writer1

Şərif Ağayar

Məqalə sayı

540
clock10:50 calendar-gray 26 İyul 2019 view-gray880 dəfə oxunub
view-gray880 dəfə oxunub

Corab qoxusu

Orxan Pamukun qağayılar haqda bir essesi var. Onu həmişə örnək olaraq qəbul edirəm. Məsələ olduqca sadədir. Bir qağayı dayanıb və yağış yağır. Başlayırsan yazmağa. Sənətkarlıq belə adi məqamlarda üzə çıxır.

Bir də heç nədən – nə qağayısız, nə yağışsız, yəni dış dünya olmadan möcüzələr yaratmaq sənəti var. Misal üçün, Füzulinin şeirləri bu qəbildəndir. Təsvir-filan yoxdur, lakin möcüzə var!

Bəzən söz ilkinliyindən çox-çox uzaq mənalar daşıyır.

Söz özü özünə məəttəl qalır.

Bir maraqlı misal deyəcəm.

Bilməz idim bilmək ağzın sirrini düşvar imiş

Ağzını derlərdi yox, dediklərincə var imiş

Yada saldığım bu beytdə, göründüyü kimi, bircə “Var” sözü işlədilib. Bunu ona görə qeyd etdim ki, biz bu mətləbə qayıdacağıq.

İrfan sorur: Quran səmavi kitabdırmı?

Şəriət cavab verir: Əlbəttə!

İrfan bir də sorur: Səsmi gəldi?

Şəriət təkidlidir: Hə!

İrfan: Bir ağızmı var hardasa?

Şəriət: Asılsın, kəsilsin, şaqqalansın!

İrfan: Tələsməyin! Ağız heç insanda da yoxdur.

Doğrudan ağzımız varmı? Bir insanın ağzını əməliyyatla götürə bilərlərmi? Bəlkə ağız dil, diş, dodaqdan ibarətdir?

Xeyir!

Ağız boşluğu deyilən bir anlayış vardır. Ağız boşluqdur, yoxluqdur.

Söz bu boşluqdan izhara gəldiyi kimi, səma boşluğundan da izhara gələ bilir.

Sözə ona görə sirri-dəhan deyirlər.

Ağız sirri yəni...

Füzuli deyir ki, əvvəllər ağız sirrini bilməyin çətin olduğunu bilməzdim, sonra dedilər, ağız yoxdur, necə demişdirlərsə o cür də VAR imiş!

Demək, bayaqdan altını cızdığımız VAR sözü burda özünün əks mənasında işlənir. Ağzın yoxluğunu ifadə edir.

Lakin ağız həm də var axı!

Ağız VAR sözünün içindəki YOX qədər var!

Və təbii ki, YOX-un içindəki VAR qədər.

Bir də nazimhikmətvari rasional həlli var bu cür mətləblərin. Yəni heç bir irfani əhvalı, poetik məcazı yada salmadan möcüzə düzələ bilir.

Daha bir misalla fikrimin jalüzünü endirəcəm. Bu dəfə türkiyəli şair Sunay Akından olacaq sitat. “Corab qoxusu” adlı şeirini yazacam indi. Amma əvvəlcə bir-iki kəlmə...

Corab qoxusu deyən kimi burnumuz qıcıqlanır, bu cür qeyri-estetik söz birləşməsindən necə söhbət salmaq olar deyə acığımız da tutur. İşə baxın ki, bax elə indi corab qoxusu bizi inanılmaz bədii səciyyəyə çatdıracaq.

Ayaqlarını itirən qazi

Tərəddüd etmədən dəyişər

Bütün medallarını corab qoxusuna

Sözün mənası yoxdur, müəllifi vardır!

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Nizaminin əsərləri ilə bağlı müsabiqə elan olundu
18:54 18 Yanvar 2021
“Şəhərin qış gecələri” tamaşası onlayn nümayiş ediləcək
18:22 18 Yanvar 2021
İsa Hüseynovun hekayəsi Gürcüstan kitabxanasında
17:58 18 Yanvar 2021
"Üç peyğəmbər" xalçasının müəllifi - Ziyadxan Əliyev yazır...
17:43 18 Yanvar 2021
Dəyişən gerçəkliklərdə gizlənən həyat - Aliyə yazır...
17:01 18 Yanvar 2021
Xalq artisti xəstəxanaya yerləşdirildi
16:19 18 Yanvar 2021
"Şanlı tarix" sərgisi açılacaq
16:09 18 Yanvar 2021
Elçiliyə gecə saat 1-də gedən, Cəfər Cabbarlının qızını alan, baba olduğunu eşidəndə dünyasını dəyişən yazıçı – Maraqlı faktlar
15:27 18 Yanvar 2021
Yeşilçam filmlərinin məşhur aktyoru vəfat etdi
14:46 18 Yanvar 2021
Qazilərimizdən bəhs edən film çəkildi
14:29 18 Yanvar 2021
50 yaşı tamam olan yazıçı: “Az qalıram utandığımdan qaçıb gizlənəm” – Müsahibə
13:50 18 Yanvar 2021
Peyvənd vurduran nazir və qərarsız Facebook əhli
13:02 18 Yanvar 2021
Məni sevgi üstə yaxaladılar – Əlizadə Nuridən yeni şeirlər
12:15 18 Yanvar 2021
Muzeyə getməməyi ilə məzələnən xalqım, oy! – Sərdar yazır...
11:42 18 Yanvar 2021
Beyin anevrizması keçirən məşhur repçi sağaldı
11:07 18 Yanvar 2021
Axşama tamaşa var
10:30 18 Yanvar 2021
Nizamini dərin hissiyyatlı kadrlar öyrənməlidir - Cavanşir Yusifli yazır...
10:01 18 Yanvar 2021
Xudu Məmmədovun oğlu: “Mən çatanda atam yerdə uzanmışdı, ona süni nəfəs verirdilər” – Müsahibə
09:00 18 Yanvar 2021
Nana sevirdi - Nərmin Kamaldan hekayə
12:31 17 Yanvar 2021
“Ah, bu uzun sevda yolu” onlayn nümayiş ediləcək
17:20 16 Yanvar 2021