İçib ağlayanlar, dava salanlar, ofisiantı döyənlər

İçib ağlayanlar, dava salanlar, ofisiantı döyənlər
23 oktyabr 2012
# 07:00
Toylarda, həftə sonları vaxtımız və pul olanda dostlarla içirik. İçki məclislərini burnumuzdan gətirən bəzi dostlar da tapılır. Elə dostlarla bir daha oturmuruq. Ümumiyyətlə, dilinə araq dəyən insanlar özlərini müxtəlif cür aparır. Bu dəfə həmin tiplərdən yazacağıq.

Yaman içmişəm. Belə adamlar adətən 4 nəfərə 500 qram araq içib, səhər işdə çox içdiyindən gileylənir. Soruşanda ki, nə qədər içmisən, aldığın cavabdan məyus olursan.

İçib ağlayanlar. Bu cür insanlar məclisin sonuna az qalmış dostunu qucaqlayıb ağlayır. Sonra məlum olur ki, köhnə sevgilisi, vəfat etmiş dostu yadına düşüb. Belə şeylərin insanın yadına düşməsi normaldır. Ancaq bu kimi şeylər içki içəndə adamın yadına düşürsə, bu, xoşagəlməz haldır.

İçib ürəyindəki sirləri bölüşənlər. Belə insanlar adətən məclisin sonuna yaxın coşmağa başlayır. Qarşısındakının yaxşı insan olmadığını, nə vaxtsa onu incitdiyini deyir. Səhər isə zəng vurub, ondan bağışlanmağını istəyir. Həmin dostu bağışlamayın. Çünki o içindəki sözü deyir. Sadəcə ayıq olanda sözünü deməyə cəsarəti çatmır.

İçib Facebooka girənlər. Oturub içirsən, səhər Facebooku açanda görürsən ki, dostun gecə 30-a yaxın mənasız status yazıb. Bir dost içib, evə gedən kimi yazır ki, dostlar mən sizi tərk edirəm. Həmin dostun statusunu gecə görsəniz qorxmayın. İntihar eləyən deyil. Sadəcə təkdir.

Məclisdəkilərlə savaşan. Adətən, belə davalar, məclisdə yad bir adam olan zaman baş verir. Birinin sözü o birisinin boğazından keçmir. Bu cür qonaqlıq polis bölmələrində bitir. Belə insanlarla ünsiyyət məsləhət deyil.

İçib ofisiantla savaşan. Xoşbəxtlikdən belə dostlar barmaqla sayılacaq qədərdir. Cüzi problemi şişirdən və bütün günahı da ofisiantın üstünə atan bu cür dost, adamın yeyib-içdiyini burnundan gətirir.

Arağı iştaha görə içənlər. Bəzi insanlar var ki, arağı sırf iştahalarını artırmaq üçün içir. Ay qardaş, iştahanı artırmaq üçün sarımsaq ye. Arağı niyə gözdən salırsan?!

Mənfi enerji verənlər. Bəzi dostlar var ki, onlarla araq içəndə adama mənfi enerji verirlər. Kədərli baxışıyla, səssiz dayanmağı ilə, çəkdiyi siqareti ilə, poza verməsiylə adamı yorur. Bu cür dostlarla içmək ürəkaçan deyil. Bu cür məclislərdə tez sərxoş oluruq.

Araği insan kimi içənlər. Xoşbəxtlikdən belə insanlar çoxdur. Bu insanlar olmasa, içkini atmaq məcburiyyətində qalarıq. Nə yaxşı ki varsınız dostlar.

Fuad CƏFƏROV
# 3204 dəfə oxunub

Oxşar xəbərlər

Səhnədə üsyan, mağazada moda – Qranj necə özünə xəyanət etdi?

Səhnədə üsyan, mağazada moda – Qranj necə özünə xəyanət etdi?

18:40 6 oktyabr 2026
"Ömrümdən nə qaldı vəfasız dünyada?" - Məşhur "Əlvida"nın pərdəarxası

"Ömrümdən nə qaldı vəfasız dünyada?" - Məşhur "Əlvida"nın pərdəarxası

15:00 6 oktyabr 2026
Alman romantizminin vizual manifesti - "Duman dənizi üzərində səyyah"

Alman romantizminin vizual manifesti - "Duman dənizi üzərində səyyah"

14:00 5 oktyabr 2026
“Xoşbəxtlik — bir təlxəyin söyüşsüz keçən günü” - Elçin Məhərrəmin yeni şeirləri

“Xoşbəxtlik — bir təlxəyin söyüşsüz keçən günü” - Elçin Məhərrəmin yeni şeirləri

14:00 4 oktyabr 2026
İnancın ən ağır sınağının təsviri - "İshaqın qurban verilməsi" tablosu

İnancın ən ağır sınağının təsviri - "İshaqın qurban verilməsi" tablosu

13:30 4 oktyabr 2026
"Yenə görüşəcəyik gələn ildə..." - Anar

"Yenə görüşəcəyik gələn ildə..." - Anar

13:10 2 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər