writer1

Oğuz Ayvaz

Məqalə sayı

125
clock11:45 calendar-gray 17 Sentyabr 2019 view-gray3026 dəfə oxunub
view-gray3026 dəfə oxunub

Gülləri zibilə atan müəllimlər

Dünən Bilik günü idi. Şəhərin hər bucağında ağ köynəkli, əlində qıp-qırmızı güllər olan uşaqlar görürdük. Kimisi kövrək, kimisi də sevincli idi. Analar, atalar da ürəkli, sevgi dolu.

İlk dərs günüm yadıma düşmüşdü uşaqları görəndə. Mən məktəbə Tiflisdə getmişəm. Qorxaq olduğumdan bacımla bir qoyublar. Ona görə də Tiflis mənim uşaqlıq şəhərimdi. Kimsə o şəhərdən danışanda dilim topuq vurur, həyəcanlanıram. İkinci sinfə qədər orda oxudum. Sonra Bakı, 260 saylı orta məktəb, xatirələr...

Dünənki nostalji, kövrək, bir o qədər də sevincli gündən sonra bu gün sosial şəbəkədə gördüyüm foto məyus elədi məni. Bir topa gül zibil yeşiyində. Necə də kədərli mənzərədir. Elə deyil? Məntiqlə başa düşmək olur ki, o gülləri nə valideynlər, nə də uşaqlar atıb. Bunu yalnız müəllimlərdən gözləmək olar.

Niyə axı?

O uşaqlar, analar, atalar sizə inanır axı...

Güllər zibil yeşiklərinin yeridi?

Güllərin yerinə pul istəyirsiniz?

Ailələr tanıyıram ki, uşaqlarını oxutmaq üçün necə əziyyət çəkirlər. Müəlliminə gül ala bilmək üçün günün altında işləyən, əziyyət çəkən adamlar var. Yaxud qul bazarında yük daşıyaraq övladını oxutmağa çalışan atalar var.

Görüntünün olası içeriği: bir veya daha fazla kişi, ayakta duran insanlar ve açık hava

Ay ümid yerimiz müəllimlər, sizlərdə belə etsəniz, biz kimə ümid olarıq?

Məktəb, müəllim uşaqlarımız üçün ikinci ev deyilmi?

Niyə güllərlə birlikdə bizim də ümidlərimizi zibil yeşiyinə tullayırsınız?

Foto bəlkə də yanlışdır, bilmirəm.

Təki yalan olsun.

Təki sevgilisindən ayrılan qız tullasın gülləri zibilə.

Təki güllər solsun, uşaqlar üzülməsin.

Bölgələrdə, ucqar kəndlərdə dərs deyən fədakar müəllimləri alqışlayıram. Onların necə böyük ürəkləri var ki, bütün çətinliklərə baxmayaraq uşaqların gələcəyi üçün özlərini fəda edirlər. Əlbəttə, müəllimlərin maaşı da azdı, ancaq repetitorluqla da dolanmaq olur.

Zibil yeşiyindəki güllərə and olsun ki, uşaqlar bunun əvəzini sizlərdən çıxacaq!

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Son anda adı dəyişən 10 şedevr roman
21:00 17 Fevral 2020
Kukla Teatrında fiziki məhdudiyyətli uşaqların iştirakı ilə tamaşa olacaq
19:27 17 Fevral 2020
Mərhum müğənni "konsert verəcək"
18:45 17 Fevral 2020
Sevişməyə həvəsim yoxdur - Ömər Xəyyamdan yeni hekayə
18:05 17 Fevral 2020
Gənc şairə vəzifə verildi
17:24 17 Fevral 2020
Aydın Uluxanlının kitabı təqdim olunub
16:45 17 Fevral 2020
Xalq artistimiz çex professorla eyni səhnədə
16:12 17 Fevral 2020
Avropa "İlin ən uğurlu muzeyi"ni seçdi
15:33 17 Fevral 2020
Rəsulzadə onun haqqında “Şərəfsiz bir aqibət” adlı yazı yazmışdı – Səfalət içində ölən məşhur yazıçımız
15:04 17 Fevral 2020
Məşhur rejissor vəfat etdi
14:24 17 Fevral 2020
Biz xarabat əhliyik... - Günün şeiri
13:51 17 Fevral 2020
Tanrıya göz vuran şair – Müşfiq Şükürlü yazır
13:16 17 Fevral 2020
Rusiya və Azərbaycanın balet ulduzları "Qu gölü"ndə bir araya gəldilər
12:34 17 Fevral 2020
Vaqif Mustafayev niyə belə edir?
12:03 17 Fevral 2020
Xocalı-Gədəbəy mədəniyyəti barədə kitab nəşr edildi
11:34 17 Fevral 2020
Müğənni Elnarənin efir “ağbirçək”liyi
11:03 17 Fevral 2020
"Dəli yığıncağı"nın premyerası oldu - Fotolar
10:30 17 Fevral 2020
Tanınmış aktrisa sevgililər günündə vəfat etdi
09:55 17 Fevral 2020
Bura kişilər girə bilməz! - Ayxan Ayvazdan reportaj
09:00 17 Fevral 2020
Ədəbiyyatımızın ən gözəl hekayələrindən biri: Qayçı
17:28 15 Fevral 2020