Tolstoyda yataq səhnəsi

Tolstoyda yataq səhnəsi
31 oktyabr 2012
# 08:45

Lev Nikolayeviç Tolstoy 1878-ci ildə dərc olunan “Anna Karenina” romanında Kareninanın qraf Vronski ilə yatması səhnəsini bu cür təsvir edir:

“Bir ildən bəri Vronski üçün onun bütün əvvəlki arzularını əvəz edərək indi həyatının yeganə arzusunu təşkil edən şey, Anna üçünüsə qeyri-mümkün və dəhşətli görünən və buna görə də daha cazibəli bir səadət həsrəti olan o arzu artıq təmin edilmişdi.”
Açıq –saçıq səhnələr yazdığımızda bizə bu tip mətnləri nümunə göstərirlər: “ Sevgi səhnələri bax belə yazılar. Öyrənin”.

Tolstoy bu sətirləri yazanda radionun kəşfinə hələ 17 il vardı.

Telefon isə ikicə il əvvəl kəşf olunmuşdu.

Televizorun kəşfinə də 28 il qalmışdı.

18 il sonra kino yaranacaqdı.

İlk pornofilm 30 il sonra (diqqət edin, pornofilm sənayesi də kinematoqrafiya ilə eyni dövrdə intişar tapıb) çəkiləcəkdi.

Mobil telefonların yaranmasına 105 il vardı.

Telefondan təkcə uzaq məsafələri qısaltmaq, həsrətə son qoymaq, iri layihələrin görülməsini asanlaşdırmaq üçün yox, həm də insanların seksual ehtiyaclarını ödəmələri üçün istifadə olunacaqdı.

“Telefonla seks” termini yaranacaqdı... Telefonla seksə insanlar ilə 4,4 milyard dollar xərcləyəcəkdilər.

Ehtirasları mobil telefon bir az daha körükləyəcəkdi. Mobil telefonla çəkilmiş videolar dövrü geniş vüsət alacaqdı. Hətta bir sıra intiharlara da vəsilə olacaqdı.

Mobil telefonla daban-dabana internet gələcəkdi.

Düz 112 il sonra.

Bununla da yeni era başlayacaqdı. Pornoindustriya, virtual seks, çat, forumlar, sosial şəbəkələr... Artıq internetdə nə istəsən, tapa bilərsən. Hər şey əlinin altındadı. Tabu mövzuları paylaşmaq üçün milyonlarla insan səni gözləyir. Virtual həyat reallaşıb. Həyatda ağzın açıb salam verə bilməyənlər internetdə virtual seks “roman”ları yaradırlar.

Həyatda ağzını işlətməyi bacarmayanlar internetdə barmaqları ilə xaruqələr yaradırlar.

Tolstoy dövründən günümüzə dünya bu qədər dəyişmişkən bizdən hələ də “Min bir gecə”, Tolstoy dilində yazmağı tələb etmək nə qədər ədalətlidir?

Bədii əsər dövrə adekvat olmayanda muzey üçün düzəldilmiş eksponatla eyni mahiyyət daşıyacaq.

Belə eksponatları isə yalnız icra hakimiyyəti orqanları tarix-diyarşünaslıq muzeyləri üçün yerli sənətkarlara sifariş verirlər ki, bu muzeylər də ancaq məktəblərdə şagirdlərin gəzintisi təşkil olunandan-olunana dolur.

# 4594 dəfə oxunub

Oxşar xəbərlər

“Qarlı aşırım”da donan həqiqətlər... - Sən kimsən, Qəmlo?

“Qarlı aşırım”da donan həqiqətlər... - Sən kimsən, Qəmlo?

12:00 24 avqust 2026
Türk poeziyasına yenilik gətirən şair – Orhan Veli

Türk poeziyasına yenilik gətirən şair – Orhan Veli

13:10 20 avqust 2026
Sözün, səhnənin və ekranın sənətkarı: İlqar Fəhmi - Gülxani Pənah

Sözün, səhnənin və ekranın sənətkarı: İlqar Fəhmi - Gülxani Pənah

10:00 20 avqust 2026
"Ruhun həndəsəsi" kimi yazılan şeirlər - Elnarə Akimova

"Ruhun həndəsəsi" kimi yazılan şeirlər - Elnarə Akimova

15:10 19 avqust 2026
"Əsl ədəbiyyatın əxlaqlı olduğunu..." - "Lolita"nı niyə oxumalısınız?

"Əsl ədəbiyyatın əxlaqlı olduğunu..." - "Lolita"nı niyə oxumalısınız?

13:15 18 avqust 2026
"Daxili  ambisiyalarla cəmiyyətin ritmi uyğunlaşmayanda..."  - "Şeytan əməli" haqqında qeydlər

"Daxili ambisiyalarla cəmiyyətin ritmi uyğunlaşmayanda..." - "Şeytan əməli" haqqında qeydlər

14:00 16 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər