Mirzə Cəlilin tanımadığımız nəticəsi: "Azərbaycanlı qızla evlənmək istəyərəm" - Müsahibə

Mirzə Cəlilin tanımadığımız nəticəsi: "Azərbaycanlı qızla evlənmək istəyərəm" - Müsahibə
11 dekabr 2019
# 13:46

Kulis.az Cəlil Məmmədquluzadənin Azərbaycanda olmayan nəticəsi Ramin Cavanşirinin müsahibəsini təqdim edir:

Ramin Cavanşiri: “Əvvəlcə sizi, Azərbaycandan olan bütün möhtəşəm insanları salamlayıram. Ailə hekayəmi sizinlə bölüşümək mənim üçün çox xoşdur. Həmçinin məni daha yaxından tanıyacağınıza görə həyəcanlanıram. Mən məşhur Cəlil Məmmədquluzadənin nəticəsiyəm. 20-ci əsrdə ailəmizlə bağlı yaranmış mürəkkəb vəziyyətə görə mən Tehranda anadan olmuşam. 15 il Polşada yaşadım. Daha sonra isə müxtəlif ölkələrə mühacirət etməli oldum. Qeyd edim ki, mən İrandan Polşaya anamla birlikdə köçmüşəm. Qardaşım Martin isə 1980-ci illərdə davam edən İran-İraq müharibəsinin doğurduğu ağır fəsadlar və bu kimi müxtəlif səbəblərə görə İranı tərk etmişdi. Amma bütün bunlara baxmayaraq, Tehranda çox xoşbəxt uşaqlıq illəri keçirdim. Anam, atam Midhət (Mirzə Cəlilin nəvəsi), qardaşım Martin və mən orada orta sinifə məxsus sadə bir ailə yaratdıq. Vəziyyətimiz yaxşı idi. Daha sonra isə Polşada orta məktəbdə təhsil aldım. Lodz Universitetində (Polşanın ikinci böyük şəhəri) sosiologiya ixtisası üzrə ali təhsil adım. Ancaq mənim 15 yaşım olanda qardaşım Martin öz ailəsini formalaşdırmağa başladı.

Gallery

Mən anamın yanında qaldım. Həmin vaxt başa düşdüm ki, mən də öz gələcəyimi düşünməliyəm. Buna görə də bir az səyahət etməli oldum. İki dəfə ABŞ-da Pensilvaniyada yaşamalı oldum və bir il orada çalışdım. Həmçinin 6 ay İngiltərədə, Birminhemdə yaşadım, çalışdım. Təhsilimi bitirdikdən sonra Polşada məşğulluq səviyyəsi, iqtisadi vəziyyət yaxşı olmadığına görə başqa ölkəyə mühacirət etməyi düşündüm. O vaxtkı sevgilim İrlandiyaya köçdü. Bir neçə ay sonra mən də onun arxasınca İrlandiyaya köçdüm. Beləliklə mən İrlandiya - Dublində yaşamalı oldum.

- Bəs indi harada yaşayırsınız, nə işlə məşğul olursunuz? Gələcək planlarınız nədir?

- Hazırda Dublin şəhərində yaşayıram. Demək olar ki, məzilim şəhərin tam mərkəzində yerləşir. Həqiqətən də əvvəllər bu mənzildə kirayə yaşayırdım. Daha sonra özüm üçün ev almaq istədim. Kirayənin sahibi mənə dedi ki, bu evi dərhal satın ala bilərsən. Mən də əvvəllər kirayə qaldığım evi satın aldım. İrlandiyada böyük bir beynəlxalq “online” bankda çalışıram. Əvvəllər bu şirkətdə çağrı mərkəzində çalışırdım. Daha sonralar isə böyük layihələrə rəhbərlik etməyə başladım. İşim mənə rahatlıq bəxş edir. İş və həyatımı eyni vaxtda tarazlamaq imkanına sahibəm. Müsbət cəhətləri çoxdur. Həmçinin il ərzində tətil günlərimin sayı 30-dan çox olur. Bu tətil günlərində Polşadakı ailəmi, dostlarımı ziyarət edirəm, yaxşı vaxt keçirirəm. Gələcək planlarımla əlaqədar olaraq deyə bilərəm ki, mən sərbəst və rahat bir insanam. Yəni ki, İrlaniyadan köçüb mənzilimi icarəyə verə bilərəm, işim və şəxsi həyatıma görə çox tezliklə başqa ölkəyə köçə bilərəm. Karyeramda irəliləməyi planlaşdırıram. Amma 5 ildən sonra həyatımın necə olacağı barədə heç nə deyə bilmərəm…

Gallery

30 yaşdan sonra zaman çox sürətlə ötüb keçir. Şəxsi həyatımla bağlı danışarkən, həmişə qardaşım Martin Cavanşirinin mükəmməl ailəsini təsvir etmək istəyirəm. 25 yaşında evləndi, ailəsi, uşaqları oldu. Mənim həyatım isə bir az fərqlənir. Yeni bir ölkəyə (İrlandiya) mühacirət etməli oldum. Əvvəl qeyd etdiyim sevgilimlə olan uzun müddətli münasibətimiz başa çatdı. Bəlkə də buna xaraketlərimizin, gələcək hədəflərimizin fərqliliyi səbəb oldu. Bu ayrılıqdan sonra zamanımı kimə sərf etdiyimə diqqət yetirməyə başladım. Öz şəxsi inkişafıma zaman ayırdım. Özümə mənzil satın aldım, karyeramı inkişaf etdirdim, idmanla məşğul oldum. Dostlarıma da kömək etməklə bağlı daha da diqqətli oldum. Əlbəttə ki, növbəti uzunmüddətli münasibətlər və ya evlilik də olacaq. Bütün bunlar ömür yolumuzda bizimlə qarşılaşan insanlardan aslıdır. Bəzən yalnız o hüquqa sahib olan tək insanı gözləməlisiniz. Bu bəlkə də azərbaycanlı bir qadın olacaq, kim bilir ?! Əlbəttə ki, azərbaycanlı qadınla evlənmək istəyərəm.

- Uşaqlıq illərinizi necə xatırlayırsınız? Böyüdüyünüz ailəni təsvir edin… Mirzə Cəlilin nəticəsi kimi böydünüz?

- Tehranda keçirdiyim ilk uşaqlıq illərimi möhtəşəm hesab edirəm. Daha sonra Polşada qardaşım və anamın yanında qaldığım zamanlar da gözəl idi. Ancaq ailəmiz artıq dağılmışdı, atam İranda qaldı. Ümumiyyətlə, böyüməyimlə bağlı həqiqətən şikayətlənə bilmərəm. Anam da 15 il İranda yaşadı. Daha sonra övladları ilə birlikdə başqa bir ölkəyə (Polşa) köçdü. O, gözəl, güclü və cəsur bir qadın idi.
Ulu babam Cəlilin həyatım üzərindəki “kölgəsi” ilə bağlı deyə bilərəm ki, mən böyüyünə qədər bu barədə heç nə bilmirdim. Əlbəttə ki, uşaq, gənc olduğum vaxtlarda ulu babamın Azərbaycanda məşhur bir yazıçı olduğunu bilirdim. Onun kimliyi ilə bağlı heç bir detalı bilmirdim. 1979-cu ildə İranda İslam İnqilabı baş vermişdi. Həmin vaxtlar biz də İranda yaşayırdıq. Əlbəttə ki, hər şey bununla bağlı idi. Cəlil bir satirik idi. Dini liderlərə, dini cəhalətə yönəlmiş satiralarını əsirgəmirdi. Nəticədə Cəlilin özü də bütün həyatı boyu müxtəlif problemlərlə qarşılaşmalı oldu.

Gallery

– “Məmmədquluzadə” soyadını heç əvvəllər eşitmişdiniz?

- Ailəm (bəlkə də babam Ənvər) ulu nənəm Həmidənin “Cavanşiri” soyadına keçməklə bağlı qərar qəbul edib. Etiraf etməliyəm ki, ulu babam Cəlilin başqa bir soyadı olduğunu bilmirdim.

- Ailənizin digər üzvləri ilə əlaqə saxlayırsınız?

- Təəssüf ki, İrlandiya, Polşada yaşayaraq İranda kimsə ilə əlaqə saxlamaq o qədər də asan deyil. İrlandiya, Polşada – Avropa Birliyi ölkələrində saatlarla sənədləşmə işləri aparmadan sadəcə olaraq bir təyyarəyə minməklə başqa ölkəyə gedə bilirəm. İrana səyahət və ya oradan kimləsə sosial media vasitəsi ilə əlaqə qurmaq çox çətindir. Ancaq Teymurun uşaqlarının ABŞ-da və İngiltərədə olduqları barədə məlumatlıyam. Teymur mənim əmim idi. O, 1993-cü ildə qəzada həyatını itirdi. Onun oğlu ilə İngiltərədə yaşadığım müddətdə əlaqə saxladım. Anam və mən Fransanın Nitsa şəhərində yaşayan bibimlə də bəzən əlaqə saxlayırdıq. Mən bir gün mütləq ora baş çəkməliyəm. Bunu xeyli vaxtdır ki, planlaşdırmışam.

– “Cavanşiri” soyadından imtina edib öz babanızın doğma soyadını götürmək istəmirsinizmi?

- Təxmin edə bilərsiniz ki, Tehranda keçən ilk uşaqlıq illərimdə “Cavanşiri” də digər İran soyadları kimi idi. Polşada isə həm adım, həm də soyadım çox fərqli səslənirdi. Əvvəllər, orta məktəbdə oxuduğum illərdə, tanış olduğum hər kəsə bu barədə geniş açıqlama verməli olurdum. Onlara İranda doğulduğumu, ailə hekayəmizi danışmalı olurdum. Amma Polşada hər kəs soyadımla maraqlanırdı. Ancaq İrlandiyada çox sayda əcnəbi yaşadığı üçün soyadım çox da maraq kəsb etmir.
Polşada görüşüdüyüm insanların yanında “Məmmədquluzadə” soyadını səsləndirsəm əminəm daha ağır problemlər yaranacaq.

Gallery

- Cəlil Məmmədquluzadə barədə fikirlərinizi bilmək istərik. Cəlil Məmmədquluzadə sizin üçün kimdir?

- Qeyd etmək istəyirəm ki, bu barədə məlumatlı deyildim. Bu mövzu mənə çox qaranlıq idi. Ancaq sonralar bu barədə məlumatlandım. Onun işlərinə, əsərlərinə və baxış tərzinə heyran oldum. Həmçinin mən də özümü həmişə humanist və azad düşüncəli biri hesab edirəm. 12-15 yaşımda qısa romanlar yazdım. Bəlkə də daxilimdə bir az Cəlilin ruhu qalmışdı. Məhz onun kimi mən də əvvəlcə hər şeyə bir az tənqidi baxımdan yanaşıram. Fundamental düşüncələri qəbul etməkdə çox ehtiyatla yanaşıram.
Fundamentalizmi, ikiüzlülüyü, ikili standartları və insanlara edilən təzyiqləri rədd edirəm və hər bir şəxsin (ən kiçik bir azlığın da) hüquqlarının, ifadə azadlığının qorunmasının tərəfdarıyam. Bunların hamısı bir dəyərdir. Cəlil də rüşvətxorluq, fanatiklik, zülm və cəhaləti gülüş hədəfinə çevirməklə kəskin tənqid edirdi və onlara qarşı mübarizə aparırdı. Qəti şəkildə hiss edirəm ki, Cəlilin uğrunda mübarizə apardığı bu dəyərlər üçün mən də mübarizə aparmalıyam.

Gallery

- Mirzə Cəlil haqqında valideynləriniz sizə heç nə danışmadılar? Babanız Ənvər Cavanşiri görmüsünüz?

- Atam babası Cəlil ilə bağlı olan ailə hekayəsini hər kəsdən gizli saxladı. Onun yalnız bir xatirə kitabı vardı. Ailə hekayəmizi də yalnız o, bilirdi. Çox təəssüf ki, mən dünyaya gələndə Ənvər babam (Cəlilin oğlu) vəfat etmişdi. Qardaşım Martin isə onu görmüşdü.

- Cəlil Məmmədquluzadənin əsərlərini oxuyubsunuz?

