Musiqili Teatr Dədə Qorqud Festivalında iştirak edir

Musiqili Teatr Dədə Qorqud Festivalında iştirak edir
24 iyul 2019
# 10:09

Türkiyənin Bayburt şəhərində növbəti dəfə Beynəlxalq Dədə Qorqud Festivalına start verilib. Ölkəmizi bu tədbirdə Azərbaycanı Dövlət Akademik Musiqili Teatrının balet truppası təmsil edir.

Teatrın mətbuat xidmətindən bildirilib ki, tədbirdə 1300 illik bir zaman kəsiyində öz tarixi öyüdləri ilə yaşayan və türk coğrafiyasında hikmətli nəsihətləri ilə mənəvi varlığını sürdürən Dədə Qorquda məhəbbətin izharı olaraq bütün türkdilli dövlətlərdən dəvət olunmuş qonaqlarla yanaşı, qonşu ölkələrdən gəlmiş folklor kollektivləri də iştirak edirlər. Masat yaylasında başlayan şənliklər Dədə Qorqudun şəhər mərkəzindəki abidəsi önündən yürüşlə davam etdirilib. Yerli sakinlər, habelə bu günlərdə dünyanın hər yerindən axışaraq bu şənliyə qatılan yüzlərlə tədbir iştirakçıları Mustafa Kamal Atatürkün adını daşıyan möhtəşəm meydanda Azərbaycan, Gürcüstan və Türkiyənin müxtəlif rəqs və folklor kollektivlərinin çıxışlarını maraqla izləyiblər.

Qeyd edək ki, bir həftə davam edəcək bu mədəniyyət və sənət bayramı ilk dəfə 25 il əvvəl təşkil olunub. /azertag.az/

# 4164 dəfə oxunub

Oxşar xəbərlər

"Xoşbəxtlik qaçmaqda deyil, dayanmaqdadır" – Mikayıl Ruhandın “Qapı” kitabının təqdimatından reportaj

"Xoşbəxtlik qaçmaqda deyil, dayanmaqdadır" – Mikayıl Ruhandın “Qapı” kitabının təqdimatından reportaj

14:41 6 noyabr 2026
Zəfər Gününə həsr olunmuş xeyriyyə sərgisi təşkil edildi

Zəfər Gününə həsr olunmuş xeyriyyə sərgisi təşkil edildi

14:39 6 noyabr 2026
Əfsanəvi rok qrupundan bəhs edən filmin nümayiş tarixi açıqlandı

Əfsanəvi rok qrupundan bəhs edən filmin nümayiş tarixi açıqlandı

14:36 6 noyabr 2026
“Sözün Baharı” tərcümə dəstək layihəsi həyata keçiriləcək

“Sözün Baharı” tərcümə dəstək layihəsi həyata keçiriləcək

14:18 6 noyabr 2026
Laçında Zəfər Gününə həsr olunmuş konsert keçirildi - FOTO

Laçında Zəfər Gününə həsr olunmuş konsert keçirildi - FOTO

14:11 6 noyabr 2026
“The Professor and the Madman”  romanının müəllifi vəfat etdi

“The Professor and the Madman” romanının müəllifi vəfat etdi

13:28 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər