news-inner
clock21:00 calendar-gray 22 Aprel 2020 view-gray70318 dəfə oxunub
view-gray70318 dəfə oxunub

Alman casusu, inqilabdan yan keçən fırıldaqçı və homoseksual – Lenin haqqında qan donduran faktlar

Bəri başdan deyim: “mən şər dahisi”, yaxud “xeyir dahisi” kimi ifadələri mahiyyəti üzrə deyil, mətnin qulağa xoş gəlməsi naminə, estetik bəzək olaraq qəbul edirəm. Dahinin şəri, xeyri olmaz, dahi elə dahidir. Bunu qəhrəmanımıza da aid etmək vacibdir…

…O, bəşəriyyətin siyasi simaları arasında barələrində söylənənlər və yazılanların bir-birilə həddən artıq ziddiyyət təşkil eləyənlərin ön sırasındadır. Bu adam “dünya proletariatının və inqilabının rəhbəri”, “böyük humanist” və “ideal insan” kimi dürlü pozitiv titullarla yanaşı, “Almaniyanın casusu”, “inqilabın zəqqum dadından yan ötən fırıldaqçı”, “qaniçən diktator” və ideallığın tam əksinə olaraq, “homoseksual” kimi neqativ ittihamlardan da canını və adını qurtara bilməyən Vladimir İliç Ulyanov – qısaca olaraq Lenindir!

Gallery

Mən onu bəxtsiz Azərbaycan rəssamı Muradlının “Lenin anası ilə” adlı əsərindən daha çox tanımış və sevmişdim: bəstəboy, sarışın gənc, gözünün yaşını tökə-tökə ovcunda digər oğlunun asılacağı haqqında çar məktubunu tutmuş anasına təsəlli verir. Ana ağlayır, gəncin iradəli, qətiyyətli baxışları isə harasa uzaqlara, lap uzaqlara zillənib. Elə bil zalım oğlu yarım qərinədən sonra dünyanı məhvərindən qoparacaq inqilabı görür və yaşayır.

İstisnasız olaraq Leninin bütün bioqrafları, həcmi nəzərə alınmadan onun haqqında nəsə yazanların hamısı çara sui-qəsd üstündə asılmış zavallı Aleksandrı xatırlamadan mətləbə keçmirlər. Guya böyük qardaş Aleksandrın adaşı çara qarşı düzənlədiyi sui-qəsdlə kiçik qardaş Vladimirin həyata keçirdiyi inqilab arasında böyük əlaqə var. Xeyirxahlar bunu İlya kişinin ailəsinin hələ bineyi-qədimdən inqilabçılar yuvası olduğunu, bədxahlar isə “Lenin inqilab etməklə, çarın var-yoxunu güllələtdirməklə qardaşının qisasını aldı” kimi yuvarlaqlaşdırırlar. Mən xeyirxahların tərəfindəyəm. Çünki həqiqətən, dövlət məmuru olan İlya kişinin ailəsində özündən başqa demək olar, hamı inqilabçı idi ki, burada da günahın yekəsi evin arvadındaydı. Bəli, məhz o qadın – bir tərəfi kalmık olan Mariya Aleksandrovna Ulyanova uşaqlarının hamısının beynini dövrün ədalətpərvər şüarları ilə zəhərləmişdi. Bu ailədəkilərin hamısı dikbaş inqilabçı ruhlu insanlar idilər, hətta evin qız uşağı Annaya qədər. Hələ onu demirəm ki, tarixi faktlara görə, gənc Vladimir Ulyanov qardaşının asılacağı haqda xəbəri eşidəndə evdəki vay-şivəni vecinə də almadan bircə kəlmə deyib: “Onlar (təbii ki, qardaşının dostlarını nəzərdə tuturdu) düzgün eləmirlər”.

Gallery

Qısası, belə baxanda sinəsində “inqilabçı ilan balaları” gəzdirən çarsevən İlya Vasilyeviç elə nə yaxşı ki, böyük oğlu Aleksandrla qızı Annanın başına gələnləri görmədi, yoxsa, yüz faiz ürəyi partlayacaqdı.

Bütün bunlara baxmayaraq, mən “Lenin” adıyla “ata”, “ana”, “bacı”, “qardaş”, qısası, ailəylə bağlı hansısa kəlməni bir yerdə görəndə əsəbiləşirəm. Çünki yoldaş İliçə bunların heç biri yaraşmır, yoldaş İliçə bunların hamısı yaddır. Bu baxımdan, “Lenin çar ailəsindən qardaşının qisasını aldı” sayaq sərsəmləmələrə sadəcə, acı bir zarafat kimi baxmaq lazımdır. Doğmaca dayısı uşaqları olan Ardaşevləri güllələtdirən, inqilabdan sonra qətiyyən xoşlamadığı kiçik qardaşı Dmitri Ulyanovun vəzifəyə qoyulmasını eşidib istehzayla bolşevik dostlarının ünvanına “elə bilirlər, bu axmağı vəzifəyə qoymaqla mənə xidmət göstərirlər” deyən Lenin kimi adamlar üçün qardaş-bacı, ata-ana dünyanın gərdişində fırlanan milyonlarla bəşər övladlarının sırasından seçilməyən subyektlərdir. Lenin inqilab eləməklə heç kimin qisasını-zadını almadı. “Dünya inqilabının rəhbəri” sadəcə, özünü, xarakterini, istəklərini və arzularını reallaşdırdı, vəssalam. Leninin bütün həyatı, varlığı, yaşamı məhz bu inqilaba bağlı idi.

Gallery

Biz Vladimir İliçi heç vaxt yaxından tanıya bilmədik. Mənə elə gəlir, sovet dövrü Azərbaycan proletariatının, Azərbaycan kəndlisinin təsəvvüründəki Leninlə Azərbaycan ziyalısının düşüncəsindəki Lenin arasında heç bir fərq yoxuydu. Bizlər – azərbaycanlılar Lenini hamımız bir cür tanıyırdıq: fincanı sındırıb sonra da boynuna alan vunderkind uşaq, böyüyəndə də Qubadan xurcunla gələn almanı uşaq evinə göndərən əliaçıq baba… Bizim Leninlə bağlı bütün təsəvvürlərimiz bu iki obraz arasında variasiya edir. Ancaq bütün variasiyalar mühüm bir mətləbə söykənməliydi: Lenin baba inqilabçılıqdan daha çox İnsandır!..

…Latınlar deyərdilər “O tempora, o mores!” Bizim dildə kobud tərcüməsi təxminən belə çıxır: “Ey çərxi-gərdun!”

Onun barəsində çox şeylər yazdılar, yenə yazırlar. Arxivlər açılır və məlum olur ki, yoldaş Leninin “Əsərlərinin tam külliyyatı” deyəndə heç də yazdıqlarının hamısı nəzərdə tutulmayıbmış. Onun yazdıqları içərisində elə şeylər var ki, bunu sadə ziyalıya, yaxud beyniqanlı gəncə oxutmaq olmaz. Çünki dahi rəhbər burada inqilab eləməyin yollarını az qala dalanlarına kimi göstərib.
Sovetlərin dağılmasıyla Leninin siyasi nəzəriyyəsi, ardından nümunəvi insan obrazı da darmadağın oldu. Məlum oldu ki, Lenin baba nəinki sədaqətli ailə başçısı, heç normal adam da olmayıb. Heç nə yox, elə rus tədqiqatçılarının arxivlərdən eşələyib tapdıqları və mötəbərliyinə heç bir şübhə yeri qalmayan Zinovyevin Leninə, Leninin də ona yazdığı sevgi məktublarına nəzər salmaq kifayətdir ki, Allah uzaq eləsin, “Lenin babamız”ın əslində, hansı yuvanın quşu olduğu bilinsin. Ancaq gərəkdir ki, bu “quş” məsələsində ədaləti və obyektivliyi də əldən verməyək. Çünki hansı yuvanın quşu olursa-olsun, bu adamın uşaqlığı həqiqətən vunderkind, böyüklüyü də dahi taktik və strateq idi. Lenin bircə rəhbər və idarəçi ola bilmədi. Dövrə uyğun olaraq bu iki xüsusiyyətin onda çatışmaması Vladimir İliçi yaratdığı inqilabın və qurduğu hakimiyyətin girovuna çevirdi. Zənn edirəm, rus tədqiqatçısı German Nazarovun əməyinin məhsulu kimi sizlərə şərhsiz təqdim etdiyim bu arxiv materialları çox şeyin üstünə işıq sala bilər. “Dahi rəhbər”in Dzerjinskiyə ünvanladığı məktubdan nəticələri özünüz çıxaracaqsınız. Yalnız onu xatırladım ki, Vladimir İliç həyatının son illərini xəstəxanada yatmış və Stalin artıq onun sağlığındaca dövlətin idarəetməsini ələ keçirmişdi.

Gallery

Leninin Dzerjinskiyə məktubu

“Əziz Feliks! Mənə elə gəlir ki, başıma gələnlərin hamısı Stalinin və onun yanında olanların işidir. Bu, dəhşətlidir. Məni faktiki olaraq partiyadan və cəmiyyətdən təcrid ediblər. Dünən mühafizəni ikiqat artırıblar. İndi haradasa onların sayı 100-ə yaxındır. Hətta mənim üçün cığır da ayırıblar ki, yalnız orada gəzməliyəm. Başqa yola çıxmağa qətiyyən ixtiyarım yoxdur. Necədir, sənin üçün? Məgər bu, normal münasibətdirmi ki, "VÇK"dan kiminsə əmriylə mənə qarşı xüsusi təlimatlar tətbiq olunur? Bu təlimata əsasən, mənimlə danışa, məndən poçt qəbul edə, mənə heç nə deyə bilməzlər və sair və ilaxır. Bunu necə başa düşək? Mən son vaxtlar dəfələrlə Sizinlə, yoldaş Kalininlə, Bonç-Bruyevçilə, Kamenevlə, hələ sadəcə olaraq görmək arzusunda olduğum adamlarla görüşmək istədiyimi bildirmişəm. Ancaq düz 3 aydır ki, mənim yanıma heç kimi buraxmırlar. Tam təcrid olunmuşam. Telefonu bağlayıblar. Stansiyadan olan xanım deyir ki, Moskva ilə əlaqə yoxdur. Bu nə hoqqabazlıqdır, Allahım. Mən artıq özümü yaxşı hiss eləməyə başlamışam. Ancaq mənə elə gəlir ki, məni ya zəhərləyəcəklər, ya da öldürəcəklər. Mühafizə öldürəcək, həkimlər zəhərləyəcək. Mən nə edim? Qaçım? Mümkün deyil. Hər addımı izləyirlər. Deyirlər ki, bunları xoş niyyətdən edirlər. İnanmıram. Mən başa düşürəm ki, hər şey tezliklə qurtaracaq. İnanmazsan, həkimlər mənimlə dəli adamla, ya da başdanxarab uşaqla danışan kimi danışırlar.

Bu, qiyamdır, Feliks. Bu, bir qrupun partiya üzərində hökmranlığına və daha çox qan tökülməsinə gətirib çıxaracaq. (Öz aramızdı, bu fikirlər Leninin uzaqgörənliyinə daha bir nümunədir - İ.Tumas)

Gallery

Mən başa düşmürəm, indi hökumətdə hər hansı çəkiyə malikəmmi, mənim Kremldəki kabinetim necə olub? Nəyə görə, rabitədən məhrum edilmişəm? Heç nə başa düşmürəm. Mən dövlətdə birinci şəxsəm və heç kəs də məni öz səlahiyyətlərimi icra etməkdən kənarlaşdırmayıb.

Hər hansı ölçü götürmək olarmı??? Məsələn, məni Moskvadakı xəstəxanaya köçürmək. Mən artıq bu meşədə yaşaya bilmirəm. Yavaş - yavaş dəli oluram. Hiss edirəm ki, mənimlə nəsə eləməyə hazırlaşırlar. Mənə heç kəs inanmır, hamı təlimatla danışır. Kim ki, mənimlə ümumi dil tapır, onu yığışdırırlar, get - gedə burada gözəl insanları görmürəm. Şişkin, Lazarev, Apaev kimi adamlar hara yox oldular? Onlar haradadırlar? Sağdırlarmı? (Yoxlama aparmaq lazımdır, əgər onları həqiqətən, aradan götürüblərsə, bu, Stalini və digərlərini məsuliyyətə cəlb etmək üçün əsas ola bilər).

Gallery

Siyasi Büronun çağırılması lazımdır. Mən artıq açıq məktubla Siyasi Büroya müraciət etmişəm, ancaq Stalin gizlədib. O, gör, Nadenkanı (arvadı Nadejda Krupskayanı nəzərdə tutur - İ.Tumas) necə adlandırıb: DEGENERATKA və FAHİŞƏ! (Sonuncu sözlərin altından Lenin xətt çəkib - G.Nazarov).

Necədir, Sizin üçün? Ən başlıcası isə mənim üzr istəmək tələblərimdən sonra bizim münasibətlərimiz daha dözülməz olub: mən artıq onun şəxsi düşməninə çevrilmişəm. Axı, onda Qafqaz tempеramenti var.

