Vazehə həsr olunmuş film təqdim olunub

Vazehə həsr olunmuş film təqdim olunub
31 oktyabr 2019
# 18:30

Bu günlərdə Tbilisi şəhərində M.F.Axundov adına muzeydə Alman – Azərbaycan cəmiyyəti və ARB "Aranfilm" Yaradıcılıq mərkəzinin təşəbbüsü ilə lenta alınmış “ Tiflisdən Peyneyə ” filminin təqdimatı keçirilib.

Kulis.az-ın filmin yaradıcı heyətindən aldığı xəbərə görə, ekran işi Azərbaycanın görkəmli şairi M.Ş.Vazehin 225 və onun həmkarı almaniyalı F.V. Bodenstetin 200 illiyinə və onların yaradacılıq və dostluğuna həsr olunmuşdur.

Filmin ssenari müəllifi və rejissoru Yasəmən Quliyeva, operatoru Kənan Fərzəli, filmin direktoru Qənirə Qurbanlı, bədii rəhbəri Tahir Tahiroviç, prodüseri İqbal Məmmədəliyevdir.

Təqdimat mərasimində soydaşlarımızla yanaşı Azərbaycan Dövlət Diasporla iş üzrə Dövlət komitəsinin, Azərbaycan Respublikasının səfirliyinin, Gürcüstan – Almaniya asossasiyasının nümayəndələri, Gürcü yaradıcı xadimlər və eyni zamanda məktəblilər də iştirak edib.

Alman – Azərbaycan cəmiyyətinin sədri Çingiz Abdullayev, tarixçi alim Simon Kopadre və Gürcüstan Almanları adından Difer Von Aderkas çıxış edərək filmin əhəmiyyətindən danışıblar.

# 3690 dəfə oxunub

Oxşar xəbərlər

Ailəsi Sibirə sürgün olunan bəy oğlu – Qiyas bəy Şıxlinskinin faciəvi həyat hekayəsi

Ailəsi Sibirə sürgün olunan bəy oğlu – Qiyas bəy Şıxlinskinin faciəvi həyat hekayəsi

10:00 13 may 2026
Faşizm üzərində qələbədə Azərbaycanın rolu - Mozdokdan Berlinəcən döyüş yolu keçən azərbaycanlılar kimlər idi?

Faşizm üzərində qələbədə Azərbaycanın rolu - Mozdokdan Berlinəcən döyüş yolu keçən azərbaycanlılar kimlər idi?

12:00 9 may 2026
Əsərləri məhv edildi, övladları həbs olundu və uşaq evinə verildi... - Əhməd Cavadın "ən böyük günahı" nə idi?

Əsərləri məhv edildi, övladları həbs olundu və uşaq evinə verildi... - Əhməd Cavadın "ən böyük günahı" nə idi?

17:00 5 may 2026
Bakıda ilk qız məktəbinin yaradıcısı- O, Zərdabi ilə evlilik xeyir-duasını niyə rus knyaginyadan almışdı?

Bakıda ilk qız məktəbinin yaradıcısı- O, Zərdabi ilə evlilik xeyir-duasını niyə rus knyaginyadan almışdı?

10:00 2 may 2026
İntiqamı alınan faciə... - Ermənilər Ağdaban qətliamını niyə törətmişdilər?

İntiqamı alınan faciə... - Ermənilər Ağdaban qətliamını niyə törətmişdilər?

13:30 8 aprel 2026
"Türkiyə casusu sərxoş olub Sabiri təhqir edirmiş..." - Pantürkistlərin xüsusi tapşırıqla Azərbaycana göndərdikləri "fırıldaqçı" kim idi?

"Türkiyə casusu sərxoş olub Sabiri təhqir edirmiş..." - Pantürkistlərin xüsusi tapşırıqla Azərbaycana göndərdikləri "fırıldaqçı" kim idi?

12:00 6 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər