“Gəncliyin səsi” festivalı keçiriləcək

“Gəncliyin səsi” festivalı keçiriləcək
31 yanvar 2020
# 15:58

Fevralın 1-dən 5-dək ənənəvi “Gəncliyin səsi” festivalı keçiriləcək.

Kulis.az-ın verdiyi xəbərə görə, Mədəniyyət Nazirliyi tərəfindən keçirilən festival fəal və istedadlı gənclərin üzə çıxarılması, onların yaradıcılıq axtarışlarının, bilik və bacarıqlarının, yaradıcılıq nailiyyətlərinin dəstəklənməsi, yeni simaların aşkar olunması məqsədi daşıyır.

Fevralın 2-də “Gənclər günü” münasibətilə Mədəniyyət Nazirliyinin tabeliyində olan muzeylərdə “Açıq qapı günü” elan ediləcək.

Fevralın 3-ü, saat 17:00-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Gəncliyin səsi” festivalının açılış mərasimi keçiriləcək.

Açılış mərasimində gənc rəssamların, xalq tətbiqi-dekorativ və tətbiqi sənət ustalarının əsərlərindən ibarət sərgi təşkil olunacaq, fəal və istedadlı gənclər mükafatlandırılacaq.

Tədbirin bədii hissəsində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının, Azərbaycan Milli Konservatoriyasının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, musiqi məktəblərinin müəllim, tələbə və şagirdlərinin, həmçinin gənc aşıqlarından ibarət konsert proqramı təqdim olunacaq.

1-5 fevral tarixində Bakı şəhərində və regionlarda Bakı şəhər Mədəniyyət Baş İdarəsi və regional mədəniyyət idarələrinin “Gəncliyin səsi” festivalı çərçivəsində silsilə tədbirlər keçiriləcək.

# 2900 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti Zaur Rzayev vəfat etdi

Xalq artisti Zaur Rzayev vəfat etdi

18:52 29 oktyabr 2026
Beren Saat və Ekin Koç illər sonra yenidən eyni layihədə

Beren Saat və Ekin Koç illər sonra yenidən eyni layihədə

17:30 29 oktyabr 2026
Qadınların gündəlik həyatını əks etdirən qədim dolab tapıldı

Qadınların gündəlik həyatını əks etdirən qədim dolab tapıldı

17:00 29 oktyabr 2026
Deddi Yankinin  yeni albomu yayımlanacaq

Deddi Yankinin yeni albomu yayımlanacaq

16:30 29 oktyabr 2026
Məşhur aktyor "Yaşayan ən seksual kişi"  seçildi

Məşhur aktyor "Yaşayan ən seksual kişi" seçildi

16:00 29 oktyabr 2026
Nadir dinozavr skeleti rekord qiymətə satıldı

Nadir dinozavr skeleti rekord qiymətə satıldı

15:00 29 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər