Bir yazıçının beş yazıçısı

Bir yazıçının beş yazıçısı
2 noyabr 2012
# 09:00
Pol Oster - müasir amerikan ədəbiyyatının ən parlaq simalarından biridir. O, “Nyu York trilogiyası”, “Bruklin dəliliyi”, “Duman” və s. kimi müxtəlif mükafatlara layiq görülmüş əsərlərin müəllifidir. Bəs Osterin ən sevdiyi beş əsər sizcə hansıdır? Onun beşliyindəki əsərlərdən hansı sizin də sevimlinizdir?

1. Migel Servantes - Don Kixot

Ədəbiyyatın ilk böyük romanı sayılan “Don Kixot” əsərinin ən dəhşətli yeri yel dəyirmanı, qoyun sürüsündən qalmış toz-duman və qırmızı şərab tuluğu ilə döyüşən cəngavərlə Sançonun münasibətləridir. Onların bu uğursuz macəraları sadə sevgidən doğan dəlilikdir. Ağası “nə qədər axmaq şey edirsə-etsin” Sanço bax, bu sadə sevgiyə görə Don Kixotdan ayrılmır.

2. Lev Tolstoy - Hərb və sülh

Napoleonun 1812-ci ildə Rusiyanı işğal etdiyi ərəfədə yazılan bu əsərdə hər şey var. Tolstoy panoromik döyüş səhnələrini yaratmaqda usta olduğu qədər cəmiyyətin müxtəlif təbəqələrindən olan insanların hisslərini də çatdırmaqda da ustadır.
3. Herman Melvill – Mobi-Dik

Dənizdə baş verən və bir balinanın axtarışından bəhs edən əsər çox həyəcanlıdır. Kitab istənilən səbirli oxucunun yadında Kapitan Ahab, onu yaralayan Mobi Dik adlı ağ balina, hekayəni danışan İsmayıl və əzmli gəmi “Pekod”la qalır.

4. Cinayət və Cəza – Fyodor Dostoyevski

Sankt-Peterburqun yüksələn dövrlərində bir vaxtlar tələbə olan Raskolnikov ədəbiyyatın ən məşhur cinayətini törədir; bir aradüzəldən qarını və onun bacısını baltayla öldürür. “Cinayət və cəza” “böyük adamlar”ın öz əxlaq qaydalarını yazmaq icazəsinin olub-olmadığını, azadlıq və gücü, ağrı və dəliliyi, xəstəliyi və kədəri, modern şəhər dünyasının insan ruhuna təsirini araşdırır.

5. Marsel Prust - İtirilmiş zamanın axtarışında

Hər şey vaxtla bağlıdır. Bəli, doğrudan da belədir. Bu yeddi cildlik, üç min səhifəlik əsər fransız cəmiyyətinin (əsasən yuxarı təbəqənin) sərt tənqididir. Biz yüzlərlə obrazın neçə illər ərzində qurduqları münasibətləri, zarafatları və xəyanətlərini oxuduqca vaxt yol olur, yaddaş da sürücü.

Hazırladı: Rena Nevzat
# 2748 dəfə oxunub

Oxşar xəbərlər

Son çörək və son şərab - Məşhur rəssamın əsərindəki sirr

Son çörək və son şərab - Məşhur rəssamın əsərindəki sirr

18:40 21 oktyabr 2026
Dost, yoxsa düşmən? – Kurt Kobeyn "Necə varsansa, elə gəl" deyərkən kimə müraciət edirdi?

Dost, yoxsa düşmən? – Kurt Kobeyn "Necə varsansa, elə gəl" deyərkən kimə müraciət edirdi?

16:00 21 oktyabr 2026
"Qal, sənə qurban" xalq mahnısıdır, yoxsa... - TARİXÇƏ

"Qal, sənə qurban" xalq mahnısıdır, yoxsa... - TARİXÇƏ

17:00 20 oktyabr 2026
Atın boynu əriyir, fəhlələr yox olur... - 33 yaşında faciəvi şəkildə ölən dahinin sirri

Atın boynu əriyir, fəhlələr yox olur... - 33 yaşında faciəvi şəkildə ölən dahinin sirri

18:40 19 oktyabr 2026
"Daşlaramı dəydi, sındı əhdimiz?" – Faiq Ağayevin klipindəki gizli mesaj nə idi?

"Daşlaramı dəydi, sındı əhdimiz?" – Faiq Ağayevin klipindəki gizli mesaj nə idi?

14:00 19 oktyabr 2026
“Sən məni öldürdün, Aydın” - Vaqif İbrahimoğlu hansı yazının vəfatından sonra dərc olunmasını istəmişdi?

“Sən məni öldürdün, Aydın” - Vaqif İbrahimoğlu hansı yazının vəfatından sonra dərc olunmasını istəmişdi?

14:00 18 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər