Bu il ədəbiyyatımızda nələrlə yadda qaldı?

Bu il ədəbiyyatımızda nələrlə yadda qaldı?
30 dekabr 2019
# 18:10

Kulis.az bu il ədəbiyyatımızda baş verən ən yaddaqalan hadisələri təqdim edir.

Ölkə başçısının sərəncamlı ilə 2019-cu il “Nəsimi ili” elan edildi və çoxsaylı tədbirlər keçirildi.

Prezident sərəncamı ilə Cəlil Məmmədquluzadənin 150, Cəfər Cabbarlının 120, Məhəmməd Hadinin 140, İsmayıl Şıxlının 100 illiyi ilə bağlı yubiley tədbirləri keçirildi.

Image result for Cəlil məmmədquluzadə"

VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirildi və üçgünlük sərgidə Bakı əhalisi xüsusi aktivliyi ilə seçildi.

Kamal Abdullanın “Sirlərin sərgüzəşti”, Səfər Alışarlının “Qız və maneken”, Aqşin Yeniseyin “Tale və Tarix”, Pərviz Cəbrayılın “Məryəm surəsi”, Sabir Rüstəmxanlı “Özümüzdən böyük sözümüz”, Əjdər Olun “Lo”, Musa Yaqubun “Gərək bu sözümü daşlara yazam”, Ramiz Rövşənin “Sevgi açarı”, Vaqif Bayatlının “Bəy atlı şeirlər”, Rəşad Məcidin “Qələmsiz yazılanlar”, Cavi Danın “Məshəti”, Sahilə Yayanın “Şeyx”, Fərid Hüseynin “Kəpənək dərsi”, “Səmərqənd divanı”, Şərif Ağayar “Komandir”, Şəhriyar Del Geraninin “Gecəniz şeirə”, Elnarə Akimovanın “Düşüncə zamanı - ədəbi tənqid diskurs kimi”, Sevda Sultanovanın “Ekranlaşdırılmış ədəbi əsərlər”, Zahid Sarıtorpağın “Quşların intiharına ağlamayın”, Samirə Əşrəfin “Dördüncü divar”, Cavanşir Yusiflinin “Mətn. İşarə. Məna”, Ataqamın “Qanadlı körpü”, Oğuz Ayvazın “Adını pıçıldadığım küçə”, Malik Atilayın “Yalnızlığı adı ilə çağır”, Azər Qismətin “Xanım taksi”, Orxan Həsəninin “Metro terminalının sevgisi, Məti Osmanoğlunun “Ocaq yeri” (Səməd Vurğun və oğulları haqda), Günel Natiqin “Məhəbbət quşları”, Orxan Fikrtəoğlunun “Tülü”, Qəşəm Nəcəfzadənin “O qara əyri bulud”, Ramil Əhmədin "İki şəhərin yazıları”, Cəlil Cavanşirin “Azğın” romanı və başqa kitablar işıq üzü görüb.

Image result for kitablar"

Azərbaycan Tərcümə Mərkəzi tərəfindən Fransada fəaliyyət göstərən “Kəpəz” nəşriyyatında çap edilmiş “Azərbaycan Ədəbiyyatı Antologiyası” kitabının Strasburqda təqdimatı oldu. Bu təqdimatın ardınca nəşriyyat Şərif Ağayarın "Arzulardan sonrakı şəhər" romanıənı fransızcaya çevirməyə başladı. Daha sonra Mübariz Örənin "Sodomor" (Ağ buludlar) və Sahilə Yayanın "Şeyx" romanları fransız dilinə tərcümə prosesinə start verildi.

Mirzə Cəlilin nəticəsi Azərbaycana gəldi.

Azərbaycan Yazıçılar Birliyi 85 illiyini qeyd edildi.

2018-ci ilin ədəbi yekunları ilə bağlı Elmlər Akademiyasının Ədəbiyyat institutu yazıçı və jurnalistlərin iştirakı ilə müşavirə keçirdi.

“Qızıl Kəlmə” ədəbi mükafatının qalibləri təltif olundu -  FOTOLAR

“Qızıl Kəlmə” Ədəbi Mükafatının 2018-2019-cu illər üzrə qalibləri mükafatlandırıldı. Nəsr nominasiyası üzrə Şərif Ağayar - “Arzulardan sonrakı şəhər”, Mübariz Örən - “Balıq gülüşü” əsərləri. Poeziya nominasiyası üzrə; Salam Sarvan - “Heykəl tənhalığı”, Vaqif Bəhmənli - “Qansız savaş”, İbrahim İlyaslı - “Şair olmaq zülümdü” kitabları mükafat qazandı.

Yaradıcılıq Fondunun təsis etdiyi “Ədəbiyyat adamı - 2019” mükafatının Şərif Ağayar, Vaqif Nəsib, Aysel Əlizadə, Mehman Qaraxanoğlu və Vaqif Yusifliyə verildi.

Image result for yaradıcılıq fakültəsi"

Dillər Universitetinin nəzdində Yaradıcılıq fakültəsi fəaliyyətə başladı.

Kulis.az-ın təşkil etdiyi ədəbi müsabiqə - “Bir şeir” yarışması baş tutdu. Qaliblər Fərid Hüseyn, Alik Əlioğlu, Malik Atilay, Elvin Bakiroğlu oldular.

Kulis.az ilin yazıçısını (Səfər Alışarlı), ilin şairini (Həmid Herisçi) və ilin tənqidçisini (Elnarə Akimova) seçdi.

İstanbulda Hüseyn Cavidin büstü qoyulub.

İlk dəfə oxucular Bakıda “Kitabıstan” adlı kitab mağazası açıdı.

“Kitabevim.az” mağazalar şəbəkəsinin filialları bağlandı

Salam Sarvan “Fikir” adlı ictimai birlik təsis etdi.

Kənan Hacının “Fironun dəftəri” romanı İranda nəşr olundu.

Image result for Fərid Hüseynin Amerikanın “Mundus Artroom Press” nəşriyyatında "Kəpənək dərsi","

Fərid Hüseynin Amerikanın “Mundus Artroom Press” nəşriyyatında "Kəpənək dərsi", Özbəkistanda isə “Səmərqənd divanı” kitabı çap olundu.

Xalq yazıçısı Afaq Məsudun Gürcüstan Yazıçılar Birliyinin dəstəyi ilə “Merani” nəşriyyatında kitabı çıxdı. Kitaba yazıçının müxtəlif illərdə qələmə aldığı “Qəza”, “II İoann”, “Gecə”, “Şənbə gecəsi”, “Uydurma”, “Qu quşu”, “Kirxa”, “Dovşanın ölümü” kimi hekayələri və “Azadlıq” romanı daxil edildi.

Image result for Azərbaycan Yazıçılar birliyi"

AYB-yə 800 min manat pul ayrılması ilə bağlı Prezident fərman imzaladı. Həmçinin Şüvəlandakı Səməd Vurğun adına Yaradıcılıq Evinin rekonstruksiyası və təmiri üçün 3 milyon manat ayrıdlı.

Əjdər Ol Ədəbiyyat Fondunun direktoru təyin edildi.

Yazıçı-esseist Cavid Ramazanlı Azad Yazarlar Ocağının sədri seçildi.

Image result for Xalq şairləri 2019"

Kamal Abdulla, Afaq Məsud Xalq yazıçısı adı, Ramiz Rövşən, Musa Yaqub, Vahid Əziz Xalq şairi adını aldılar.

Emin Piri və Elşad Baratın AYB qalmaqalları da ədəbi hadisə kimi yaddaşlarda qaldı. Elşad Barat AYB-dən xaric edildi.

Kəramət Böyükçölün kitablarını küçədə səyyar satmağı ilin yaddaqalan hadisəsi oldu.

# 4386 dəfə oxunub

Oxşar xəbərlər

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirildi

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirildi

19:02 28 oktyabr 2026
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə

Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə

18:42 28 oktyabr 2026
"Avroviziya 2027"də iştirak edəcək ölkələrin siyahısı açıqlandı

"Avroviziya 2027"də iştirak edəcək ölkələrin siyahısı açıqlandı

18:40 28 oktyabr 2026
44-cü Macarıstan Mətbuat Foto Sərgisinin mükafatçıları bəlli oldu

44-cü Macarıstan Mətbuat Foto Sərgisinin mükafatçıları bəlli oldu

18:00 28 oktyabr 2026
Məşhur repçi Trampın yeni mətbuat katibi ola bilər

Məşhur repçi Trampın yeni mətbuat katibi ola bilər

17:30 28 oktyabr 2026
“Muzeylər və irs məkanları mədəniyyətlərarası dialoq məkanları kimi” mövzusunda panel müzakirəsi

“Muzeylər və irs məkanları mədəniyyətlərarası dialoq məkanları kimi” mövzusunda panel müzakirəsi

17:11 28 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər