Pullu tualetin pulsuz müştərisi - Azər Sarıyev yazır

Pullu tualetin pulsuz müştərisi - Azər Sarıyev yazır
10 sentyabr 2019
# 15:01

"20 Yanvar” metrostansiyasının yaxınlığında yerləşən pullu tualetinin qapısını ərəbzəngi kimi kəsən kök, qara arvadın gül ağzı yenə açılmışdı. İndi də bir kefli kişini avara taksi sürücülərinin və oğlan uşaqlarının işlətdiyi küçə söyüşləri ilə söyürdü. Yaxınlıqdan keçən qadınlar başlarını aşağı salıb sürətlərini artırır, iki-iki, üç-üç dayanıb söhbət edən yeniyetmə oğlanlar ucadan gülür, gənc qızlar isə gülümsəyirdilər.

Kefli təxminən 45-46 yaşlarında, gödək boylu, ağlı-qaralı saqqalı olan, başının ortası dazlaşmış bir kişi idi. Köynəyinin ətəklərini şişman qarnının altında az qala sürüşüb düşəcək şalvarına sala-sala arvada nəsə deyirdi. Nə dediyinə uzaqdan qulaq kəsdirmək olmurdu. Pulyığan arvadın getdikcə qızışaraq yanındakıları zəngin söyüş leksikonunun nadir nümunələri ilə daha ətraflı tanış etməsindən bilinirdi ki, kefli dilinə “dur” demir, arvadın cavabını verirdi.

...Bir onu gördük ki, arvad yerindən qalxaraq dana böyürtüsünə oxşayan səsi ilə “köpəkoğlu...”, dedi və həmin müraciətin dalınca da bədii mətndə yalnız postmodernist qələm əhlinin işlədə biləcəyi söyüşlərlə kişiyə hücum etdi və sağ ayağını kişinin qarnı səviyyəsinə qaldıraraq zərbə vurdu. Onun bu cəsarəti özünün kəm ağlı ilə yanaşı, həm də dəm rəqibinin içkili görünüşündən aldığını güman etdim. Amma sən demə, kişinin görünüşü aldadıcı imiş. Kişi də eləmədi tənbəllik, arvadın ayağını tutub bir az da yuxarı tulladı. Təxminən 100-110 kiloqramlıq arvad pambıq xaşası kimi yerə dəydi. Bayaqdan kişi söyüşləri söyən pulyığan indi əsl qadına çevrildi və ağlamağa başladı. Çoxdan kefsizləmiş kefli qəhrəmanımız isə sağ əli ilə şalvarının qabağını aça-aça, tualetdən təxminən 10-15 metr aralıda yerləşən kafenin həyətinin sonunda qərar tutmuş şam ağaclarına tərəf getməyə başladı. Bir də gördük, kafedən iki qara oğlan çıxdı və arvadın bayaq işlətdiyi söyüşlərdən daha betərini söyərək kişiyə sarı qaçdı. Qabaqda gələn balaca, yekəqarın oğlan kefliyə çatar- çatmaz tullanaraq arxadan elə bir təpik tutuzdurdu ki, yazıq kefli ağzı üstə yerə yıxıldı. Camaat içkili binəvanın yardımına yetişənəcən onun ağzı-burnu qanın, şalvarı isə sidiyin içində idi. Dostumla birgə iyrənə-iyrənə də olsa, içkilinin qolundan tutaraq su kranına tərəf apardıq. Onun köpüklü, qanlı ağzından üfunət saçırdı, söyüşün biri bir qəpik idi.

- Sizin...

Söyüşün yağlı yerində qəflətən ayaq saxladı və yanımızdan keçən uzun saqqallı, gödək balağlı şalvar geyinmiş orta yaşlı kişinin qarşısını kəsərək ağlaya-ağlaya, güclə qışqırdı:

- Sizin qadanızı alım. Yaxşı edib bunların ağzını... Yaxşı edib bunları partladırsınız. Bombalayın bu oğraşları. Bunlara bu da azdır.

Saqqallı və qısa balaqlı kişi isə “əğstəfurullah” deyə-deyə sürətlə uzaqlaşdı.

# 4260 dəfə oxunub

Oxşar xəbərlər

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
Sarah Maasın  yeni romanı satış rekordu qırdı – Beş günə 188 mindən çox nüsxə

Sarah Maasın yeni romanı satış rekordu qırdı – Beş günə 188 mindən çox nüsxə

13:56 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər