news-inner
clock16:50 calendar-gray 20 Noyabr 2019 view-gray824 dəfə oxunub
view-gray824 dəfə oxunub

Çərçivələr - Şeir

Təranə Arifqızı

Mən çərçivələri heç sevmədim ki,
Uşaq vaxtı... kiçik bir pəncərədən boylanıb,
meyvə dərmək istəmişdim..
çərçivədə əsir olmusdu varlığım...
o vaxtdan ürəyim darlıqdan sıxılır...
Göyərən ümidlər çərçivələrdən yıxılır...
İllər keçib...indi pəncərə çərçivələri böyüyüb,
Böyüdükcə içindəki qaranlıq işıqlar da çoxalıb......
bir həlqənin ortasında vurnuxuram...
çıxa bilmirəm, nəfəsimi tıncıxdıran,
ürəyimi zəncirə vuran çərçivədəki, bu sonsuzluqdan...
Sonunda... sevdıklərimiz də qara çərçivədən baxır...
cismən ölüm deməkdi bu...
çərçivədən çərçivəyə köçən insanlar...
insanlıq deyil , köləlikdi bu...
onların qara çərçivəsini, elə onlar qədər sevməməkdi bu...
məni öldürməyin... nə olar...
Dünya bir pəncərədir, demişlər..
gəlmişlər.. baxmşlar... getmişlər...
dünya bir çərçivəyə sığacaq pəncərə deyil amma...
dünya pəncərədən o tərəfə...
çərçivədən uzaq qalanların dünyasıdı,
içindəki zəncirdən qurtara bilməyənlərə yasaq həyatdı...
O həyat... bizə azadlıq carçılarından bir amanatdı...
Məni öldürməyin...! nə olar...
çıxmaq istəyirəm dar, geniş, qara, ya ağ- bütün çərçivələrdən...
dərmək istəyirəm ürəyim istəyən meyvələrdən,
yemək istəyirəm acı, şirin- nə varsa...
Ağzımın dadını,
ruhumu, ağlımı, düşüncəmi rəngli çərçivələrin içinə gömməyin...
o çərçivələrdə həyat yoxdu...yoxdu...!!

news-inner-user

14008 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

“Bu şəhərdə”nin Sumayıt konsertinə icazə verildi
21:26 23 Yanvar 2020
Şahmat... Ya da üç gedişə heç-heçə - Əyyub Qiyasdan hekayə
21:01 23 Yanvar 2020
Qiraətçilər Vaqif Səmədoğlunun şeirlərini səsləndirəcək – Xatirə gecəsi
18:40 23 Yanvar 2020
Ağıllıdırsa, ərini deputat da edər - Dahilərin qadınlar haqda aforizmləri
18:08 23 Yanvar 2020
Məşhur müğənni həmcinsi tərəfindən zorlandığını etiraf etdi
17:34 23 Yanvar 2020
Məşhur caz ustası Bakıda konsert verəcək
16:53 23 Yanvar 2020
Avstarliyalı musiqişünas Ərtoğrul Cavidin musiqilərini aranjeman edəcək
16:11 23 Yanvar 2020
Ekoloji tənqid: ədəbiyyatın təbiət qarşısında məsuliyyəti – Qismət yazır…
15:25 23 Yanvar 2020
Rüstəm İbrahimbəyov: “Məktəb açıb, izləyici yetişdirəcəyik”
14:18 23 Yanvar 2020
Moskvada Polad Bülbüloğlunun 75 illiyi qeyd edilib
13:29 23 Yanvar 2020
"LİBRAF" Avtovağzalda "Oxu zalı" yaratdı - Fotolar
12:50 23 Yanvar 2020
Fotoşopla başına tük əkdirən, kostyum reklamı edən, gülməli şüarlar səsləndirən namizədlər
12:21 23 Yanvar 2020
Anna Axmatova iki dəfə "Nobel"ə namizəd olubmuş - Fakt
12:00 23 Yanvar 2020
16 yaşda ərə verilən Əfsanə evdən niyə qaçdı?
11:21 23 Yanvar 2020
Komediya ulduzu nadir xəstəlikdən vəfat etdi
10:50 23 Yanvar 2020
Sağ əli ilə sol qulağını qaşıyanlar - Seymur Baycan yazır...
10:26 23 Yanvar 2020
"Sihirli annem" film olur
10:10 23 Yanvar 2020
Səməd Mənsurun kitabı çap olunub
09:51 23 Yanvar 2020
Ramiz Həsənoğlunun “Sonuncu” fiaskosu
08:58 23 Yanvar 2020
Müharibə zamanı da qələmi əlindən qoymayan yazıçı - "Dünənin dünyası" haqqında...
19:04 22 Yanvar 2020