news-inner
clock16:46 calendar-gray 11 Dekabr 2019 view-gray1414 dəfə oxunub
view-gray1414 dəfə oxunub

Alber Kamyunu “KQB” öldürüb – Şok fakt

Kulis.az Kamyunun ölümü ilə bağlı ortaya çıxan yeni iddialar barədə "The Guardian" qəzetində dərc olunan məqaləni təqdim edir.

2011-ci ildə ortaya çıxmış arxiv materiallarının dərindən araşdırılmasından sonra Kamyunun həlak olduğu avtomobil qəzasının törədilməsində fransız hökumətinin iştirakı ehtimalı ortaya çıxmışdı.

Fransız Nobel laureatı Alber Kamyunun 46 yaşında həlak olduğu qəzadan 60 il sonra çıxmış bir kitabda isə onun işlətdiyi antisovet ritorikasına qisas olaraq KQB casusları tərəfindən sui-qəsd nəticəsində öldürüldüyü iddia edilir.

Məşhur çexiyalı şair və tərcüməçi Jan Zabrananın gündəliyindən tapılan qeydlərə əsasən italyan yazar Covanni Katellinin “Corriere della Sera” qəzetindəki yazısında Kamyunun ölüm səbəbinin qəza olmadığı iddia edilir.

Kamyu 4 Yanvar 1960-cı ildə naşiri Mişel Qallimardın sürdüyü avtomobilin idarəetməni itirərək ağaca çırpılması nəticəsində həyatını itirmişdi. Yazıçı hadisə yerindəcə həlak olmuşdu, Qallimard isə bir neçə gün sonra ölmüşdü. Ondan üç il əvvəl “Yad” və “Taun” əsərlərinin müəllifi “dövrümüzdə insan vicdanının problemlərinə aydınlıq gətirdiyi” üçün Nobel mükafatı qazanmışdı.

“Qəzaya səbəb kimi avtomobilin nasazlığı göstərilmişdi; mütəxəssislər qəzanın o vaxtı nəqliyyatın az olduğu və 9 metr eni olan bir yolda baş vermiş olmasından çaşbaş qalmışdılar” - Herbert Lottman 1978-ci ildə qələmə aldığı yazıçının bioqrafiyasında belə qeyd edir.

Katelli isə güman edir ki, Zabrananın gündəliyindəki bir hissə ölümün əsl səbəbini izah edir. Zabrana 1980-ci ilin yay aylarının sonlarında yazmışdı:

“Məlumatlı və geniş çevrəli bir adam” mənə bu işdə KQB-nin əli olduğunu deyib. "Onlar təkərə elə bir şey yerləşdirmişdilər ki, avtomobil sürətini artıranda, həmin alət təkəri deşmişdi”.

Onun dediyinə görə əmr Kamyunun 1957-ci ilin mart ayında “Franc-Tireur” adlı fransız qəzetində yayımlanmış bir məqaləsinə qarşılıq olaraq Sovet İttifaqının Daxili İşlər naziri Dmitri Şepilov tərəfindən verilmişdi. Belə görünür ki, əmri yerinə yetirmək kəşfiyyatın üç ilini almışdı” - Zabrana gündəliyində yazır.

“Onlar axırda bu işə o qədər ustalıqla nail olmuşdular ki, bu günə qədər hamı Kamyunun adi bir avtomobil qəzasında həlak olduğuna inanırdı. Adam mənə məlumatın mənbəyini deməkdən imtina etsə də, bunun tamamilə etibarlı olduğunu iddia edirdi”.

Kamyu 1956-cı ilin payızından bəri macarların üsyanını ictimai şəkildə dəstəkləyirdi və Sovetin fəaliyyətini yüksək səviyyədə tənqid edirdi. O, eyni zamanda da antisovet olaraq qəbul edilən rus yazıçısı Boris Pasternakı ictimai şəkildə tərifləyir və dəstəkləyirdi.

Katelli Zabrananın şərhinin doğruluğunu araşdırmaq üçün illərini sərf edib. Öz kitabında o, Zabrananın dul qalmış həyat yoldaşı Mariedən müsahibə götürüb, KQB-nin Fransaya sızmasını araşdırıb və kitaba mübahisəli fransız hüquqşünası Jacques Vergesin ikinci bir şəxs tərəfindən qeydə alınmış şahidliyini əlavə edib.

Katelliyə kitabının İtaliyadakı nəşrindən sonra Giuliano Spazzali adlı italiyan vəkil müraciət edir. Spazzali mərhum Verges ilə Kamyunun ölümü haqqında etdikləri bir söhbəti xatırlayır.
“Verges deyirdi ki, qəza səhnələşdirilib. Mənim fikrimcə Vergesin əlində mənimlə bölüşmək istədiyindən daha çox dəlil var idi. Mən də soruşmaqdan çəkinirdim”.

Spazzali Katelliyə deyir: “Qaynar bir mövzu gözlənilməz şəkildə ortaya çıxanda ən yaxşı davranış ehtiyatlılıqdır. Mən daha çox araşdırmadım. Buna baxmayaraq, yadımdadır ki, Verges səhnələşdirilmiş qəzanın fransız kəşfiyyatının təsdiqi ilə KQB tərəfindən təşkil edildiyindən əmin idi”.

Katelli bildirir ki, "Kamyunun açıq sözlülüyü fransız-sovet əlaqələrinə mane olurdu və Kamyunun sevimli xarakteri fransız xalqının gözündə SSRİ-nin qəddar imperializminin xatırladıcısı olaraq önə çıxırdı. Həm fransız, həm də Sovet hökuməti bu xoşagəlməz xatırladıcını susdurmaqdan böyük fayda qazanardı. Buna görə də ölümlə bağlı lazımi tədqiqat aparılmadı”.

Katelli deyir ki, onun iddiası naşir Qallimarda atasının işlərindən sitat gətirməyi qadağan edən Kamyunun qızı Katerina tərəfindən təsdiqlənməyib. Buna baxmayaraq, kitab Fransa, Argentina və İtaliyada çap olunub. Kitab, həm də, Katellinin iddiasını olduqca maraqlı adlandıran Pol Oster tərəfindən dəstək qazanıb:

"Dəhşətli bir nəticədir, lakin Katellinin bizə təqdim etdiyi dəlili həzm etdikdən sonra onunla razılaşmamaq çətinləşir. Ona görə də “avtomobil qəzası” indi “siyasi sui-qəsd” adı altında başqa bir siyirməyə yerləşdirilməlidir və Alber Kamyu 46 yaşında bundan ötrü susdurulmuşdu” – bunu ifadəni Oster bir ön sözdə yazıb.

“Ümid edirəm ki, akademiklər bunun bəsit bir qəza olduğunu bildirən o köhnə fikirdə qalmazlar” - ingilis dilinə tərcümə üçün nəşriyyatlar ilə danışıqlar aparan Katelli deyir. “Fikrimcə bu, bizim Alber Kamyunun xatirəsinə borcumuzdur”.

Fransız professor Alison Finç isə bu fikirlərlə razı deyil: “Sui-qəsd iddiasının dəstəkçiləri arasında yazıçı və kino-rejissor (Paul Auster); ailəsi kommunist rejimi tərəfindən zorakılığa məruz qalmış və kommunizmə nifrət etmək üçün əsaslı səbəbi olan çexiyalı yazar və tərcüməçi (Jan Zabrana); fransızlar tərəfindən işgəncəyə məruz qalmış əlcəzairli müstəqillik döyüşçülərini müdafiə edən, ancaq eyni zamanda da bu bağışlanmaz kəsləri müdafiə etdiyi üçün şöhrəti ləkələnən mübahisəli hüquqşünas Jacques Verges var. Bu məqama diqqət etmək lazımdır.

“Kamyunun ölümü” Katellinin bu kitabın ortaya daha çox dəlil çıxardacağına dair ümidini ifadə etməsi ilə sona çatır - zamanın dalğaları baş verənləri yuyub aparmamış.

Mənbə: “New book claims Albert Camus was murdered by the KGB”, Alison Flood, The Guardian, 5 December 2019

Tərcümə: Turan Yaqublu

news-inner-user

15731 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Mahatma Qandinin aforizmləri
21:02 03 İyul 2020
Haqverdiyevlə bağlı film hazırlanır
18:30 03 İyul 2020
Ondan qorxurduq – Bacısı qızı Kafkadan yazır...
17:47 03 İyul 2020
Mehriban Vəzirdən yeni kitab
16:58 03 İyul 2020
Koronavirusa həsr olunan film çəkilir
16:13 03 İyul 2020
"Sehrbaz qadın" onlayn nümayiş olunacaq
15:21 03 İyul 2020
Xarici İşlər Nazirliyi nota göndərməlidir - Kino adamları od püskürdü
14:30 03 İyul 2020
Uşaqlar üçün tamaşa
13:57 03 İyul 2020
Anar yeni ssenarisini çəkməyə vəsait tapmır
13:15 03 İyul 2020
Hoşcakal, İrfan bey! – Ayxan Ayvaz yazır...
12:33 03 İyul 2020
Dünya ilə oynayan iki qadın - Mehman Qaraxanoğlu yazır...
12:07 03 İyul 2020
Qəmli-qəmli sevişmək – Oğuz Ayvaz yazır...
11:41 03 İyul 2020
Türkiyənin Azərbaycandakı keçmiş müşaviri vəfat edib
11:16 03 İyul 2020
Günün şeiri Küçük İsgəndərdən - Mətn
10:58 03 İyul 2020
Orxan Pamuk qızına çap qadağası qoydu
10:26 03 İyul 2020
İstəyirdim kimsə məni itələyib küçənin ortasına yıxsın - Bircənin romanı
09:00 03 İyul 2020
Azərbaycanlı fotoqraflar beynəlxalq fotomüsabiqədə 4 qızıl medal qazandılar
18:41 02 İyul 2020
Eşşək obrazına görə ərini tərk edən qadın – Əyyub Qiyasdan yeni hekayə
18:04 02 İyul 2020
Kosmosun qoxusu necədir? - NASA-dan 2 il əvvəl bunu düşünən azərbaycanlı
17:23 02 İyul 2020
Səməd Vurğunun şeirlər kitabı Türkiyədə nəşr olundu
16:41 02 İyul 2020