Bu fotolar sizi heyrətləndirəcək

Bu fotolar sizi heyrətləndirəcək
19 oktyabr 2012
# 07:31
“Veolia Environnement”-in keçirdiyi vəhşi həyat fotoları müsabiqəsinin builki nəticələri bəlli olub. Əsas mükafatı kanadalı Pol Niklen su altında çəkdiyi pinqvinlər fotosu ilə götürüb. Kulis.az guardian.co.uk-a istinadən müsabiqənin qalib gəlmiş fotolarını təqdim edir:

Əsas və “sualtı dünya” üzrə qalib: Fotoqraf Pol Niklen (Kanada) – Foto Antarktika yaxınlığındakı Ross dənizində çəkilib. Bu, pinqvinlərin buzun altından yeganə çıxış dəliyidir. Pinqvinlərin balaları üçün balıq ovlamağa getməyini gözləyən Pol ayaqlarını buzun altında elə bərkidib ki, hərəkət edə bilməsin. Pinqvinləri qorxutmamaq üçün nəfəsini də truba ilə alıb. Nəhayət quşlar yuvalarından çıxıblar. O qədər cəld hərəkət ediblər ki, donmuş barmaqlarla Pol focus və kadrovkanı sırf instinktiv tənzimləyib.



Cerald Darrell Mükafatı/”Nəsli kəsilməkdə olan heyvanlar”: Kim Uolhuter (Cənubi Afrika) – Kim Zimbabvedəki vəhşi itləri 4 ildən çoxdur ki, çəkir. “Mənim məqsədim onların qorxulu olmağı haqqındakı mifləri dağıtmaq və onların bu acınacaqlı vəziyyətini ictimaiyyətə çatdırmaqdır”, - deyib fotoqraf. Afrika vəhşi itlərinə geniş ərazilər lazımdır və onları qorumaq elə bütün ekosistemi qorumağa bərabərdir. Onların yaşadığı Sosigi adlanan yer tamamilə quruyub.



İlin “vəhşi həyat” fotojurnalisti: Stiv Uinter (ABŞ) – Bu, qeyri-adi pələngdir. Nəsli kəsilməkdə olan 500 Sumatra pələngindən biridir. Bu fotonu çəkmək Stiv üçün əsl əziyyət olub. Ona kameranı harada qurmağa qoruğun nəzarətçisi, keçmiş pələng ovçusu kömək edib. Əsas çətinlik uzaqdan idarəetmə və işığın tənzimlənməsində olub. Uinter deyib ki, Sumatradakı palma plantasiyalarının artımı və pələnglərin ovlanması bu pələnglərin gündən-günə sayını azaldır.



“Dünya bizim ovcumuzda” Mükafatı: Anna Henli (İngiltərə) – Anna Norveç və Şimal qütbü arasındakı arxipellaqda qayıqla üzərkən səhər saat 4 radələrində bu ağ ayını görüb. Ayı qırılmış buzların üstü ilə yeriyirmiş. O, dünyanın ən uc nöqtəsində effektini vermək üçün “balıqgözü” linzasından istifadə edib. Anna qırılmış buzların üstündəki həyatı dənizə bağlı ayını göstərməklə, getdikcə artan temperatur göstəricilərinin buzları əritməsini və ayıların dəniz canlıları ovlamaq üçün vaxtlarının necə daraldığını simvolizə edib.



“Soyuqqanlı heyvan” fotoları üzrə qalib: Lusiano Kandizani (Braziliya) – Hərəkətsiz, amma qorxulu Paraqvay kaymanı balaca tiranozavr kimi balıqların yaxınlaşmağını gözləyir. Kaymanlar su üzünə çox az hallarda çıxırlar. Suyun altında isə başqa dünyaları var. Lusiano Pantanalda (dünyanın ən böyük bataqlığı) daima çəkilişlər aparır. “Kaymanlar aqressiv deyillər, ancaq istisnalar da ola bilər. Onlara yaxınlaşmağın ən yaxşı vaxtı ovlayacaqları balıqları gözlədikləri vaxtdır” – deyir Lusiano.



“Təbiət ağ və qara rənglərdə” Mükafatı: Robert Zoehrer (Avstriya) – Şəkil Avstriyanın Burgenland bölgəsində çəkilib. Ətrafı yaşıllıqlarla dolu sarı zəmi Robertin əsl istədiyi foto olub. Ancaq qəfildən balaca bir dovşan peyda olub və şumlanmış torpaqda hərəkətsiz oturub. Robert fotonu ağ-qara etməklə həm ərazini diqqət mərkəzində saxlayıb, həm də dovşan rənglərin arasında itib-batmayıb.



“Məməlilər” kateqoriyasının qalibi: Qriqori Buqro (Fransa) - Dişi hepard ceyran balasını güdmək üçün bala hepartları çağıranda Qriqori nə olacağını başa düşüb. Çünki 10 ilə yaxındır ki, Tanzaniyanın Serengeti Milli Parkında çəkiliş edir. O bilir ki, dişi hepardın məqsədi ceyran balasını tutmaq deyil, sadəcə balalarına ov qaydalarını və üsullarını öyrətməkdir.



“Şəhər təbiəti” Mükafatı: Kay Fagerström (Finlandiya) – Finlandiyanın Salo bölgəsində yerləşən bu evdə 40 il əvvəl 13 nəfərlik ailə yaşayırmış. İndi bura uzun qış mövsümündə qırmızı dələ kimi bir çox meşə heyvanlarının yuvasıdır. Kay 15 ildən çoxdur ki, belə unudulmuş məkanları çəkir. “Boş binalar bu cür ziddiyyətlərlə doludur”- deyir Kay.



“İlin ən gənc təbiət fotojurnalisti” mükafatı: İv Taker (İngiltərə) – Londonda balaca gölməçəsi, bağı olan çoxlu yerlər var. İv bir gün çay kənarında suda dincələn qağayı görüb. Qağayı biznes mərkəzi binasının suya düşən əksinin içində üzürmüş sanki. İv vaxt itirmədən bunu fotoaparatın yaddaşına köçürüb və şəhər həyatı ilə təbiətin vəhdətini ən yaxşı halda göstərib.



“Heyvan portretləri” mükafatı: Larri Linç (ABŞ) – Larri Floridanın Mayakka Parkında gəzişəndə çay kənarında dayanmış alliqator(timsahın bir növü) görüb. Quraqlıq ayları olduğundan çayın suyu geri çəkilibmiş. Larri fotoaparatı təxminən 7 metr aralıda quraşdırıb və günün batmağını gözləyib. Bu timsahların gözləri pişiklərinki kimi gecə sanki parıldayır.


Hazırladı: Günel Əsgərzadə
# 2748 dəfə oxunub

Oxşar xəbərlər

Kitab oxuyan seksual kişilər FOTOLAR

Kitab oxuyan seksual kişilər FOTOLAR

13:58 14 fevral 2015
Dindar qızın yataq otağındakı əcnəbi <span style="color:red;">FOTOLAR

Dindar qızın yataq otağındakı əcnəbi FOTOLAR

13:36 9 fevral 2015
İran qızlarının yarıçılpaq <span style="color:red;">FOTOLARI

İran qızlarının yarıçılpaq FOTOLARI

11:56 3 fevral 2015
Vaqif Səmədoğlu ilə vida mərasimi <span style="color:red;">FOTOLAR

Vaqif Səmədoğlu ilə vida mərasimi FOTOLAR

14:25 29 yanvar 2015
Çılpaq gəzən, köçəri həyat keçirən ruslar - <span style="color:red;">FOTOSESSİYA

Çılpaq gəzən, köçəri həyat keçirən ruslar - FOTOSESSİYA

09:00 23 yanvar 2015
Nazim Hikmətin çəkdikləri

Nazim Hikmətin çəkdikləri

11:38 15 yanvar 2015
#
#
# # #