news-inner
clock15:11 calendar-gray 16 İyun 2020 view-gray96669 dəfə oxunub
view-gray96669 dəfə oxunub

Mürdəşir: “Meyiti yuyanda gördüm, gülür” – Müsahibə

Bir çoxumuzun bilmədiyi və ya bilib etmək istəmədiyi işlər var. Belə işlər, zaman keçdikcə defisit peşəyə çevrilir. Söhbət yaxınlarımızı dünyadan köçərkən, yuyub kefənləyən insanlardan, yuyuculardan gedir. Yuyuculara el arasında mürdəşir, ölüyuyan, deyirlər. Bu peşə sahibləri haqqında düşünmək belə insana ağırlıq gətirir. Əslində, onlar bizim düşüncələrimizdə formalaşan, soyuq, qorxulu insanlar deyil. Müsahibimiz Hacı Asıf Məmmədov kimi. O, Bakının Bilgəh kəndinin axundu, həm də bu kəndin ölüyuyanı kimi tanınır. Hacı Asif bizimlə səmimi söhbət etsə də fotosunu çəkməyimizə icazə vermədi.

- Sizi oxucularımıza necə təqdim edək?

- İlahiyyatçı, axund, yuyucu kimi…

- Sizdən müsahibə almaq istəyim sizə qəribə gəlmədi?

- Gəldi. Çox qəribə gəldi. Birinci dəfədir eşidirəm ki, yuyucudan müsahibə alırlar.

- Necə oldu, yuyucu oldunuz?

- Bizim kənddə əvvəllər bir yuyucu vardı. Avtomobil qəzasında dünyasını dəyişdi. Sonradan kənd camaatı mənim yuyucu olmağımı təkid etdilər. Mən də oturub, fikirləşdim, götür-qoy elədim və axırda bu qərara gəldim ki, bu işlə özüm məşğul olum.

- Niyə məhz sizi?

- Ona görə ki, kənd camaatı içində şəriətin hökmlərini, təkəbbürlülük olmasın, mənim kimi bilən ikinci belə bir adam yox idi. Əslində, iki-üç nəfər cavan var, amma onlar heç vaxt bu sahəyə gəlməzdilər.

- Neçə yaşından bu peşədəsiniz?

- 33 yaşımdan. Üç ildir, yuyucu işləyirəm.

- Meyiti neçəyə yuyursunuz?

- 50 manata.

- İlk dəfə meyit yumağınız yadınızdadır? Hansı hissləri keçirirdiniz?

- Yadımdadır. Çox diqqətli idim ki, birdən nəyisə səhv edərəm. Yəni ona görə fikrimi çox cəmləmişdim. Nə edəcəyimi bilirdim, ancaq praktiki olaraq birinci dəfə idi ki, bildiklərimi tətbiq edirdim. Bir az çətinlik çəkdim. İlk meyiti iki saata yudum.

- İçinizdə qorxu yaranmadı?

- Qətiyyən.

- Bu vaxta kimi neçə meyit yumusunuz?

- Nə bilim, vallah. Yalan deyərəm. Çox olub...

- Sizcə insanlar niyə meyit yumaqdan qorxur?

- Bunun əsas səbəbi insanları qorxudan adətlərdir. Ən çox da cavanları yaşlı nəsillər qorxudurlar. Deyirləri, sən yaxın gəlmə, baxma, keç, orda dayan. Dəfələrlə özlərinə də demişəm ki, belə edib qorxutmayın camaatı. Yəni insanların psixologiyasında elə bir şey var ki, meyiti gördün, qorxacaqsan, qorxdun xəstəliyə tutulacaqsan, özün də məhv olub gedəcəksən. Bu insanların beyninə yeridilib.

- Cəmiyyət arasında yuyucuya olan münasibət necədir?

- Təəssüflər olsun ki, əksər adamlar çox pis baxır. Hətta yolda, dayanacaqda adamla danışanda, bir iki kəlmə kəsəndə, biləndə ki, yuyucusan görürsən, qaçmaq istəyir, çəkinir. Bu da cahilliklə, savadsızlıqla əlaqədardır. Burda başqa bir səbəb görmürəm. Heç bir yerdə deyilməyib ki, hər bir kənddə ayrıca bir otaq olmalıdır. Meyiti bir nəfər yumalıdır. Hər kəs öz yaxınını, dünyadan getmişini özü yumalıdır və onun boynundadır. Sadəcə, qorxuları olduğuna, ya da bacarmadıqlarına görə, bir adam təyin edirlər. Hamı da onun üstünə gətirir ki, o yusun.

- Yuyucu işləmək üçün insanda hansı keyfiyyətlər olmalıdır?

- Mən deyərdim, soyuqqanlılıq. Hamı yorğan-döşəyində can verib dünyadan köçmür. Biri qəzaya düşür, gətirirlər, biri yanır, gətirirlər... Soyuqqanlılığı əldən verdinsə, özün də uzanıb qalarsan onun yanında. Belə hadisələr, hiss edirsən ki, adamda həyəcan oyatmaq istəyir, amma soyuqqanlılıqla bu hisləri ram edirsən. Məndə də bu həyəcan qorxu olsa, mən də meyitə yaxın getmərəm.

- Peşənizlə bağlı sizi təsirləndirən hadisə olub?

- Mən bura təzə gələndə, bir-iki ay olardı, and olsun allaha ki, tam səmimi deyirəm, elə hiss edirdim ki, başıma xeyr qüvvələr dolanır, məni qoruyurlar. Hətta hərdən gözümə də görsənirdilər. Elə bilirdim, arxamda yüz nəfərlik ordu məni qoruyur. O vaxta kimi ki, tam rahatlaşdım, tam sərbəst oldum. İndi artıq onlar yoxdur. Hətta bəzən darıxıram ki, görmürəm onları.

- Olub ki, meyiti yumağa gətiriblər, meyit dirilib?

- Yox olmayıb.

- Yuyanda ağlamaq istədiyiniz adam olub?

- Olub. Düzü bu üç ildə az olub. Elə mömin, dindar insanların meyitləri olub ki, onları yuyub qurtaranacan baxmışam, üzləri gülür. Diri insan necə gülər o cür gülürlər. Üzlərindən də nur yağır. Adam bu cür vəziyyətə baxanda kövrəlir. Bir də körpə uşaqlar olur, dünyaya gəlməmiş və ya, dünyaya gəlib, dünyasını tez dəyişmiş. Belə körpə uşaqları gətirəndə adam istər istəməz kövrəlir.

- Yaxınlarınızdan kiminsə meyitini yumusunuz?

- Lap yaxınlardan əmimin meyitini yumuşam. Uzaq qohum-əqrəbadan də olub. Amma lap yaxınlardan əmim olub.

- Hobbiniz var?

- Hobbim heyvan saxlamaqdır. Məsələn, cürbəcür ev quşları olsun, ev şəraitində saxlayasan, qəşəng güllərdən əkəsən, becərəsən, qulluq edəsən. Öz işimdən əlavə bunlardan həzz alıram.

Söhbətləşdi: Vüqar Əlioğlu

news-inner-user

16143 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Daha bir nəşriyyat Polad Həşimovla bağlı kitab nəşr etdi - Foto
18:36 14 Avqust 2020
Ayı balalarını oğurlayan çoban - Qorxmaz Şıxəlioğlu yazır...
17:14 14 Avqust 2020
Tom Kruzun çəkildiyi filmin meydançasında yanğın baş verdi
16:05 14 Avqust 2020
Xalq artistinin qızı atasının şeirlər kitabını nəşr etdirəcək
15:19 14 Avqust 2020
Oğlu Xalq artistinə klip çəkdi - Video
14:28 14 Avqust 2020
Əsl adı Pənah idi, kasıb atası ona yalnız keçi dərisindən dəf düzəldə bildi - Sürücü, vaqon ustası, montyor Alim Qasımov - Maraqlı faktlar
13:32 14 Avqust 2020
Almaz Ələsgərli efirdə erməni mahnısı oxudu - Video
12:38 14 Avqust 2020
"Sevastopol uğrunda döyüş"ün qəhrəmanı vəfat etdi
12:17 14 Avqust 2020
Bizi kütləvi öldürmək məsələsi... - Bütün bunlar masonların işidir?
11:27 14 Avqust 2020
Gənc yazara ağır itki üz verdi
10:39 14 Avqust 2020
Filmimiz beynəlxalq festivalda mükafat qazandı
10:00 14 Avqust 2020
Məni şərləyib qardaşımın gözündən salmaq istəyirdi - Bircənin romanı
08:59 14 Avqust 2020
Türk aktrisası vəfat etdi
18:30 13 Avqust 2020
Azərbaycanda əcnəbi serialların yayımı bərpa olundu
17:57 13 Avqust 2020
Məşhur rejissorların ürəyində qalan 5 film - Çəkmək istəyirdilər, alınmadı...
17:02 13 Avqust 2020
"Avatar-2" filminin çəkiliş meydançasından fotolar
16:28 13 Avqust 2020
Xalq rəssamı vəfat etdi
15:09 13 Avqust 2020
Nazirlikdən gedənlər və gələnlər
14:11 13 Avqust 2020
Mədəniyyət Nazirliyinin aparat rəhbəri vəzifəsindən azad olundu
13:24 13 Avqust 2020
Mahnılarını Niyaməddin Musayev oğurladı, rayonu işğal olunanda beyninə qan sızıb öldü – Bu gözəl musiqilərin müəllifini siz də tanıyın
13:19 13 Avqust 2020