news-inner
clock08:55 calendar-gray 08 Noyabr 2019 view-gray6862 dəfə oxunub
view-gray6862 dəfə oxunub

450 manata satılan Aytacın dəhşətli həyat hekayəti – Davamı...

Kulis.az Könül Cəfərlinin “Aytacın həyatı” hekayətiniin davamını təqdim edir.

Əvvəli burda

Aytacın uşaqlığı çox yadımda qalmayıb. Onu bilirəm ki, şuluq qız idi. Solmaz xala harasa gedəndə adətən onu özü ilə aparmırdı. Çünki ev yiyəsi qıza acıqlanır, anasının da xətrinə dəyirdi. Onsuz da ilk gündən Aytacı sevməyən qohumlar hər fürsətdə uşağı pisləməyə, gözdən salmağa çalışırdılar.

Yadımdadır, bir dəfə kəndə nişana getmişdik. Elxan əmigil də orada idi. Bütün uşaqlar kimi Aytac da ora-bura qaçır, həyətdə oynayırdı. Bibisi heç kəsə yox, ancaq Aytaca qışqırıb, “Səy-səy tullanıb düşmə! Bir tərəfdə otur!” - deyə acıqlandı. Qız ağlayanda Solmaz xala Aytacın əlindən tutub, məclisi tərk etdi. Bu ilk dəfə deyildi. Hər səfərində övladına qarşı açıq şəkildə kobudluq edilir, o da inciyib çıxıb gedirdi.

Aytac balaca vaxtı Solmaz xalaya çox bağlı idi. Amma böyüdükcə ana-bala münasibətlərində problemlər yaranmağa başladı. Məncə, bunda da qohum-qonşunun payı vardı. Çünki Solmaz xala ilə dalaşan kimi Aytacı başına qaxır, “Xalxın uşağını gətirib, özünə övlad edibsən. O, sənin qızın deyil. Allah bilir hansı pozğunun uşağıdır. Böyüyəndə anasının yolunu gedəcək”-deyirdilər.

Aytacın qulağı eşidə-eşidə söylənən bu sözlər uşaq psixikasına təsir edir, böyüdükcə Solmaz xaladan tədricən soyuyurdu. Hətta vəziyyət o həddə çatır ki, qız mübahisə zamanı “Əsl anam olmadığın üçün məni sevmirsən. Onsuz da bir gün aparıb yetimxanaya atacaqsan”, - deyirdi. O an Solmaz xalanın halını təsəvvür edə bilməzsiniz. Dizləri bükülür, Aytacı bağrına basıb, hönkürtü ilə ağlayırdı.

-Sən mənim balamsan! Heç kəsin sözünə qulaq asma. Mən səni hamıdan çox sevirəm və heç vaxt atmaram!

Uşaqlıqdan hamı Aytaca səydir, ağlı çatmır deyirdi. Mən onda bir dəlilik müşahidə etməsəm də, qızda bir az əqli gerilik vardı. Məsələn, gec dərk edir, fikrini başa salmaqda çətinlik çəkirdi. Bununla belə dəli də demək olmazdı. Amma o qədər qohumlar ona dəli demişdi ki, qonşular qızı “Dəli Aytac”, - deyə çağırırdı.

Qızın 11-12 yaşı olanda Elxan əmi vəfat edir, Solmaz xala tamam tək qalır. Təxminən 1 il sonra da səhhəti pisləşir, əməliyyat olunur. O, yataqda ikən dayısı anasının razılığı olmadan, Aytacı aparıb internat evinə verir. Qadın sağalıb, ayağa qalxan kimi qızını götürüb yenə evinə gətirir.

Bu hadisə Aytacla anasının münasibətlərində ciddi zədə yaradır. Qız elə zənn edir ki, Solmaz xalanın istəyi ilə intenat evinə atılıb.

Beləcə, illər ötür, Aytac 25 yaşına çatır. Bibisinin dediyinə görə, anası ilə tez-tez dalaşır, hətta Solmaz xalanı döyürmüş.

- Ana-bala yenə nəyinsə üstündə dava edirdi. Solmazın çığırtısını eşidəndə, tez onlara qaçdım. Gördüm ki, yazıq otağın bir küncümə qısılıb, bu dəli də üstünə çımxırır. Məni görən kimi Aytac çıxıb getdi. Baxdım ki, Solmazın qollarında, boğazında göy ləkələr var. Soruşdum, bu nə izlərdi? Ağladı, amma dinmədi. Vaxtında rədd eləmədi, indi də dəli basıb döyür.

Aytac ailə də qurur. Bazarda süpürgəçi işləyən bir kişiyə aşiq olur. Ayağını dirəyir ki, buna ərə gedirəm. Ha anası, dayıları etiraz etsə də, qız inadından dönmür, sevdiyinə qoşulub qaçır. Solmaz xala axtarıb, Aytacı bir daxmada ac-susuz tapır. Ürəyi dözmür, qızı ilə birgə kürəkənini də götürüb evinə gətirir. Aytacın bu kişidən bir qızı dünyaya gəlir. İki ildən sonra əri onu atıb gedir. Solmaz xala nəvəsinə də sahib çıxıb, doğma balası kimi ona da baxır.

Aytacın həyatının ən çətin illəri dul qalandan sonra başlayır. Solmaz xalanın söylədiyinə görə, əri atıb gedəndən sonra kəndin kişiləri gizlində ona sataşır, qızına qarşı əxlaqsız hərəkətlər etməkdən çəkinmir.

- Kişilər Aytacı tək görəndə onunla yaxınlıq etmək istəyir, balamı incidirlər. Rəhmətlik Elxan sağ olsaydı, bir nəfər də qorxusundan övladıma toxuna bilməzdi. İndi mən də qocalmışam, qızı əvvəlki kimi qorumağa gücüm çatmır. Qohumlar da yaxın durmur. Bir dəfə Aytac ağlayaraq evə gəldi ki, qonşumuz Əhəd kişi mənə sataşdı, zorla əlindən qaçdım. Tez bacı-qardaşımı çağırıb, baş verəni danışdım. Heç biri inanmadı. Hamısı dedi ki, qoca kişinin Aytacla nə işi? Guya qız dəlidir, özündən uydurub. Amma mən balama inanıram. Düzdür, uşaqlıqdan bir az əqli geriliyi var. Amma o qədər də ağılsız deyil.

Bu hadisədən sonra qızın günü lap qara olur. Əhəd kişi camaatın içinə çıxıb, Aytaca şillə də vurur ki, ayıb olsun, mənə şər atırsan. Kişilər biləndə ki, heç kəs qıza inanmır, daha da azğınlaşırlar. Gah evlənmək adı ilə aldadır, gah da təkliyə salıb təcavüz edirlər. Belə-belə qız fahişə kimi ad çıxarır. Övladını qorumağa aciz qalan ana yenə Aytacı müdafiə edir, əxlaqsız olmadığını, kişilərin onu istismar etdiyini söyləyir:

- Başımıza gəlməyən qalmadı. Dərdim çəkiləsi deyil. Uşağımın başını aldadır, ağılsızlığından sui-istifadə edirlər. Biri deyir səni sevirəm, evlənib uşağına da atalıq edəcəyəm, bir başqası tövlədə işlətmək adı ilə evinə aparıb, zorla yaxınlıq edir. Uşaq kimi safdır, hər deyilən sözə inanır.

Fahişə kimi ad çıxarması, onsuz da Aytacı sevməyən qohumları daha da hiddətləndirir. Qızı dəfələrlə kənddən qovmaq istəsələr də, Solmaz xala imkan vermir. Övladına sahib çıxsa da, balasının başına gələnlər ona çox əzab verir Bir də öyrənir ki, Aytac yenə hamilədir. Vəziyyətdən xəbər tutan qohumlar çox qəzəblənir, artıq güzəştə getməyəcəklərini söyləyirlər:

- Gədənin birini evə saldınız, dinmədik. Amma bu qədər namussuzluğa göz yuma bilmərik. Kənddə nə adımız qaldı, nə hörmətimiz. Ya dəli qızından imtina et, ya da özün də onunla birgə kənddən çıx!

Çarəsiz qalan Solmaz xala qızından və nəvəsindən keçə bilmir. Gözünün yaşını axıdaraq, sabah tezdən onları da götürüb, şəhərə gedəcəyinə and içir. Amma zavallı qadın qardaşlarına verdiyi sözə əməl edə bilmir. Sübh tezdən kəndə ölüm xəbəri yayılır. Bəzi qohumlar hələ də Solmaz xalanı Aytacın öldürdüyünə inanır.

Anasının vəfatından sonra Aytac tamam müdafiəsiz qalır. Dayısı namussuz əməllərinin qarşısını almaq, ondan birdəfəlik yaxa qurtarmaq üçün qızı dəlixanaya salmağı qərara alır. Bundan xəbər tutan Aytac yenicə dünyaya gətirdiyi körpəsini xəstəxanada qoyaraq, rayona qaçır. Dayısı qızın hər iki övladını körpələr evinə verir.

Aytacı tapmaq elə də çətin olmur. Tutan kimi dəlixanaya təhvil verirlər. Orada cəmi bir gecə qalır, sabahı gün yenə qaçır.

Xeyli axtarandan sonra Aytacı Gəncədə parkların birində tapırlar. Deyilənə görə, əxlaqsız qadınların əlinə keçib, orada fahişəlik edirmiş. Dayısı “problemi” tamam həll etmək üçün, bu dəfə qızı özü ilə qonşu ölkələrdən birinə aparıb, orada ciddi şəkildə mühafizə olunan dəlixanaya salır. Aytac hələ də oradadır. Bəlkə də ömrünün sonunadək dəlixanadan çıxa bilməyəcək.

Hərdən düşünürəm ki, görəsən Aytacın doğma anası hardadır? Sağdırmı? Bilsə ki, bağrından qoparılan balasının başına nələr gəlib, nə edər? Yaxud da qız öz anasında qalsaydı, eyni taleyi yaşayardımı? Sual çox, cavab isə tapılmır.

Bu da cəmiyyətin imza atdığı daha bir insan dramı. Görün, bir hekayədə neçə qadın bədbəxt oldu. Hələ Aytacın körpələr evinə verilən iki uşağını demirəm. Hamısı da “Camaat nə deyər?” dərdinin gətirdiyi bəlalardır. Bu dərd bitməyincə, başımızdan bəlalar da əksik olmayacaq. Kim bilir, hələ neçə Rahilə, Solmaz, Aytac kimi qadınların çırağı sönəcək, övladları yetim qalacaq. “Camaat” nə zaman insan faciəsinə doyacaq, kim ona “dur” deyəcək, bilmirəm...

news-inner-user
Könül Cəfərli

65 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti

Nəğməkar Xalq şairi – Müşfiq Şükürlüdən sərt tənqid
13:06 11 Dekabr 2019
Əjdər Olun “Lo” romanı təqdim olunacaq
12:37 11 Dekabr 2019
Mən zəmanənin Hüseyniyəm – Nəiminin ağrı-acı dolu vəsiyyətnaməsi – İlk dəfə
12:03 11 Dekabr 2019
Bakıda III Eksperimental Teatr Festivalı keçirildi
11:38 11 Dekabr 2019
Ədəbiyyat üzrə Nobel mükafatı sahiblərinə təqdim olundu
11:16 11 Dekabr 2019
“Kitabevim.az” mağazalar şəbəkəsi bağlanır - Şok açıqlama
10:53 11 Dekabr 2019
Fərqanə Qasımova Fransada konsert verdi
10:29 11 Dekabr 2019
Nəsiminin 650 illik yubileyi Ankarada qeyd edilib
10:15 11 Dekabr 2019
Qadın zorakılığı ilə mübarizəyə həsr edilmiş tamaşa - Premyera
09:30 11 Dekabr 2019
Lalə Məmmədova: “Boşanmış qadına həmişə intim obyekt kimi baxırlar” - Müsahibə
09:01 11 Dekabr 2019
“Bir əsrlik Nəsimi araşdırmaları” kitabı təqdim olunub
18:45 10 Dekabr 2019
Məşhur rok ulduzu dünyasını dəyişdi
18:12 10 Dekabr 2019
Salam, Azərbaycan! Salam, Bakı! - Əhməd Abdullayev yazır
17:30 10 Dekabr 2019
Ərdoğandan Orxan Pamuka terrorist ittihamı
16:45 10 Dekabr 2019
Əlilliyi olan şagirdin faciəvi həyat hekayəti
16:30 10 Dekabr 2019
Zorakılıqla bağlı sənədli tamaşa təqdim olunacaq - "O qadın"
15:51 10 Dekabr 2019
Üç qardaşını cəbhədə itirən, atasının ölümünü oğlundan gizlədən, tərk etdiyi ərini ömür boyu sevən Xalq artisti – Maraqlı faktlar
15:30 10 Dekabr 2019
Aktyor ağciyər xərçəngindən dünyasını dəyişdi
14:40 10 Dekabr 2019
Rus hərbçisindən mərclə tank udan jurnalist – Səfər Alışarlı yazır...
14:01 10 Dekabr 2019
Əyninə güllü şortik geyinmiş qoca “Nobel”
13:29 10 Dekabr 2019