- Mən onun əsərləri, düşüncə tərzi ilə ilə tanışam (“Ölülər” və s.). “Molla Nəsrəddin” jurnalındakı bütün hekayələri oxudum. Bəlkə də dil fərqlərinə görə (həm Azərbaycan dili, həm də əlifba fərqlidir və mən onları bilmirəm) onun əsərlərinə istədiyim qədər daxil ola bilmirəm.

-Atanız Midhətin həyatı barədə bilmək istərik. O, necə bir həyat yaşmalı oldu?

-Atam yaxşı insan idi. Amma bəlkə də bir qədər faciəli həyat yaşamalı oldu. Onunla bağlı xoş xatirələrim də var. Bildiyiniz kimi, atam 2013-cü ildə Tehranda insult keçirdi və vəfat etdi. Onu Ənvər (Cəlilin oğlu) və Zofia (mənim polyak nənəm) düzgün tərbiyə etmişdilər və onu Polşaya mühəndislik təhsil almağa göndəriblər. Burada o, anam Elizabetlə qarşılaşıb. Polşadakı təhsilini başa vurduqdan sonra onlar yenidən İrana, Tehrana köçdülər. Həmin vaxt qardaşım doğulmuşdu. 11 il sonra isə mən dünyaya göz açdım. Atam həmişə ailəsinə yaxşı qayğı göstərirdi.
Bundan sonra atam cəmi 10 il yaşadı. Yenə də bizi qoruyur, dəstək olur, baş çəkirdi. Bəlkə də o, düşündü ki, bizə daha çox dəstək olmalı imiş. Bəlkə də atam çox peşman olub.
Amma o vaxtkı şəraitə baxanda həm atam, həm də anam haqqında pis söz deyə bilmirəm…

Gallery

-Cəlil Məmmədquluzadə maarifçi idi. Xalqını savadlı görmək istəyir. Dini cəhalətə qarşı mübarizə aparırdı. Bəs siz necə?

-Mən də biliyin, fərdi hüquqların, cəhalətə qarşı mübarizənin güclü bir tərəfdarıyam. İnanıram ki, yaxşı cəmiyyətlərdə güclü, müstəqil, təhsilli, azad insanlar və ailələr olmalıdır. Əgər belə deyilsə, tarix boyu, xüsusən də XX əsrdə dəfələrlə müşahidə etdiyimiz kimi, cəmiyyət totalitarizmin və ya dini fundamentalizmin əsirinə çeviriləcək. Cəmiyyətin, fərdin hüquqları qorunmalıdır. Əksi baş versə, bütövlükdə bir cəmiyyət təhlükə, faciələrlə üzbəüz qala bilər. Nəticə çox ağır olar. Bunu Cəlil dövründən bəri dəfələrlə müşahidə etdik. Ancaq bu risklər hər zaman mövcuddur. Buna görə cəmiyyət və fərd üçün bu təhdidlərdən hər zaman xəbərdar olmalıyıq. Özümü azadlıqsevər, klassik liberal hesab edirəm. Əminəm ki, bu gün Cəlillə söhbət etsəydim bir çox ictimai və siyasi mövzularda oxşar fikirlərimiz olacaqdı. Onunla əla söhbətimiz olardı.

- Azərbaycan haqqında nə bilirsiniz? Ailənizin Azərbaycan əsilli olduğunu nə vaxt öyrədiniz?

- Bildiyiniz kimi, mənim ailə hekayəmin bu hissəsi haqqında biliklərim çox yenidir. Bu yaxınlarda Bakıya səfər edən qardaşım Martinlə əlaqə saxladım.(Mirzə Cəlilin 150 illik yubileyi). İndi bildim ki, Azərbaycan gözəl bir ölkədir. Ora haqqında çox maraqlandım. Ölkənizi ziyarət etmək istərdim. İnsanların mehriban olduğunu da bilirəm. Çox güman ki, yaxın aylarda, illərdə ölkənizə özüm bir səfər təşkil edəcəyəm. Cəlil və Həmidə xanımın məzarlarını mütləq ziyarət etmək istəyirəm. Daha sonra ailə köklərimizlə bağlı olan yerləri görmək istəyirəm.

- Ailənizin Azərbaycan əsilli (İran deyil) olduğunu öyrəndiyinizdə hansı hissləri keçirdiniz?

- Cəlil və Azərbaycanın ailə hekayəmizə daxil olduqlarını öyrənməmişdən öncə də hiss edirdim ki, unikal bir ailə tariximiz var. Cəlil və Azərbaycanın ailə hekayəmizə daxil olması ilə ailəmiz daha da maraqlı olmağa başladı. Mən yeni öyrəndiyimiz ailə hekayəmizi dostlarıma qürurla danışıram. Onlar da heyrət və təəccüblə dinləyirlər.

Gallery

-Azərbaycana səfər etmək istərsiniz? Azərbaycan sizin üçün nə məna ifadə edir?

-Xüsusən mənim üçün İrandan daha çox Azərbaycana getmək asandır. Rəsmi olaraq İranın vətəndaşıyam. Buna görə də ziyarət etmək istəyəcəyim zaman bu faktın törədə biləcəyi fəsadları barədə 100 faiz məlumatlı deyiləm. Azərbaycana isə yalnız bir turist kimi gedə bilərəm və bunu səbirsizliklə gözləyirəm. Son aylarda İran və Polşadan sonra Azərbaycan mənim üçün 3-cü Vətən oldu.

- Mirzə Cəlilin 150 illik yubileyi üçün siz niyə Azərbaycana gəlmədiniz?

- Cəlilin 150 illik yubileyi üçün mən şəxsən Azərbaycana dəvət olunmadım. Bəlkə də sosial media profilimi tapmaq bir az çətin olub və tədbiri təşkil edən mənimlə birbaşa əlaqə qurmadı. Beləliklə, mən bu tədbir barədə bir az gec bildim. Qardaşım Martinin isə bir həftə və ya 10 gün öncədən Azərbaycana səfəri planlaşdırılıbmış… Mirzə Cəlilin həyatı və yaradıcılığı ilə bağlı gələcəkdə qeyd olunacaq bütün tədbirlərə mütləq dəvət olunmaq istəyirəm!

-Sonda nə söyləmək istərsiniz?

- Siz möhtəşəm bir millət və cəmiyyətsiniz. Tarix boyu Polşa, İrlandiya və ya İran xalqları kimi sizə qarşı da təzyiqlər göstərildi. Bilirəm ki, 1990-cı ildə Qara Yanvar qırğını ilə qanla müstəqilliyinizi yenidən qazandınız. Bilirəm ki, Sovet İttifaqı dağılandan dərhal sonra, son 30 ildir ki, millətinizin öz tarixi köklərini araşdırırsınız və məşhur şəxsiyyətlərinizi tədqiq edirsiniz. Millətin kökünü araşdırmaq tarixi əhəmiyyət daşıyır. Düşünürəm ki, ulu babamın Azərbaycan xalqı üçün bu qədər əhəmiyyət kəsb etməsinin səbəbi budur. Və mən buna böyük hörmətlə yanaşıram. Buna görə də xüsusi ilə sizə dərindən təşəkkür edirəm. Möhtəşəm ölkənizə getmək və sizləri görmək üçün səbirsizlənirəm./hafiztimes.com/

# 9514 dəfə oxunub

Oxşar xəbərlər

Rihanna artıq sarışındır - Foto

Rihanna artıq sarışındır - Foto

18:30 18 aprel 2024
Teylor Svift fanatlarına qarşı dələduzluq etdi

Teylor Svift fanatlarına qarşı dələduzluq etdi

18:00 18 aprel 2024
Tarantino son filmini çəkməkdən qərarını dəyişdi

Tarantino son filmini çəkməkdən qərarını dəyişdi

17:30 18 aprel 2024
Elşən Qaraca “Cəsur ürək” sərgisini təqdim edir

Elşən Qaraca “Cəsur ürək” sərgisini təqdim edir

17:00 18 aprel 2024
Coli boşandıqdan sonra sərvət qazandı

Coli boşandıqdan sonra sərvət qazandı

16:40 18 aprel 2024
Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlandı

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlandı

16:00 18 aprel 2024
# # #