Feliks, Nadenka söyləyir, Stalin deyirmiş ki, artıq Kremldəki bütün uşaqbazların sonudur. Əlbəttə, bu daha kobud və təhqiredici tonda deyilib, ancaq mən belə nəticə çıxarmışam ki, bu, birbaşa mənə və mənim dostlarıma aiddir (Stalin bu abzasın kənarından qırmızı karandaşla yazıb: "İliç əməlli - başlı kövrəlib ki... (G.Nazarov). Çatan məlumatlara görə, məndən icazəsiz artıq təyinatlar da olur. Hər yerə vəzifəyə o qoyur, Mərkəzi Komitə də bəyənir. MK-da nələr baş verir? Mən qəzetləri oxuyuram, sanki hər şey qaydasındadır. Deməli, mətbuat da onun əlindədir. Bu, artıq sondur. Lənətə gəlsin o günü ki, mən "Qorki"də müalicə olunmağıma razılıq verdim...

Gallery

Çox xahiş edirəm, məni Moskvaya gətirmək üçün ölçü götürün. Mən paytaxta gəlmək istəyirəm. Mən çoxdandır ki, fəhlə kollektivi ilə ünsiyyətdə olmamışam. Mən artıq həyatdan geri qalmağa başlayıram.
Hərarətlə bağrıma basıram. Sənin Ulyanovun (Lenin)”.

İliçin 20 dekabr 1921-ci il tarixli məktubunu alan Feliks Edmundoviç onu lazım olan yerə, yəni yoldaş Stalinə çatdırır. Yoldaş Stalin artıq məktubda qeyd etdiyimiz istehzalı şərhlərlə “dahi rəhbər”in məktubuna “reaksiya verir”. Və təbii ki, İliçin bəzi xahişləri “yerinə yetirilir”. Yəni, xəstəxananın xidmətçi və tibb heyəti dəyişdirilir, yeni heyətə rəhbəri duyuq salmamaq üçün daha ehtiyatlı davranmaq tapşırılır. Bu, tarixə faciəvi hadisələrin baiskarı kimi düşən Leninin özünün tarixi faciəsi idi...

İlham Tumas

news-inner-user

16531 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

“Qara dul qadın” filminin premyerası təxirə salındı
18:41 24 Sentyabr 2020
Bəxtin gətirmirsə, deməli...
18:04 24 Sentyabr 2020
Mən ki Allah deyiləm, uşaqları aldadım... – Yeni imza
17:25 24 Sentyabr 2020
Nərgiz Cəlilovaya yeni vəzifə verildi
16:43 24 Sentyabr 2020
Qəbul imtahanında hönkür-hönkür ağlayan qız - Ayxan Ayvaz yazır
16:01 24 Sentyabr 2020
“Yaş keçəndə yuxular da əzab verir” - Cavanşir Yusifli ilə ad günü söhbəti
15:20 24 Sentyabr 2020
Qarabağ icmasında Şərif Ağayarla görüş keçirilib
14:25 24 Sentyabr 2020
Bu məşhurların övladları ali məktəbə qəbul olundu - Siyahı
14:06 24 Sentyabr 2020
Ebru Gündeşin atası vəfat etdi
13:12 24 Sentyabr 2020
Tələbəsinə evlənmək təklifi etdi, bacısı qızını imtahandan kəsdi, müəllimlər ona salam vermədi – Vurğun Əyyubdan maraqlı faktlar
12:30 24 Sentyabr 2020
Sənə saxladığım duzlu öpüşlər... - Şeir
12:11 24 Sentyabr 2020
Kukla Teatrı "Çəkməli pişik" tamaşasını onlayn nümayiş etdirəcək
11:30 24 Sentyabr 2020
Universitet müəllimimə yazdığım sevgi məktubu
10:52 24 Sentyabr 2020
Məşhur müğənni vəfat etdi
10:27 24 Sentyabr 2020
Gənc şairin ilk kitabı çap olunub
09:42 24 Sentyabr 2020
Səməd Vurğun 50 yaşında ölməyibmiş – Filosof yazır...
08:58 24 Sentyabr 2020
Məmməd Aslana halallıq - Şərif Ağayar yazır...
20:57 23 Sentyabr 2020
"Qəlbimin palitrası"ı təqdim olunacaq
18:51 23 Sentyabr 2020
10 ilə çəkilən film - Video
18:12 23 Sentyabr 2020
Atamın gələ bilmədiyi günlərdən çıx gəl - Fəridədən müharibə şeirləri
17:29 23 Sentyabr 2020