidə olunur: “The Economist” jurnalının üz qabığında gələcəyi oxumaq…

Salman Rüşdinin üçqat “Buker” mükafatı laureatı olan misilsiz romanı “Gecəyarı uşaqları”nda bir məqam var. Əsərin narratoru deyir ki, bir vaxtlar Bombeydə alkoqollu içki tapmaq çətinləşmişdi, bir növ, “suxoy zakon” çıxmışdı. İçki tapmağın yolu alkoqolik arayışı almaq idi. Həmin ərəfələrdə Bombeydə təzə həkimlər ordusu peyda oldu: içki doktorları. Bunlardan ən məşhuru Doktor Şərabi idi. Atam şəhərin adlı-sanlı adamları kimi doktorun qəbuluna yazılıb çəhrayı alkoqolik arayışı alırdı ki, gündəlik içki tələbatını ödəyə bilsin. Amma icazə verilən doza atama bəs eləmirdi deyə, qulluqçularını, bağbanlarını, nökərlərini, sürücülərini də arayış dalınca göndərməyə başlamışdı. Rüşdi yazır ki, o vaxtlar satmağa heç nəyi olmayan yoxsul adamlar arayış almaq istəyənlərə öz şəxsiyyət vəsiqələrini satırdılar… Atam hər gün iş otağında cin içirdi, dindar anam da deyirdi ki, kişinin içinə cin girib.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

“Ah, bu uzun sevda yolu” onlayn nümayiş ediləcək
17:20 16 Yanvar 2021
“Əli Kərim deyib ki, məndən yaxşı yazır” - Azərbaycanlı şairin son müsahibəsi
16:30 16 Yanvar 2021
Muzey və sərgi salonları bu tarixdən fəaliyyətə başlayacaq
15:17 16 Yanvar 2021
Çıxın dağlara-daşlara səpələnək, atışaq - Eyvaz Əlləzoğlunun hekayəsi
13:32 16 Yanvar 2021
20 Yanvarla bağlı sənədli film çəkilir - Video
12:15 16 Yanvar 2021
"Xəmsə möcüzəsi" müsabiqəsinə start verildi
11:15 16 Yanvar 2021
Fuad Poladov: “Nəyə görə həbs olunduğumu bilməliydim” – Müsahibə
09:00 16 Yanvar 2021
Onu babasının adıyla çağırdılar, "başı Sovet çəkici ilə əzilməlidir" dedilər, ardıcıl iki dəfə sürgün etdilər - Almas İldırımın məşəqqətli həyatı
20:45 15 Yanvar 2021
“Santa Barbara” serialının qəhrəmanı vəfat etdi
18:46 15 Yanvar 2021
Milli Teatr Vətən müharibəsi iştirakçısını işlə təmin etdi - Foto
18:19 15 Yanvar 2021
Azərbaycanlı rəssamın ABŞ -da fərdi sərgisi açıldı
17:37 15 Yanvar 2021
Cəfər Cabbarlı ilə Səməd Vurğun Onu niyə anlamırdılar?
17:14 15 Yanvar 2021
Görkəmli ingilis rejissorun kitabı Azərbaycan dilində - İlk dəfə
16:30 15 Yanvar 2021
Yaşamak bir ağaç gibi... – Günün şeiri
15:51 15 Yanvar 2021
Ərə vermək üçün yaşını artırdılar, prokuror qaynı oğlunu əlindən aldı, evində ölü tapıldı - Məşhur aktrisanın film kimi həyatı
15:11 15 Yanvar 2021
Netflix “Leyli və Məcnun” filmini çəkdi: Azərbaycanlı oğlan və İndoneziyalı qız - Video
14:31 15 Yanvar 2021
Şuşaya Üzeyir bəylə qayıtmağın fəziləti
14:07 15 Yanvar 2021
Kişiləri öldürüb özü uzun yaşayan qadınlarımız: Dəhşətli statistika
13:29 15 Yanvar 2021
Tacikistan mediası "Nizami ili"ndən yazır
12:45 15 Yanvar 2021
Fransada yaşayan türk yazar: “Hər gün səhər gözümüzü qadın cinayətləri ilə açırıq” – Müsahibə
12:11 15 Yanvar 2021