17 yaşlı qız alan, telefon zəngindən şəkər xəstəliyi tapan, ürəyi sağda olan Bəxtiyar...

17 yaşlı qız alan, telefon zəngindən şəkər xəstəliyi tapan, ürəyi sağda olan Bəxtiyar...
16 avqust 2019
# 14:57

Bu gün xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasından 94 il ötür. Kulis.az şair haqda maraqlı faktları təqdim edir.

***

Azərbaycan sovet ədəbiyyatı tarixinə dissident şair kimi düşüb. “Gülüstan” poemasına görə 1962-ci ildə millətçi damğası ilə Azərbaycan Dövlət Universitetindən qovulub. Yalnız 2 ildən sonra işinə bərpa olunub. Səbəb deyə bilmədikləri üçün bu qovulmanın adını elmi ezamiyyət qoymuşdular.

***

Azərbaycan dili şair üçün həssas mövzu olub və bu məsələdə olduqca prinsipial davranıb.

Bir dəfə Dövlət Televiziyasına qonaq gedərkən “Cırtdan” studiyasının adının “Djırtdan” yazıldığını görüb və hirslənərək etiraz edib. Bundan sonra adı düzəldiblər.

***

Şairin “Bir salama dəymədi” adlanan ən məşhuru sevgi şeiri ünvanlı imiş. Əhvalat belə olub: Bir zamanlar sevgili olub sonra ayrıldığı xanım beş il sonra rastlaşanda onun salamını almayıb. Bəxtiyar Vahabzadə bundan çox təsirlənib və şeiri yazıb. Özü bu şeiri məclislərdə tez-tez deyirmiş. Bir gün Əminə Yusifqızının ifasında o şeirə qulaq asır, necə bəyənirsə sonralar nəinki özü şeiri oxumur, başqalarının deməsinə də icazə vermir

***

Bəxtiyar Vahabzadə 20 Yanvar hadisələrinə görə general Dubinyakın üzünə tüpürüb. Bu hadisə o vaxt heyrətlə qarşılanıb və şairin cəsarəti əfsanəyə çevrilib.

***

Etdiyi səhvə görə 35 yaşlı oğlunu şillə ilə vurub. Oğlu bu haqda danışanda deyib: “Atam bir şilləylə məni yerə sərəndə açığı təəccübləndim. Sevindim həm də. Çünki atamın bu qədər güclü olduğunu təsəvvür etməzdim”.

Oğlu Əfqanıstanda olanda Bəxtiyar Vahabzadə ona zəng edib. Telefonda deyiblər ki, oğlunun işlədiyi korporasiya dağıdılıb, partladılıb. Dəstək Bəxtiyar Vahabzadənin əlində qalıb. Və ondan da şəkər xəstəliyi tapıb.

***

Bir dəfə oğlu İranda olanda buna bənzər hadisə baş verib. Oğlunun dəstəsindən beş-altı adamı öldürüblərmiş. Xəbərdən 7 ay sonra evinə qayıdan oğlunu görən Bəxtiyar Vahabzadə heyrət edib. Ayağa durub, amma addım ata bilməyib. Ayaqları tutulubmuş...

***

Bəxtiyar Vahabzadə Türkiyədə müayinə olunanda həkim dəhşətə gəlib. Rentgendən keçəndən sonra üzünü şairə tutub:

- Ola bilməz! Bəxtiyar müəllim, sizin ürəyiniz yoxdur.

Bəxtiyar Vahabzadə gülümsünüb:

- Ürəyim var, ancaq sağdadır.

Həqiqətən şairin ürəyi sağda idi.

Nəsiminin məşhur misrasına mübahisəli düzəlişi o edib. “Məndə sığar iki cahan, mən bu cahana sığmazam” misrasını daha rahat izah etmək üçün “Məndə sığar ikən cahan...” kimi deyib və bununla da qəzəl belə deyilməyə başlayıb.

***

O, həyat yoldaşını Sabir bağında təsadüfən anasıyla görüb, bəyənib və elçi göndərib. Razılıqdan sonra evləniblər. Onda Bəxtiyar müəllimin 25, qızın 17 yaşı varmış.

***

Onun yazdıqlarından özünə qarşı istifadə ediblər. Məsələn, poemalarının birində oxucu kitabxanaçıdan kitab soruşur:

“Namus”u yoxdurmu Şirvanzadənin?”

Məlumdur ki, oxucu kitabxanaçıdan erməni yazıçı Şirvanzadənin “Namus” kitabını istəyir. Amma şairi millətçilikdə ittiham etmək istəyənlər yazıb ki, guya Vahabzadə böyük erməni yazıçısı Şirvanzadənin namusu olub-olmadığını şübhə altına alıb.

Oğlu onun ölüm xəbərini İstanbulda televizordan eşidib.

***

Yeri gəlmişkən, Bəxtiyar Vahabzadə Türkiyədə ən çox tanınan Azərbaycan şairidir. Onu nəinki mərkəz şəhərlərdə, hətta Türkiyənin əyalətlərində də tanıyırlar.

***

O, həm də ən çox fəxri adı və titulu olan Azərbaycan şairidir.

# 9925 dəfə oxunub

Oxşar xəbərlər

İran tarixində tac qoyan ilk azərbaycanlı qadın - O, Bakı səfəri haqqında nə yazmışdı?

İran tarixində tac qoyan ilk azərbaycanlı qadın - O, Bakı səfəri haqqında nə yazmışdı?

12:00 15 yanvar 2026
"Karvansara İranın özü kimi xarabazarlıq təsiri bağışladı..." - Qriboyedovun arvadına məktubu

"Karvansara İranın özü kimi xarabazarlıq təsiri bağışladı..." - Qriboyedovun arvadına məktubu

10:00 15 yanvar 2026
"Xalq şairi"  "xalq düşməni" ilə bir yerdə xatırlanmasını istəməzdi...  - Almas İldırım "Mayıs gözəli" şeirini kimə həsr etmişdi?

"Xalq şairi" "xalq düşməni" ilə bir yerdə xatırlanmasını istəməzdi... - Almas İldırım "Mayıs gözəli" şeirini kimə həsr etmişdi?

10:00 14 yanvar 2026
Döyülmə və işgəncələrdən havalanan "xalq düşməni" - Onun həyat yoldaşı repressiyadan necə yayına bilmişdi?

Döyülmə və işgəncələrdən havalanan "xalq düşməni" - Onun həyat yoldaşı repressiyadan necə yayına bilmişdi?

10:00 13 yanvar 2026
"Namik Kamal onu oğulluğa necə qəbul edə bilərdi?" - İmzalar içində Hadi

"Namik Kamal onu oğulluğa necə qəbul edə bilərdi?" - İmzalar içində Hadi

15:00 7 yanvar 2026
Bakıdan Şuşaya uzanan qırğının qarşısını kəsən nazir - Erməni vilayəti necə yaradıldı?

Bakıdan Şuşaya uzanan qırğının qarşısını kəsən nazir - Erməni vilayəti necə yaradıldı?

10:00 7 yanvar 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər