Festival başlamamış qalib elan oldu

Festival başlamamış qalib elan oldu
25 aprel 2011
# 14:16
64-cü Kann kinofestivalında – hazırda İranda həbsdə olan rejissor Cəfər Pənahiyə cəsarətinə və fikirlərinin ifadə azadlığına görə Fransa Kinematoqrafçıları Assosiasiyasının (La SRF) “Qızıl kareta” mükafatının veriləcəyi gözlənilir.

Bu barədə Kulis.az La SRF-in rəsmi saytına istinadən xəbər verir.
Kann, Berlin, Venetsiya kinofestivallarının qalibi, İran hakimiyyətinə qatı müxalifətçi olan Pənahi 2010-cu ilin martında hökumət əleyhinə fəaliyyətdə şübhəli bilinərək həbs edilib.

Beynəlxalq ictimaiyyətin etirazlarına və təqsirsizliyinin sübuta yetirilməsinə baxmayaraq Pənahi 6 illik həbs cəzasına məhkum olunub.

Üstəlik, ona 20 il müddətində rejissorluq fəaliyyəti, o cümlədən xaricə səfər və mətbuatla ünsiyyət qadağan edilib.

Təşkilatın saytında yayımlanan müraciətdə deylir: “Heç bir kinematoqrafçı, heç bir rejissor Pənahiyə qarşı çıxarılmış hökmə laqeyd qala bilməz”.

Fransız kinematoqrafçıları onu da qeyd ediblər ki, “Pənahini mükafatlandırmaqla bundan sonra da ölkədən qovulacaq və ya orda qalaraq filmlər çəkməkdə davam edən bütün iranlı rejissorlara dərin ehtiramlarını bildirirlər”.

1968-ci ildə yaranan La SRF təşkilatı Kann festivalının idarə şurasınını üzvüdür. Təşkilat kinoda azad yaradıcılığı, peşəkarlığı dəstəkləyir və kinematoqrafın inkişafında fəal iştirak edir.

2002-ci ildə təsis olunan “Qızıl kareta” mükafatı filmlərində cəsarət, novatorluq, vətəndaş mövqeyi, barışmazlıq nümayiş etdirən rejissorlara verilir.

Mükafata müxtəlif illərdə Nanni Moretti, Cim Carmuş, Jak Rozye, Klint İstvud, Devid Kronenberq kimi tanınmış rejissorlar layiq görülüb.

Mükafatlandırma mərasimi mayın 12-də Kann festivalı çərçivəsində baş tutatcaq.

Həmin gün festvalda Pənahinin İranda qadağan olunmuş “Ofsayd” filmi göstəriləcək.

Filmdə 6 iranlı qız azarkeşin kişi qiyafəti geyərək futbol matçını izləmək üçün stadiona getməsindən və həbsxanaya düşməsindən bəhs edilir.

Cəfər Pənahi dünyada “Dairə”, “Offsayd” və qısa filmləri ilə tanınır.
Onun 1995-ci ildə ekranlaşdırdığı “Ağ şar” ilk tammetrajlı filmi Kannda hadisəyə çevrildi.

“Qızıl kamera” da daxil olmaqla üç mükafat alan filmin dünya kino bazarında satışı uğurlu oldu.

1997-ci ildə Fransanın Mədəniyyət nazirliyi isə Pənahiyə “Sənət Kavaleri” fəxri adını verdi.

İranda insan haqlarının pozulmasina etiraz əlaməti olaraq - Pənahi 2010-cu il Kann və bu ilin Berlin festivalında təşkilatçılar tətəfindən jüriyə daxil edilmişdi.

Rəna Nevzat
# 2129 dəfə oxunub

Oxşar xəbərlər

Dövlət Film Fondunda “İnsan Hüquqları Aylığı”  çərçivəsində tədbir təşkil edildi

Dövlət Film Fondunda “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir təşkil edildi

18:20 12 iyun 2026
Məşhur türk filmi yenidən çəkiləcək

Məşhur türk filmi yenidən çəkiləcək

14:11 11 iyun 2026
"Squid Game" ulduzunun yeni layihəsi: "Netfliks"dən daha bir Cənubi Koreya serialı

"Squid Game" ulduzunun yeni layihəsi: "Netfliks"dən daha bir Cənubi Koreya serialı

13:00 11 iyun 2026
Şon Penn: "Hətta əlil arabasındakı uşağa da rədd cavabı verəcəyəm"

Şon Penn: "Hətta əlil arabasındakı uşağa da rədd cavabı verəcəyəm"

11:07 11 iyun 2026
Stiven Spilberqdən yeni film: Yadplanetlilər bizimlə birgə yaşayır?

Stiven Spilberqdən yeni film: Yadplanetlilər bizimlə birgə yaşayır?

16:18 10 iyun 2026
"Good Will Hunting" filminin rejissorundan yeni film

"Good Will Hunting" filminin rejissorundan yeni film

16:00 10 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər