news-inner
clock11:33 calendar-gray 08 Yanvar 2020 view-gray4285 dəfə oxunub
view-gray4285 dəfə oxunub

"Nərminin qatilini tanıyıram" - Yazıçılar yandırılan qızcığazdan danışdı

Keçən ilin noyabrında itkin düşən və iki gün əvvəl yandırılmış meyiti tapılan 10 yaşlı Nərmin Quliyevanın faciəvi qətli sosial şəbəkələrdə böyük rezonans doğurub. Müxtəlif peşə sahibləri hadisə ilə bağlı kəskin fikirlər bildirib. fotolar paylaşıblar. O cümlədən ədəbiyyat adamları da 10 yaşlı Nərminin faicəsinə laqeyid qalmayıb.

Kulis.az tanınmış yazarların Nərminlə bağlı fikirlərini təqdim edir.

Azad Qaradərəli: “Elina olayı bu millətə dərs olmadı. On yaşlı məsum bir körpəni öldürüb yandıran kimdirsə, yaxud kimlərdirsə ən ağır cəza ilə cəzalandırılmalıdır. Təklif edirəm ki, hətta belə hallara görə ölüm cəzası bərpa edilsin və belələri elektrik stulunda əyləşdirilsin. Qızlarını qorunmayan, onları təhsildən ayıran, erkən yaşda ərə verən valideynlər haqqında da sərt cəza tədbirinin görülməsini təklif edirəm. Bir qələm adamı kimi ictimaiyyətə də səslənirəm: ictimai qınaq niyə yoxa çıxıb?! Babalarımızın, nənələrimizin tərbiyə üsulları hara itib gedib?! Ayılın! Bu gün hamınız üçün var.”

Qismət Rüstəmov: “O talesiz bala üçün artıq heç nə edə bilmərik, amma zorakılığa, istismara məruz qalan başqalarını xilas etmək üçün effektiv bir yol tapmaq lazımdır. Qaranlıq dünənlər üstündə qurulan indisi laxlayan kimi çıxış yolunu gələcəyi yandırmaqda görən birhüceyrəlilər bizdən deyil. Gül olanlar kül olmasın...”

Zahid Sarıtorpaq: “Adım Nərmindir... məni 10 yaşımda qətlə yetirib yandırdılar... kaş odumdan hər qəlbə bircə zərrə də olsa qığılcım sıçrayaydı və oyadaydı susqun vicdanları...”

Cəlil Cavanşir: “Nərmin, 10 yaş, YANDIRILIB!

Mən qız atasıyam...Və bu ölkədə övladlarımın gələcəyindən narahatam.

Qatillərə ən ağır cəzanı tələb edirəm!”

Aqşin Evrən: “Üzündəki təmizliyə baxın. Mövcud Cinayət Məcəlləsi bəzi məqamlarda humanist deyil, hətta özünü maymaq kimi aparır. Məncə, uşaq ölümləri ilə bağlı ciddi cəza mexanizmləri hazırlanmalıdır. Məsələn, pedofillər birmənalı şəkildə axtalanmalıdır: belə zərərli insanların nəsli davam etməsin. Uşaq qatilləri üçün xüsusi amansız həbsxanalar yaradıla bilər. Təbii, bu cəza tətbiqləri ilə belə hadisələrin kökünü tam kəsmək olmayacaq, amma ən azından ciddi şəkildə azalma müşahidə olunacaq. Ən azından başqa Nərminləri xilas edəcəyik.”

Şəhriyar Del Gerani: “ Nərminin qatilini tanıyıram

Baş prokurorluq heç, cəmiyyət əvvəl-axır başa düşəcək. Ki, Tovuzdakı 10 yaşlı Nərmini də, özünü məktəb binasından atıb öldürən Elinanı da, ümumiyyətlə, 17-18 yaşına çatmamış özünə qəsd edən və ya öldürülən hər bir kəsin qatili Təhsil Nazirliyidir. Nə vaxta qədər ölkədə orta məktəblərin səviyyəsi bu olacaq, bu hadisələrdən hər il bir neçəsiylə qarşılaşacağıq. Hazır olun, hər an hər birinizin qapısını döyə bilər bu kabus. Məndən demək...”

Səhər Əhməd: “O qızcığazın şəklini az paylaşın, adamın ürəyi parçalanır.”

Azər Qismət: “Əmisinin evinin yanındakı boş sahədən tapılıb. Əmisinin...”

Sayman Aruz : “Nərminin qətli, insanlığın qətlidir. Azərbaycan mühitində uşaq və ailəyə olan sevgi və məhəbbət digər cəmiyyətlərə nümunə ola biləcək səviyyədədir. Ancaq bu qeyri-insani hadisələri görəndə insan istər-istəməz fikirə dalır... Səbəbkarı harada axtarmalıyıq?”

Elxan Zal: “Mən Elxan Zal Qaraxanlı, Türk Törə Ocağının başqanı deyirəm: Tovuzda uşağa qarsı cinayət törədənləri tapıb cəzalandırın. Polis olun, oğru olun fərq etməz. Bu fitva insanlıq adınadır. Tapın və gətirin.”

İradə Tuncay: “Məlum olacaq ki, yaxından tanıdıqları biridi o körpəni öldürən... Lap qohum da ola bilər...”

Feyziyyə Soltanmuradova: “Böyük siyasi oyunların analizini verməyə, siyasi gedişləri çözməyə gələndə hamımız ağıllıyıq, başbilənik. Başqasının ölüsünə yas tutmağa, ağlaşma qurmağa himə bəndik. Öz balamızın, qızımızın, bacımızın - Elinamızın bütün ictimaiyyətin, dövlət rəsmilərinin, medianın qarşısında qanının batırılmasına kor olduq, kar olduq, lal olduq! İndi bir qızın bir neçə ay öncə yoxa çıxmasında və onun nümayişkaranə şəkildə qətlə yetirlməsində bunca təəccüblənəcək nə var axı? Cəzası kəsilməyən cinayətlərin yolunu nə kəsər?”

news-inner-user

16518 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Məmməd Aslana halallıq - Şərif Ağayar yazır...
20:57 23 Sentyabr 2020
"Qəlbimin palitrası"ı təqdim olunacaq
18:51 23 Sentyabr 2020
10 ilə çəkilən film - Video
18:12 23 Sentyabr 2020
Atamın gələ bilmədiyi günlərdən çıx gəl - Fəridədən müharibə şeirləri
17:29 23 Sentyabr 2020
Qəni Camalzadənin sosial-bədii nəsri - Aydın Xan yazır
16:47 23 Sentyabr 2020
“Uliss”in tərcüməçisi dünyasını dəyişdi
16:08 23 Sentyabr 2020
Aqil Abbas: "Dağlıq Qarabağda vətəndaşlığımızı qəbul edən ermənilərlə işimiz yoxdur"
15:30 23 Sentyabr 2020
Şəbnəm Tovuzlunun erotik dərdi
14:49 23 Sentyabr 2020
Lalə Məmmədova həmkarlarını qınadı: "İcra başçılarından qorxurdunuz?"
14:06 23 Sentyabr 2020
Elçin Əfəndiyev: "Çox yaramaz iddiadır" -Məktub
13:29 23 Sentyabr 2020
“Mədəniyyət/Culture” jurnalının növbəti sayı nəşr edildi
12:51 23 Sentyabr 2020
Mirzə Cəlili aldatmışdı, Müşfiq onun evinə pəncərədən girirdi – Komediyamızın banisi haqqında maraqlı faktlar
12:06 23 Sentyabr 2020
“Azərbaycan tarixində atılmış 5 ən yanlış addım” kitabının imza günü olacaq
11:17 23 Sentyabr 2020
İnternet yoxdursa, necə olacaq? – Əyalətin təhsil dərdi
10:45 23 Sentyabr 2020
Nobel mükafatının təqdimat mərasimi təxirə salındı
10:16 23 Sentyabr 2020
Tom Kruzun kosmosa gedəcəyi tarix bəlli oldu
09:44 23 Sentyabr 2020
Ömər Faiqin İngiltərədə yaşayan nəticəsi: "Mirzə Cəlil babamın qollarında can verib" - Müsahibə
09:00 23 Sentyabr 2020
Tanınmış bəstəkara ağır itki üz verdi
18:41 22 Sentyabr 2020
Tarkovski ilə bağlı kadrarxası çəkilişlər hərraca çıxarılacaq
18:04 22 Sentyabr 2020
Sən ağlama, bulaq səslim – Qismət Məsimin yeni şeirləri
17:15 22 Sentyabr 2020