news-inner
clock09:00 calendar-gray 17 Fevral 2020 view-gray2165 dəfə oxunub
view-gray2165 dəfə oxunub

Bura kişilər girə bilməz! - Ayxan Ayvazdan reportaj

- Sizə içəriyə girmək olmaz!

Ofisiant xanım məni geri itələyir.

- Niyə axı? Niyə mənə yox?

- Kişilərə qadağandır! Yanınızdakı xanım girə bilər.

Xaçmazdakı “Şokoland” klubun girişinə baxıram: ana-uşaq klubu yazılıb. Axı bu ailədə kişi də olmalıdır? Niyə bəs belə?

- Qulaq as, Nərmin... – “yanımdakı xanım”a deyirəm – içəri girirsən, müşahidə aparırsan, gəlib mənə danışırsan.

Sevimli casusum gülümsünür və içəri keçir...

Mən Xaçmazın Fəvvarələr bağında səssizcə oturub göydə uçan və yerə enmək üçün qərarsız qalan quşlara baxırdım.

Gallery

Zəng gəldi.

- Gələ bilərsən. – Nərmin idi.

Biz klubun girişindəyik.

- Nə oldu? İçəridə nə var?

Gülümsünür elə.

- De görüm, sevimli casusum.

- Deməli, bura Murad bəylə, yoldaşı Nişanə xanımın ideyası əsasında yaranıb. – bizim xanım necə də səlis danışır.

Gallery

- Nə qədər vaxtdır işləyir bura?

- Hmmm... – düşünür. – Bir il...

- İndi bura heç bir kişi girə bilməz?

- Yox, təbii... – sevincək əlini əlinə vurur.

Klubun sahiblərinin dediyinə görə, qadınlara o qədər hər yerdə “yox, olmaz” deyiblər ki... İndi bu məkan kişilərə eyni qadağanı təkrarlayır: “Olmaz!”

Rayon yerində bildiyiniz kimi, kişilərin oturacağı kafelər çoxluq təşkil edir. Düzü, qadınla da gedə bilərsən, amma ordakı baxışlardan heç cür qurtula bilməyəcəksən. Əslində o baxışların bircə açması var: “Bu qadının burda nə işi var?”

Gallery

Bax bu klub da elə bil eyni sualı kişilərə ünvanlayır:

“Kişilərin burda nə işi var?”

- Tutaq ki, - Xaçmaz İcra Hakimiyyəti binasını göstərirəm – icra başçısı burda oturur, birdən bura gəlmək istədi. Buraxmayacaqsınız?

- Yəqin ki, yox. Deyəcəyik ki, bura kişilər qəbul olunmur.

Danışıqdan da hiss etdinizsə, məni içəri buraxıblar. Klubun sahibləri ilə söhbətləşirik. İçəri buraxdılar, buraxmağına, amma yenə də ikinci mərtəbəyə giriş olmazmış. Nə qədər dil töksəm də xeyri olmadı. Prinsip prinsipdir.

- Hətta burda işləyən xanımların yoldaşları belə bura girə bilmir.

- Ciddi buraxmırsınız?

- Bəli. – hər ikisi gülümsünür.

Gallery

Ana və uşaq klubu dedik axı... Mənim kimi “axı kişi də ailənin tərkib hissəsidir” deyə düşünən bir həmyerlimizin yolu bura düşüb, nə illah eləyibsə içəri girə bilməyib.

- Xanımınızı və uşaqlarınızı gətirə bilərsiniz!

Kişini mədəni şəkildə yola salıblar.

- Heç içəriyə girən kişi olubmu bəs? – maraqlanıram.

Deyirlər, bircə dəfə tanış bir adamı içəri buraxmışıq.

- Prinsipi pozdunuz?

- Yox, yox, - təbəssümlə cavab verir klubun sahibəsi – qadınlar olmayan vaxt içəri keçdi, ikinci mərtəbəyə baxdı. O, sadəcə xanımının necə bir yerə gəldiyini yoxlamaq istəyirdi.

Gallery

Günlərin birində dörd nəfərlik ailə - qadın, kişi, iki uşaq kluba gəlirlərmiş. Yolun yarısında uşaq atasına deyib:

- Papa, səni buraxmayacaqlar e, nöş gəlirsən?

Kişi də özünü itirmədən:

- Kim məni buraxmır? Gedək görək...

Və nəticə: klubun qabağında kişiyə qadağa işarəsi.

Uşağın içəriyə girərkən çönüb atasına ilişməsi:

Gallery

- Papa, noldu? Sənə demişdim axı.

Sonrası... Sonrası kişinin siqaret çəkməsi və filmin sonu...

- Biz buranı başqa cür təsəvvür edirdik. Yaradıcı məkan, hazırlıq kursu kimi... Yəni hazırlıq kursu deyəndə uşaqların inkişaf mərkəzini nəzərdə tuturuq... Bildiyiniz kimi, uşaqların inkişafı təkcə hər hansı bir elmə yiyələnməklə deyil, həmçinin həyatı bacarıq və vərdişlərinin formalaşdırılmasından da asılıdır. Bizim klubumuzun fəaliyyəti dövründə əsas məqsəd bu olub: uşaqların və anaların boş vaxtlarını daha səmərəli keçirməsi...

- Və belə bir yerlə istəyinizi reallaşdırdınız...

- Gözlənilmədən bura yarandı. Hər şey də yaxşıdı. Hələ də rayonda gündəmdəyik. – gülümsünürlər.

- Gündəlik qazancınız necədir?

- Baxın, Ayxan bəy, məqsədimiz uşaqlara və analara faydalı olmaqdır, bura qazanc məqsədi ilə açılmayıb.

Deməli, klub iki mərtəbədən ibarətdir: aşağı mərtəbə uşaqların əyləncəsi üçün nəzərdə tutulub. İkinci mərtəbə isə kişilərin olmadığı və qadınların rahatlıqla nəfəs aldığı yer. Həmin saatlarda ev işi yox, uşağa baxmaq yox, kişinin qabağına yemək gətirmək yox. Tam azad. Yəni rayon yerində bir xanımın özünü bu qədər rahat hiss edəcəyi ikinci belə bir məkan tapa bilməzsiniz.

Gallery

Xanımlar bura uşaqları ilə bir yerdə gəlirlər, uşaqlar aşağıda, analar yuxarıda həyatın keyfini çıxarırlar. Oyunlar oynanılır, yemək bişirilir, karaoke olur, mahnılar dinlənilir, rəqs edilir və s. Bir sözlə, burda evdəki kimi xidmət etmirlər, onlara xidmət olunur...

- Uşaqlar pizza bişirirdilər e... – Nərmin deyir. – Anaları müdaxilə edirdi, onu belə elə, bunu belə. Aşpaz eləyə bilməyən uşaqlara kömək edirdi. Bir uşaq var idi... Çox şirin idi e... Pərzad... Şəkil çəkdiriləndə şirinliklər eləyirdi, qoymurdu şəkil çəkilsin.

Hə, o pizzalar aşağıda mətbəxdə bişiriləcək – balaca, totuq, üstlərində aşbaz geyimi olan uşaqlar qaça-qaça, bir-birinə aman vermədən krantın qabağına özlərini yetirirlər. Aşpaz barmaq silkələyir: hamı bir-bir əlini yuyacaq. O aşpaz paltarlarında uşaqlar elə gözəl, elə maraqlı görünürdülər ki... Valideynlər də bu görüntüləri əbədiləşdirmək üçün telefonlarını işə salmışdılar.

- Ayxan, o qədər maraqlıydı ki...

- Belə proqramlarımız çox olur. – kafe sahibi deyir. – Partilər filan. Ad günləri. Hətta bir dəfə əlil uşaqlar üçün xüsusi proqram hazırlamışdıq. İnstagram səhifəmizdə onu paylaşmışıq. Uşaqlar mahnı oxuyur, əylənir, oyunlar oynayırdılar. Gələcəkdə autizim xəstəsi uşaqlar üçün də xüsusi proqram keçirməyi planlamışıq.

Gallery

- Çox gözəl yerdi... – bunu Nərmin deyir.

- Mən ad günümü burda qeyd edə bilmərəm, hə? – qəfil duyğusala bağlayıram.

- Yox! – hamı gülür.

- Ancaq Nərmin xanım ola bilər. – kafe sahibi əlavə edir. – Bir də onun rəfiqələri...

Rəfiqələr demişkən... İllərdir bir-birini görməyən və başqa rayonlarda yaşayan iki rəfiqə, tələbə yoldaşları qəfil, heç biri bir-birinə xəbər etmədən bu klubda qarşılaşırlar.

- Təsirli səhnə idi... – kafe sahibi o gün haqda danışır... – İlk dəfə belə bir səhnənin şahidi olurduq.

Tipik türk seriallarındakı o səhnələri gözünüzün qabağına gətirin. Gətirdinizmi? Vəssalam, yazıma qaldığım yerdən davam.

Bütün işçi heyyəti qadınlardı: iki ofisiant, iki aşpaz və bir də adminstrator. Klub saat səhər 11-dən axşam 10-a qədər fəaliyyət göstərir. Maaşın miqdarı isə sirr olaraq qalır (gülüş işarəsi).

- Tədbirlərimiz olanda işə tez gəlirik. Müxtəlif master-klasslar keçiririk. Bax bu gün yoldaşınızın gördüyü uşaqların pizza bişirməyi bu master-klasslardan biri idi.

- Qadınlar üçün xüsusi bir parti olmur ki?

- Nə partisi?

- Qeybət partisi...

Gallery

Gülüşmə... Yaxşı zarafat oldu, tam hədəfdən... Qadınlar inciməsin...

- Burda nələr var menyuda?

- Pizzalarımız var, “fast fud” yeməkləri... Qazan yeməkləri də var... Dolma da, aş da var... Salatlar... Qutab da var... Tortlar, desertlər... Çay, kofe...

- Qiymətlər?

- Münasib qiymətlərdi.

- Heç resept istəyən, “bu yeməyi, bu tortu necə bişirdin?” deyən qadınlar olurmu?

Kafe sahibi suala təəccüblənib gülümsünür:

- Yox, heç elə bir qadın olmayıb.

Söhbətimiz yekunlaşır, qapını açıb addımımı atanda uşaqların keyiflə oyun oynaması səhnəsi ilə qarşılaşıram. İstəyirəm yaxınlaşam, hamısını bağrıma basam... bu an aşpaz qadınlardan biri “yox” işarəsini əlləri ilə göstərir:

“Kişilər çölə! Olmaz!”

Qadınlar əmrə tabe olub çölə çıxmağıma gülümsəyirlər. Öz yaratdıqları bu sevimli qadağanın sevinci üzlərindəki təbəssümlə bir yerdə yaşayır...

news-inner-user
Ayxan Ayvaz

464 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Sizə zəfər gətirəcəyik - Günün şeiri
10:20 20 Oktyabr 2020
“Çiçek taksi”nin Abuzeri həbsdən çıxdı
09:58 20 Oktyabr 2020
Balıq ovunda dəhşətli peşmanlıq – Yeni hekayə
08:55 20 Oktyabr 2020
Filmimiz Parisdə nümayiş olundu
18:49 19 Oktyabr 2020
Rəssamlar İttifaqı Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib
18:11 19 Oktyabr 2020
Niyə inşa edilmişdi, üstündən kimlər keçdi? - Xudafərin körpüsü
17:28 19 Oktyabr 2020
Azərbaycanlı yazıçı koronavirusa yoluxdu
16:52 19 Oktyabr 2020
Az qalıbdır, Qarabağı qucmağa - Ordumuz haqda şeirlər
16:07 19 Oktyabr 2020
Məşhur meyxanaçılar Qarabağa klip çəkdi - Video
15:28 19 Oktyabr 2020
Atalığı onu zorla diləndirdi, əri ona görə dinini dəyişdi, səhnədə dirijoru söydü – Xalq artistinin film kimi həyatı
14:51 19 Oktyabr 2020
Zamin Hacı Füzulinin azad edilməsindən danışdı: “Sürpriz oldu”
14:10 19 Oktyabr 2020
Şərif Ağayarın romanı Fransada çap olundu
13:30 19 Oktyabr 2020
Cəbhəyə şəkil çəkdirməyə gedən məşhurlar
12:44 19 Oktyabr 2020
Türk ulduzlardan Azərbaycana qardaş dəstəyi: “Hər zaman yanınızdayıq”
12:10 19 Oktyabr 2020
Qadınlar ağlaya-ağlaya bizdən imdad diləyir - Tolstoyun qızı erməni vəhşiliyindən yazır
11:20 19 Oktyabr 2020
Məşhur rus yazıçısı vəfat edib
10:45 19 Oktyabr 2020
Nuri Bilge Ceylanın filminə 470 min avroluq dəstək
10:02 19 Oktyabr 2020
Rus aktyor: “Rusiya TV-ləri erməniləri müdafiə edən yalanlar danışır” – Müsahibə
08:58 19 Oktyabr 2020
Azərbaycan bayrağı – Günün şeiri
11:03 18 Oktyabr 2020
Dostu üzünə durdu, şərlənərək həbs olundu, yaddaşını itirdi... - Məşhur yazıçımızdan maraqlı faktlar
16:30 17 Oktyabr 2020