Ərinə xəyanət edən, qayınatasını zəhərləyən, uşağını boğan qadının amansız həyatı

Ərinə xəyanət edən, qayınatasını zəhərləyən, uşağını boğan qadının amansız həyatı
17 iyun 2020
# 11:08

Hadisələr Britaniyada XIX əsrdə cərəyan edir. Filmin rəngləri, istifadə olunan dekor o illərin atmosferini verə bilib. Gənc bir qız orta yaşlı bir kişiyə “gəlin” olaraq satılır. Zadəgan ailəsinə mənsub olan Makbetin darıxdırıcı, monoton, kölə günləri başlayır. Malikanədə yaşayan qadına bir sıra qadağalar qoyulub. Küçəyə çıxmaq olmaz, vaxtında durmaq, vaxtında nahar etmək və.s. Hətta əri onunla yatmaqdan belə imtina edib.

Əri atasının sistemli həyat qaydaları altında əzilərkən yaşadığı seksual boşluğu arvadına da ötürür. Xüsusilə bir epizod diqqəti çəkir: kişi gecə evə gələndə yataq otağında onu gözləyən arvadına deyir ki, ayağa qalx, soyun və divara sarı bax. Qadın da kölə kimi ərinin dediklərini edir. Ər onun arxasına baxaraq mastrubatsiya edir. Bu səhnə kişinin qadın üzərində qurmağa çalışdığı hakimiyyəti olduqca dəqiq və amansızca göstərir. Ərinin yaşadığı cinsi anormallıq, çatışmazlıq film boyu naturalist cizgilərlə tamaşaçıya ötürülür.

Söhbət Uilyam Oldroydun rus yazıçısı Nikolay Leskovun “Mtsenskdən olan xanım Makbet” əsərinin motivləri əsasında ekranlaşdırdığı “Xanım Makbet” filmindən gedir.

Gallery

Film Makbetin ərinin şəhərdən ayrılması ilə tamam dəyişir. Makbetin yaşadığı seksual aclıq onu evin nökəri ilə yatmağa sövq edir. Heyvani hissləri oyanan qadının nökərlə sevişdiyi səhnələr inanılmaz dərəcədə təbii və uğurlu alınıb.

Bağda nökər işləyən oğlanla sevişən Makbet onu sevməyə başlayır. Günlərin birində qayınatası evə qayıdır. Ağıllı və hiyləgər qoca qadının ərinə xəyanət etdiyini anlayır. Məsələ böyüməsin və əri bundan xəbər tutmasın deyə Makbet onun yeməyinə zəhər qatıb öldürür.

Bir gecə yarısı əri evinə qayıdır. Onun da qulağına çatıb ki, arvadı onu aldadır. Makbet dəmir parçası ilə onun başına zərbələr endirir və onu da o dünyalıq eləyir.

Köləlikdən xilas olmaq istəyən qadın sevdiyi oğlanla xoşbəxt olmaq istəyir. Ona bütün bunları sevgi üçün etdiyini deyir. Baş verən hadisələr oğlanda təəccüb hissləri yaradır. Ancaq qadının dediklərinə uymaqda davam edir.

Makbetin özünə qurduğu dünya başqa bir hadisə ilə qəribə bir rəng alır: bir gün qəfildən ərinin başqa qadından olan uşağı nənəsilə evə gəlir. Sən demə, uşağın malikanədə qalması üçün sənədlər hazırlanıbmış. Makbet bunu öyrənən kimi uşaqdan xilas olmaq üçün bir gecə onu boğur.

Bu, artıq filmin kulminasiya nöqtəsidir. Sevdiyi oğlan da uşağın öldürülməsində qadına kömək edir. Amma vicdanı oyanır, meşədə hönkürür, peşman olur. Uşağın nənəsinə, həkimə, qulluqçuya baş verənləri etiraf edir. Həqiqətləri bir-bir söyləyir. Lakin heç kim ona inanmır.

Qadının istədiyi azadlıq, yaratdığı dünya onun içindəki heyvani, sadist hissləri də alovlandırır. Nəticədə vəhşi bir insana çevrilir.

Filmdən sonra bir neçə sual ətrafında düşünməyə dəyər: Bütün bunlar sevdiyi oğlan üçündürmü? Yaxud, köləlikdən duyduğu dəhşətli qəzəbmi? İnsan ona edilənlərin qisasını almaq üçünmü yaşayır?

# 13684 dəfə oxunub

Oxşar xəbərlər

“Azərbaycanın görkəmli musiqiçiləri”  adlı klassik musiqisi gecəsi keçirildi

“Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi keçirildi

16:00 26 aprel 2024
Gənclər Kitabxanasında sərgi: “Ziyarətə çevrilmiş ocaq”

Gənclər Kitabxanasında sərgi: “Ziyarətə çevrilmiş ocaq”

15:30 26 aprel 2024
Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlandı

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlandı

15:00 26 aprel 2024
Məşhur reper edam olunacaq

Məşhur reper edam olunacaq

14:30 26 aprel 2024
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil olunacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil olunacaq

14:00 26 aprel 2024
"Time Magazine" ən nüfuzlu 100 adamın adlarını açıqladı

"Time Magazine" ən nüfuzlu 100 adamın adlarını açıqladı

13:30 26 aprel 2024
#
#
# # #