Polad Bülbüloğlu ilə görüş keçirildi - Fotolar

Polad Bülbüloğlu ilə görüş keçirildi - Fotolar
8 fevral 2020
# 17:45

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı Qara Qarayevin Ev Muzeyində görkəmli bəstəkar, müğənni və ictimai xadim, Xalq artisti Polad Bülbüloğlu ilə görüş keçirilib.

APA-nın məlumatına görə, görüşdə bəstəkarın sənət yoldaşları, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova və Qara Qarayevin Ev Muzeyinin filial müdiri Züleyxa Bağırova-Qarayeva çıxış edərək qonaqları salamlayıb, yubilyar haqqında xoş sözlərini bildiriblər.

Sonra P. Bülbüloğlu çıxış edərək hər dəfə Bakıya gələndə Qara Qarayevin Ev Muzeyini ziyarət etmək istəsə də işlərinin çoxluğundan bu istəyinin baş tutmadığını bildirib: "Hər dəfə partutura yazdıqda Qara müəllimin obrazı gözlərimin önündə canlanır, onun səsini eşidirəm. Mən onun sinfində təhsil almışam, ilk illər bizim aramızda yalnız müəllim-tələbə əlaqəsi olsa da sonradan bu münasibətlər daha da dərinləşdi".

P.Bülbüloğlu qeyd edib ki, konservatoriyada oxuduğu müddətdə Q.Qarayev mahnılarını bəyənməsə də imtahan günü tövsiyyələr verib: ""Ayrılıq" mahnısını yazanda qulaq asdıqdan sonra təəccübünü gizlətmədi, uğurlu kompozisiya olduğunu söylədi. Bu mahnı sonradan məni populyar elədi".

"Qara Qarayevin yaradıcılığı əsrlər keçdikcə yaşayacaq, daim diri qalacaq. Biz ondan həm insan, həm də bəstəkar kimi çox şey öyrənmişik. Düzdür, mən onun digər evinə çox gəlib-getmişəm. Lakin bu gün burada, Qara Qarayevin ocağında olmaq mənim üçün çox xoşdur", - deyə P.Bülbüloğlu vurğulayıb.

Görüşün bədii hissasində Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Ulviyyə Hacıbəyova, Beynəlxalq Müsabiqə laureatları Fəxri Kazım Nicat, Azərbaycan Dövlət Akademik Opera va Balet Teatrının solisti Taleh Yəhyayev, Mahir Tağızadə və F.Əmirov adına onbirillik İncəsənət Məktəbinin şagirdi Rafiz İbrahimovun ifalarında Polad Bülbüloğlunun əsərlərindən ibarət konsert proqramı təqdim olunub.

Görüş zamanı Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin kolleksiyaları əsasında hazırlanmış Polad Bülbüloğlunun həyat va yaradıcılığını əks etdirən slayd-şou nümayiş etdirilib.

Görüşün sonunda qonaqlar muzeylə tanış olublar.

# 3114 dəfə oxunub

Oxşar xəbərlər

Türkiyədə  "Şəfa Tanrısı"nın qədim heykəli tapıldı

Türkiyədə "Şəfa Tanrısı"nın qədim heykəli tapıldı

14:00 6 avqust 2026
"Harry Potter" yenidən kinoteatrlara qayıdır - Xüsusi rəqəmsal formatda

"Harry Potter" yenidən kinoteatrlara qayıdır - Xüsusi rəqəmsal formatda

13:50 6 avqust 2026
"Krala həqiqəti deyə biləcək yeganə insan saray təlxəyidir..." - Teodor Adorno

"Krala həqiqəti deyə biləcək yeganə insan saray təlxəyidir..." - Teodor Adorno

13:00 6 avqust 2026
Məşhur müğənni kinoya çəkilir

Məşhur müğənni kinoya çəkilir

12:20 6 avqust 2026
"Həyatı son damlasınadək içəcəyəm..." - İngilis şairdən sitatlar

"Həyatı son damlasınadək içəcəyəm..." - İngilis şairdən sitatlar

11:00 6 avqust 2026
Tanınmış aktyor illər sonra geri qayıdır – Fərqli janrda

Tanınmış aktyor illər sonra geri qayıdır – Fərqli janrda

10:42 6 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər