Əllərimi yuyuram, öpüşmürəm... – Yazarlar koronavirusdan necə qorunur? - Sorğu

Əllərimi yuyuram, öpüşmürəm... – Yazarlar koronavirusdan necə qorunur? - Sorğu
12 mart 2020
# 12:26

Son vaxtlar dünya koronavirusdan əziyyət çəkir. İnsanlar xəstəliyə tutulur, dünyalarını dəyişir. Ölkəmizdə də virusa tutulan şəxslər var. Qələm adamları virusdan necə qorunur, tədbirlər alırmı? Kulis.az bu barədə yazıçıların münasibətini öyrənib. Cavabları təqdim edirik.

Anar

Xalq yazıçısı

Image result for Anar yazıçı

- Tez-tez əllərimi yuyuram. Virusdan qorxmuram. Maskadan da istifadə etmirəm.

Mehriban Vəzir

Yazıçı

Image result for Mehriban Vəzir

- Koronavirus həyatıma girmiş, əlbəttə. Davamlı bu mövzuda oxuyuram, dinləyirəm və danışıram. Lakin həyat tərzimdə elə bir dəyişiklik yoxdur, əllərimi əvvəlki kimi yuyuram, vitamini C-ni əvvəlki kimi atıram, xeyrə-şərə gedirəm. Fondların ayırdığı 100 milyard avrodan pay qapmaq üçün dövlətlərin yarışını izləyirəm. Çox qorxduğum məsələ: Türkiyə-Azərbaycan yollarının bağlanmasıdır. Çünki yarım o taydadır. Övladlarım ordadır.

Fikrət Qoca

Xalq şairi

Image result for Fikrət Qoca

- 85 yaşım var. Bu virusdan qorxacaq ən axırıncı adam mənəm. Koronavirusadan qorunmuram. Ölüm nə vaxt gəlsə o vaxtda dünyadan köçəcəm. Amma ehtiyatı əldən vermək olmaz, virusdan qorunmaq gərəklidir. Tədbirlərə gedirəm, insanlarla ünsiyyət saxlayıram.

Nəriman Həsənzadə

Xalq şairi

Image result for Nəriman Həsənzadə

- Evdən çölə çıxmıram. Əllərimi vaxtaşırı yuyuram. Qorunmağa çalışıram virusdan.

Sabir Rüstəmxanlı

Xalq şairi

Image result for Sabir Rüstəmxanlı

- Koronavirusdan hələ ki, qorunmuram. Tədbirlər almıram və qorxmuram...

Səfər Alışarlı

Yazıçı

Image result for Səfər Alışarlı

- Adamların sıx olduğu yerlərə getməməyə çalışıram. Əllərimi tez-tez sabunla yuyuram, heç kimlə öpüşmürəm. Ümumiyyətlə bir qədər qapalı həyat tərzi keçirməyə çalışıram. Məni təəccübləndirən odur ki, bizim camaat virusla da Koroğlu tüfənglə davranan kimi davranır. Düşünürəm ki, Səhiyyə Nazirliyi dezinfeksiya tədbirləri ilə kifayətlənməməli, metro stansiyalarının qarşısında, mərkəzi meydanlarda kütləvi maarifləndirmə aksiyaları təşkil edib camaata virusdan qorunmağın elementar yollarını izah etməlidir. Virusun epidemiya yaratmağını gözləmək olmaz.

Sahilə İbrahimova

Yazıçı

Image result for Sahilə İbrahimova

- Hələ tam qorxmuram, amma tədbirlərimi alıram. İnsanların çox olduğu yerlərə getmirəm, öpüşüb, görüşmürəm, ünsiyyət zamanı daha çox ara məsafəsi saxlayıram, əllərimi tez-tez yuyuram, tez-tez maye qəbul edirəm, spirt və “pereksis”dən istifadə edirəm.

Rəşad Məcid

AYB-nin katibi, şair

Image result for Rəşad Məcid

- Bu virusa bir az ironik baxır, çox sakit yanaşıram. Hesab edirəm ki, bəzi KİV-lər, sosial şəbəkələr, bəzən də məqsədyönlü şəkildə qorxu və vahimə yaradırlar. Bildiyim qədər bu virus o qədər də qorxulu deyil. Və ona görə də mətbuatın qorxu və vahimə yaratmasının tərəfdarı deyiləm.

Aqşin Yenisey

Şair

Image result for Aqşin Yenisey

- Gündəlik gigiyenik qaydalar bir az sərtləşib evdə. Bir də ehtiyac olmadıqca küçədə-bacada az gəzib-tozuruq. Koronavirusşünaslığımız da yaranmağa başlayıb artıq. Hətta başqalarına da ağıl veririk.

Könül Arif

Şair

Image result for Könül Həsənqulu

- Məni cəmiyyətimizin qadınları adına daha ciddi bir “virus” narahat edir ki, bu da periodik bir virus deyil, bu - əzəli bir “virus”dur ki, qarşısı alınmasa öz-özünə ötüb keçən deyil. Kütləvi qadın qətlindən qorunmaq istiqamətində hansı addımlar ata biləcəyim haqda düşünürəm.

# 10647 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər